Televizor bazarında “Samsung” liderdir

14-04-2015 / 16:00

“Display Search” analitik şirkəti dünya televizorlar bazarının həcminə yekun vuraraq Cənubi Koreya istehsalçılarının lider olmasını açıqlayıb. Bu, əksər məhsul kateqoriyalarına, o cümlədən “ağıllı” televizorlara (Smart TV) aiddir.

Xəbərlər Daily.com-a istinadən məlumat verir ki, bazar payı müvafiq olaraq 28,2 və 15,2 faiz təşkil edən "Samsung Electronics” və “LG Electronics” nəhəng “ağıllı” televizor istehsalçılarıdır. İki Cənubi Koreya şirkəti bazarın 43,4 faizinə nəzarət edir. Liderlər üçlüyünə 7,6 faizlik göstərici ilə Yaponiyanın “Sony” şirkəti də daxildir. Sonrakı yerlərdə "Smart TV” sinfində hər birinin payı 6,7 faizə bərabər olan Çinin “HiSense Electric” və “Skyworth Group” qərarlaşıb.

Ekspertlərin proqnozuna görə, 2015-ci ildə dünyada 97 milyon “ağıllı” televizor buraxılacaq ki, bu da bazarın ümumi həcminin 41,2 faizi deməkdir.

Televizor bazarında 29,2 faiz payla "Samsung” liderdir. 2014-cü ildə qeydə alınan bu göstərici Cənubi Koreya istehsalçısı üçün rekord göstərici olub. Müxtəlif modelli televizorların satışı üzrə ikinci yerdə “LG” (16,7 faiz), üçüncüdə “Sony” (7,9 faiz) yer alıb. Çinin “HiSense” (5,5 faiz) və “TCL” (4,6 faiz) şirkətləri liderlər beşliyini tamamlayır.

Yüksək təsvir ölçülü televizorlar seqmentində (Ultra HD, 4K) birincilik ötənilki 34,7 faizlik payla “Samsung”a məxsusdur. “Samsung”un ən yaxın izləyiciləri  “LG” (14,3 faiz) və “Sony” (10 faiz) şirkətləridir. “HiSense” və “Skyworth” istehsalçılarında bu göstərici müvafiq olaraq 8,2 və 6,3 faizdir.  

“Display Search” analitiklərinin proqnozuna görə, 2018-ci ilədək “4K” modellərinin qlobal televizor bazarında payı 30 faizi ötəcək.

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə