Previous Next
Bağla

Azərbaycan Qırğızıstana peyk vasitəsilə internet sata bilər

24-12-2016 21:10
Azərbaycan Qırğızıstana peyk vasitəsilə internet sata bilər

2016-cı ilin yayında Qırğızıstan və Qazaxıstanın internet operatorları arasında ciddi konflikt baş verib.

Xeberler.az APA-ya istinadən məlumat verir ki, buna səbəb magistral internetin tariflərinin artırılması idi. Nəticədə Qırğızıstan hökuməti alternativ magistralların axtarışındadır.

Yerli operatorlar hesab edir ki, tarif problemini həll etməklə mövcud olan sxemi qüvvədə saxlamaq olar. Bununla yanaşı, Qırğıztelekom tranzit operator olmalıdır.

Qırğızıstan hökuməti Rusiya, Qazaxıstan, Çinin internet magistrallarına və Azərbaycan dövlətinə məxsus olan Azərkosmos ASC-nin balansındakı peykə qoşulmağı nəzərdən keçir.

Qırğızıstanın Rabitə və İnformasiya Texnologiyaları üzrə Dövlət Komitəsinin sədri Bakıt Şarşenbiyev bildirib ki, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərkosmos ASC-nin balansında olan peyk vasitəsilə Qırğızıstanı internetlə təchiz etməyi təklif edib.

B. Şarşenbiyev Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayevlə də internetlə bağlı məsələləri müzakirə edib. Onun sözlərinə görə, Qazaxıstanda fəaliyyət göstərən operatorlar gələcək əməkdaşlıqda maraqlıdır.

China Telecom şirkəti isə görüşdə isə Çindən internetin alışına dair müzakirələr aparılıb. Hətta bəzi test işləri də aparılıb. Cari ilin noyabrın 24-də isə Qırğızıstan, Özbəkistan və Çin arasında əməkdaşlıq memorandumu imzalanıb. Sədrin sözlərinə görə, tarif məsələsi hələ də həllini gözləyir və bununla bağlı müvafiq danışıqlar aparılır. Qeyd edək ki, bu prosesə dövlət qurumları qarışa bilməz.

Rusiyanın rabitə və kommunikasiya naziri Nikolay Nikiforov isə Qırğızıstana Rostelekom dövlət şirkətinin imkanlarından istifadə etməyi təklif edib. "Məsələ burasındadır ki, Qırğızıstan coğrafi nöqteyi-nəzərdən birbaşa qaydada Rusiyadan internet ala bilməz. Bunu ya Qazaxıstan, ya da Çin üzərindən etmək mümkündür", - deyə B. Şarşenbiyev qeyd edib.

Komitə sədri qeyd edib ki, Azərbaycandan internetin çatdırılması baha olsa belə, müzakirə predmeti olan əsas variantlardan biridir: "Kabel internetindən fərqli olaraq peyk internetinin imkanları məhduddur. Bundan başqa, peyk interneti bahalı məhsuldur. Lakin bu variant internetlə təchiz olunmayan ərazilərin təchizatı baxımından alternativ ola bilər. Söhbət ucqar ərazilərdən və ya gömrük məntəqələrindən gedir".

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İKT nazirlərinin növbəti görüşü keçirilib

01-02-2019

Qırğızıstan Azərbaycan peyklərindən istifadə etməkdə maraqlıdır

09-12-2025

Qırğızıstanın dövlət kanalı Azerspace-1 üzərindən yayımlanacaq

10-07-2015

Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

29-11-2016

Azərkosmos ASC-nin internet səhifəsi fəaliyyətə başlayıb

05-06-2012

Azərkosmos-un gəlirləri kəskin artıb

31-05-2018

Azərbaycan və Əfqanıstan rəsmiləri görüşüb

16-07-2019

Rusiya ilə İKT sahəsində əməkdaşlıq müzakirə edilib

24-05-2016

Azərbaycan və İran peyk layihəsi ilə bağlı müzakirələr aparır

22-07-2019

Starlink və Beeline Qazaxıstanda peyk mobil rabitə xidməti göstərəcək

07-11-2025

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021

“Azərpoçt” Poçt Təhlükəsizliyi Fəaliyyət Qrupunun 6-cı iclasında təmsil olunub

26-05-2021

Azərbaycan rabitə şəbəkələrində dələduzluqla mübarizə məsələlərinin müzakirəsində iştirak edib

17-06-2021

Azərkosmos ilə Rusiya Peyk Rabitəsi əməkdaşlıq müqaviləsi imzalayıb

06-12-2019

Rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

02-04-2019

“SpaceX”ın prezidenti: “Starlink” internet xidməti Azərbaycanda korporativ sektorda və dənizdə dəstəklənəcək”

09-05-2023

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020

“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verib

20-04-2021

Nazir Huawei və China Telecom şirkətlərinin rəhbərliyi ilə görüşüb

28-02-2019

Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

20-12-2010

"Azərkosmos" və Braziliya Kosmik Agenliyi Anlaşma Memorandumu imzalayıblar

06-10-2023

Azərbaycan və Türkiyə əməkdaşlıq razılaşması imzalayıb

07-05-2026

Azərbaycan və Qazaxıstan peyk şəbəkələrinin koordinasiyası ilə bağlı tədbir keçirilib

16-11-2009

Ekspert: Azərbaycan interneti kifayət qədər dayanıqlıdırmı?

14-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə