Previous Next
Bağla

Azərbaycanda doğum və ölüm mobilləşdirildi

22-11-2022 12:46
Azərbaycanda doğum və ölüm mobilləşdirildi
Bu gün Ədliyyə Nazirliyi peşə payramı ərəfəsində daha bir neçə ictimai və sosial əhəmiyyət kəsb edən rəqəmsal həllərini təqdim edib.
 
Bu barədə Xeberler.az-a Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz məlumat verib.
 
Nazirliyin təqdim etdiyi yeni xidmətə görə, əgər doğum və ya ölümlə bağlı, ailə vəziyyəti və ailə tərkibi ilə bağlı arayış əldə etmək lazımsa artıq əziyyət çəkib ölkəyə gəlməyə ehtiyac yoxdur. Ölkədəsinizsə, müvafiq qurumlara getməyə ehtiyac yoxdur.
 
Belə ki, Nazirliyin yeni istifadəyə verdiyi "Mobil əhali” tətbiqi ilə bu arayışları harada olmağınızdan asılı olmayaraq elektron formada əldə edə biləcəksiniz.
 
Osman Gündüzün məlumatına görə, dövlət və özəl sektor, vətəndaşın mobil telefonla əldə etdiyi bu tip məlumatları, məsələn, telefondakı Doğum haqqında Şəhadətnaməni "rəqəmsal sənəd" olaraq qəbul edəcək.
 
Nazirliyin digər bir mühüm yeniliyi isə hansısa müqavilənin etibarnamə yolu ilə deyil, artıq birbaşa, tərəflərin harada olmasından asılı olmayaraq özləri tərəfindən bağlamaq imkanının yaradılmasıdır.
 
"Anlaşıqlı desək Nazirlik hələlik ilkin mərhələ üçün iki tərəfin iştirakını nəzərdə tutan kirayə müqavilələrinin uzaqdan, elektron formada bağlanması xidmətini təklif edir.
Tərəflərin identifikasiyası video qeydiyyat və üz tanıma əsasında reallaşır və bütün zəruri sənədlər real vaxtda sistemdən əldə olunur. Güman etmək olar ki, artıq ən qısa zamanda Nazirlik etibarnamə və ya arayış məsələsinə də son qoyacaq və tərəflərə, təmas olmadan, hansısa görüş, hansısa Notarius, hansısa arayışlar olmadan, uzaqdan, tam data yönümlü xidmət təqdim edəcək",-deyə Osman Gündüz qeyd edib.
 
Ədliyyə Nazirliyinin bu gün təqdim edilən “ƏN TEZ” xidmət konsepsiyası da innovativ bir yanaşmadır və hazır sənədlərin yerindəcə verilməsi prinsipinə əsaslanır:
 
"Ümumiyyətlə, müşahidələr göstərir ki, Ədliyyə Nazirliyində rəqəmsal transformasiya prosesləri yetərincə sürətli aparılır. Hazırda Nazirliyin 400 min istifadəçisi olan "Mobil notariat" tətbiqi ən populyar və faydalı rəqəmsal hökumət həllidir. Ədliyyə Nazirliyi rəhbərliyinin, qurumun İKT komandasının və qurumla dövlət-özəl tərəfdaşlıqla işləyən İT şirkətlərin səyləri olduqca təqdirəlayiqdir.
Nazirliyin rəhbərliyini, bütün əməkdaşlarını, xüsusilə də rəqəmsal komandanı peşə bayramı münasibətilə təbrik edirik". 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Əminəm ki, "E-qanun" mobil tətbiqi çox populyar olacaq

09-09-2022

Ekspert: "Milyonluq" iş 

20-10-2022

Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

14-04-2025

myGov ilə onlayn etibarnamə vermək mümkün olacaq

02-08-2019

Ekspert: "Mobil Notariat" tətbiqi hazırda ölkədə ən populyar rəqəmsal hökumət həllidir

15-08-2022

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

25-10-2023

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021

Doğum şəhadətnaməsinə müraciət "mygov"a inteqrasiya edilib

08-01-2025

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025

Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı arayış elektronlaşdırıldı

23-06-2015

Ədliyyə Nazirliyi elektron zəng xidmət konsepsiyası hazırlayıb

21-11-2022

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023

Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar mövzusunda təqdimat keçirilib

20-11-2019

Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

30-07-2021

Ədliyyə Nazirliyi blockchain texnologiyasının tətbiqinə hazırlaşır

23-10-2018

Nazirliyin keçirdiyi rəy sorğusu niyə birmənalı qarşılanmadı?

31-03-2021

Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

29-07-2019

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024

“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

10-03-2025

"Ədliyyə və məhkəmə sistemində islahatlar və innovasiyaların tətbiqi" adlı təqdimat keçirilib

25-09-2021

Ölüm haqda şəhadətnamələr elektronlaşdırılır

23-09-2016

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025

Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

16-04-2015

ƏƏSMN-in fəaliyyət sahələri üzrə 240 min şəxsə e-arayış verilib

12-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə