“İT GÜNDƏM” - in növbəti icmalı da xeyli zəngin olub

14-04-2015 / 00:34

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfə biz rəsmi xəbərlərdə, sosial mediada, İT qruplarda və saytlarda ötən həftə ərzində İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

İT sahəsində ən önəmli hadisələrdən biri də Azərbaycanda ilk dəfə olaraq beynəlxalq standartlara uyğun “Data Mərkəz”-in istifadəyə veriləcəyi xəbəri oldu.
Belə ki, Azərbaycanda ilk dəfə olaraq “Tier III” səviyyəli regional Data Mərkəz- BULUD Platforması istifadəyə veriləcək. İlkin mərhələdə rəflərin sayı 200 olacaq. Məlumatların saxlama həcmi 30 petabyt, ötürülmə sürəti isə 10-100 GE təşkil edəcək. Data Mərkəzin necə olacağı haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sosial media və KİV-in marağına səbəb olan hadisələrdən bir qismi ölkədə elektron hökumət quruculuğu ilə bağlı olub. Bu barədə RYTN MHM tərəfindən keçirilən növbəti brifinqdə məlumat veirlib. Əsas xəbər isə yeni nəsil şəxsiyyət vəsiqələrilə bağlı xəbər olub.
Belə ki, yeni vəsiqələrlə xaricə getməyin mümkün olacağı haqqında RYTN-nin açıqlaması önəmli xəbərlərdən biri oldu. Vəsiqələrin necə olacağı, nə vaxt veriləcəyi haqqında məlumatı bu keçiddən əldə edə bilərsiniz 

Daha bir sevindirici xəbər də ali təhsil haqqında arayışların online veriləcəyi məlumatı oldu. 
Arayışın əldə olunması üçün ali təhsil haqqında diplomun PİN kodunu yazmaq kifayətdir. 

Bu həftənin İT sahəsində rəsmi xəbərlərindən biri də çox istifadə olunan e-xidmətlərin adlarının açıqlanması oldu. 
Qeyd edək ki, birinci yerdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Sınaq imtahanına yazılış xidməti olub. Digər elektron xidmətlər haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Bu həftə mediada ən aktual olan mövzulardan biri “Nar Mobile”-ın təşkil etdiyi tədbirdə qonaqlara sürpriz edərək şirkətin loqosonu dəyişdiyini ( rebrending) açıqlması oldu.
Loqo ətrafında sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndi. Bəyənənlər və bəyənməyənlər oldu. Ətraflı məlumat burada 

Gündəmin daha bir önəmli hadisəsi Startap Azərbaycan layihəsi çərçivəsində keçirilən tədbirlər oldu. 
Qeyd edək ki, Startap Azərbaycan çərçivəsində Texniki Universitetdə, BDU, Memarlıq İnşaat universitetlərində də tələbələrlə görüşüb. Həmçinin aprelin 11-də startap komandaları üçün YT Parkda yerli və xarici ekspertlərin təqdimatında təlim də baş tutub. Ətraflı Xeberler.az-ın Startap bölməsinə daxil olaraq Startup Azərbaycanın həyata keçirdiyi bütün görüşlər və tədbirlərlə yaxından tanış ola bilərsiniz.

Həftənin ən səsküylü hadisələrindən biri də Reklam xarakterli SMS-lərin Milli Məclisdə müzakirəsi oldu.   
Bezdirici sms-lərin ləğvi ilə bağlı ilk addımı isə Azercell atdı. Abunəçilər sadəcə 9005 qısa nömrəsinə SMS göndərməklə, reklam mətnlərinin nömrələrinə gəlməsini dayandıra bilərlər. Daha ətraflı buradan baxa bilərsiniz.

İkt sahəsində diqqət yetirilməsi vacib məqamalardan biri də Bakıda “İnformasiya əsrində milli təhlükəsizlik: İnformasiya Kommunikasiya Texnologiyalarına əsaslanan təhlükəsizlik mülahizələri” adlı beynəlxalq konfransın keçirilməsi oldu. 
Konfransda Azərbaycandakı 30 dövlət və özəl təşkilatlardan 80-dən çox nümayəndə, o cümlədən kibertəhlükəsizlik üzrə beynəlxalq ekspertlər iştirak edib. Xeberler.az konfransda gedən bütün müzakirələri yaxından izləyib və daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. 

Gündəmi çalxalayan hadisələrdən biri də Azercell-in birtərəfli qaydada Azerfon ilə müqaviləni dayandırması haqqında xəbər oldu. 
Əsas problem isə “Azercell” arabağlantıların son dəqiqəsinə görə “Azerfon”a 0,05 manat ödəyir, digər tərəfin isə bu ödənişi 0,02 manat tariflə həyata keçirdiyi vurğulandı. RYTN problemin həlli istiqamətində addımlar atıldığını bildirib. Geniş məlumat burada 

Sevinc Çəltikova

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə