Xəbərlər.az “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfə biz rəsmi xəbərlərdə, sosial mediada, İT qruplarda və saytlarda İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.
İT gündəmin rəsmi xəbəri Belarusun Azərbaycanla İKT sahəsində əməkdaşlığı haqqındadır.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə İKT sahəsində Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin perspektivləri haqda da fakir mübadiləsi aparılıb. Azərbaycan Belarus peykinin idarə edilməsi üzrə struktur yaradacaq.
İT gündəmin əsas mövzularından biri də Startap Azərbaycan müsabiqəsi və layihə çərçivəsində keçirilən tədbirlərdir. Aprelin 2-də Startap Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrlə görüş keçirib. Layihə çərçivəsində növbəti görüş aprelin 7-də Azərbaycan Texniki Universitetinin tələbələri ilə keçiriləcək. Startap Azərbaycan müsabiqəsinə qatılan startapların 1-ci mərhələ qiymətləndirilməsi başlanılıb və müsabiqəyə qatılan 34 layihənin komandası üçün 11 aprel tarixdə təlimlər təşkil olunacaq. Artıq məlum olub ki, 34 layihədən yalnız 22 startap layihə müsabiqəyə buraxılıb.
Daha ətraflı məlumatı buradan əldə etmək olar.
Vəzifəli şəxslərin qəbuluna onlayn yazılmaq mümkün oldu
Azərbaycanda dövlət strukturlarının rəhbərliyinin qəbuluna onlayn yazılmaq "Elektron hökumət" (e-gov.az) portalında mümkün oldu. Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov deyib. Onun sözlərinə görə, bu xidmət ilkin mərhələdə vətəndaşlara Biləsuvar rayon İcra Hakimiyyətinin rəhbərliyinin qəbuluna yazılmaq imkanı verir.
Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
İT sahəsinin maraqlı mövzularından biri də ASAN xidmətlə bağlı olub.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Brüsseldə "Uğurlu elektron hökumət proqramlarının inkişaf etdirilməsində institusional şərtlər" mövzusunda keçirilmiş konfransa qatılıb və orada "ASAN xidmət"in təqdimatı olub.
Yeni telefon nömrələri tətbiq edildi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) CDMA simsiz rabitə ilə "044" şəbəkə kodunu tətbiq etməklə yeni telefon nömrələrini istismara verdi. Nömrələr 210, 211 və 212 (məsələn, 210-xx-xx, 211-xx-xx və 212-xx-xx) rəqəmləri ilə başlayır. "044" şəbəkə kodunun tətbiqi ilə yeni telefon nömrələrinin digər mövcud ("222", "208", "277", "274", "271" və s.) nömrələrdən fərqi ilə bağlı daha dolğun məlumatı bu linkə daxil olaraq ala bilərsiniz.
İT qruplarda və saytlarda İKT sahəsində gündəmdə olan mövzulardan biri Azərbaycanda ilk dəfə yemək sifarişinin pilotsuz uçan qurğular vasitəsilə çatdırılmasıdır. İdarəçi rəhbər Marko Yukic sevinərək qeyd edir ki: “Foodpandanın tədqiqat şöbəsi uzun müddət bu layihə üzərində çalışırdı. Nəhayət ki, böyük əzmkarlıqdan və səylərdən sonra biz istədiyimiz nəaliyyəti əldə edə bildik".
İt gündəmdə olan faydalı daha bir məlumat isə E-PUL ödəniş sisteminin mobil tətbiqinin App Store-a əlavə edilməsidir.
Ətraflı burada
Həmçinin Android platformalı telefonlar üçün tətbiq mövcuddur. Bu linkdə tanış ola bilcəksiniz.
Gündəmin facebook və twitter-də aktual olan mövzulardan biri də millət vəkili Elmira Axundovanın bezdirici SMS-lərə görə Bakcell-i məhkəməyə verməsi xəbəridir.
Deputat sonradan bu məsələyə aydınlıq da gətirdi. Elmira Axundova bildirdi ki, bir-iki həftə ərzində “Reklam haqqında” yeni qanun qəbul olunacaq və qanuna əsasən artıq mobil operatorlar istədikləri vaxt müştərilərə SMS göndərə bilməyəcəklər. Göndərdikləri təqdirdə həmin şirkətlər cinayət məsuliyyətinə cəlb olunacaq. Ətraflı burada tanış ola bilərsiniz.
Gəncləri maraqlandıran daha bir tədbir Startap Picnic aprelin 17-18-i Qafqaz Texnoparkında həyata keçirəcək. Tədbirdə startap yaratmaq istəyən və artıq bu sahədə uğurları, təcrübələri olan startapçıların bir araya gəlməsi təşkil ediləcək. Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bir neçə müddət gündəmdə olacaq, bütün İT qruplarda müzakirə olunan hadisələrdən biri də Uber beynəlxalq onlayn taksi xidmətinin Azərbaycana gətirilməsi ilə bağlıdır. Sürücü artımına kömək etmək, xərcləri minimum endirmək üçün unikal variantdır. Ətraflı məlumatı burada tanış ola bilərsiniz.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri