Previous Next
Bağla

Ekspert: Dövlət qurumlarının rəqəmsal layihələrdə sərbəstliyi məhdudlaşdırılır

04-05-2026 17:02
Ekspert: Dövlət qurumlarının rəqəmsal layihələrdə sərbəstliyi məhdudlaşdırılır

Prezidentin fərmanı ilə təsdiqlənən “Tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları” bu sahədə yeni mərhələnin başlanğıcını qoyur. Belə ki, innovativ və vətəndaşlara birbaşa təsir edən rəqəmsal layihələr artıq birbaşa tətbiq olunmayacaq, əvvəlcə pilot (test) mərhələdən keçəcək.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz fikirlərini bölüşüb.

Ekspert qeyd edib ki, bu qaydalar əsasən süni intellekt, böyük verilənlər (big data), yeni dövlət xidmətləri və vətəndaş məlumatlarına təsir edən rəqəmsal həlləri əhatə edir. Bu isə o deməkdir ki, nazirliklər və digər dövlət qurumları bu tip layihələri müstəqil şəkildə tətbiq edə bilməyəcək və mütləq təsdiq prosedurundan keçməli olacaqlar.

Onun fikrincə, qərarlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən işçi qruplar və ekspert rəyləri əsasında veriləcək, təhlükəsizliklə bağlı məsələlərdə isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət XidmətiDövlət Təhlükəsizliyi Xidməti də prosesə cəlb olunacaq.

Osman Gündüz bildirib ki, bu yanaşmanın müsbət tərəfləri sırasında paralel sistemlərin azalması, risklərin əvvəlcədən yoxlanılması və keyfiyyətə nəzarətin gücləndirilməsi yer alır. Bununla yanaşı, çevikliyin azalması, bürokratik maneələrin artması, innovasiyanın ləngiməsi və qərarların subyektivliyi kimi risklər də mövcuddur.

Ekspert hesab edir ki, düzgün və şəffaf tətbiq olunacağı təqdirdə bu model daha koordinasiyalı və idarə olunan rəqəmsal mühitin formalaşmasına gətirib çıxara bilər. Əks halda isə innovasiya tempinin zəifləməsi ehtimalı yüksəkdir.

O, həmçinin qeyd edib ki, bu proses fonunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rolu daha da güclənir və qurum təkcə tənzimləyici deyil, həm də rəqəmsal layihələrin icrasında əsas qərarverici mərkəzə çevrilir.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

11-02-2026

Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

06-02-2026

Elektron xidmətlərlə bağlı tənzimləyici pilot layihələrin həyata keçirilməsi qaydaları təsdiqlənib

30-04-2026

Rəqəmsal hökumət arxitekturası hazırlanacaq

16-01-2025

Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

08-05-2026

Ekspert: Rəqəmsal İnkişaf Konsepsiyasının qəbulu üçün 4 il lazım olub

16-01-2025

İnformasiya təhlükəsizliyinin süni intellekt əsaslı həlləri işlənib hazırlanacaq

28-08-2023

İnformasiya infrastrukturu üzrə yeni qaydalar təsdiq edilib

27-10-2025

Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib

16-01-2025

Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

19-04-2021

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026

Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

09-01-2026

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022

Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

07-04-2026

Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

19-12-2025

Dövlət qurumlarının rəqəmsal layihələrinə vahid qiymətləndirmə mexanizmi tətbiq olunacaq

04-07-2025

Ekspert SOCAR-la bağlı yaradılacaq rəqəmsal portaldan danışdı

09-04-2019

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

03-02-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

23-02-2023

Kibermütəxəssislərə böyük ehtiyac var – ekspert

25-07-2023

Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır - Ekspert

02-04-2025

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə