Previous Next
Bağla

Azərbaycanda "Yağlı müştərilər" uğrunda vuruşma-RƏY

12-07-2023 23:47
Azərbaycanda "Yağlı müştərilər" uğrunda vuruşma-RƏY
Məlum olduğu kimi, hər bir evə fiber optik internet xəttinin çəkilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bütün ölkə üzrə "Onlayn Azərbaycan" layihəsi icra edilir. Gələn il başa çatması nəzərdə tutulub.
 
"On il öncə hökumət bu layihəyə 0.5 milyard manat büdcə vəsaiti nəzərdə tutsa da, sonralar bu reallaşmadı. Odur ki, Nazirlik bu layihəni həm öz resursları ilə, həm də Avropa banklarından aldığı kredit hesabına reallaşdırır. Diqqət çəkən məqam həm də odur ki, layihə özəl provayderlərin də iştirakını nəzərdə tutan dövlət-özəl tərəfdaşlığı ilə həyata keçirilir".
 
Bunu Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz məsələni şərh edərkən deyib.
 
Onun sözlərinə görə, ötən müddət ərzində bu istiqamətdə xeyli işlər görülüb. Əksər rayonlarda yerli telekommunikasiya qovşaqları və onlarla podratçılar tərəfindən kabelləşmə aparılır.
 
"Müşahidələr göstərir ki, bəzən bu infrastrukturun qurulmasında nizamlı, ağlabatan bir yanaşma olmur. Kim necə gəldi dirəklər basdırır, kabelləşmə aparır.
Bəzi hallarda eyni bir yerdə fiber optik xətlər üçün 4-5 dirəyin necə gəldi basdırıldığı görsənir. Həm şəhərdə, həm də xüsusən regionlarda, rayon mərkəzlərində bu daha çox müşahidə olunur. Amma maraqlıdır ki, bu dirək basdırılan ərazinin yaxınlığındakı yaşayış məntəqələrində, yaxınlıqdakı küçə və məhəllələrdə heç bir dirək də basdırılmayıb. Zamanında bir çox özəl provayderlər regionlarda potensial müştərilərin çox olduğu ərazilərdə infrastruktur qurublar".
 
Ekspert qeyd edib ki, hazırda bəzən dövlət operatorlarının da, xüsusən Aztelekom-un da ilk növbədə digər ərazilərdə deyil, məhz həmin ərazilərdə infrastruktur qurduğu müşahidə olunur. Bu, doğru bir yanaşma deyil:
 
"Yəni, görünən odur ki, bəzi hallarda həm dövlət, həm də özəl provayderlər "yağlı müştərilər" yaşayan və işləyən əraziləri ələ keçirmək uğrunda vuruşurlar.
Düşünürəm ki, Nazirlik, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi bu məsələlərdə bir nizamlama aparmalıdır. Qarmaqarışıq , bir neçə dirəklər basdırmaq əvəzinə vahid infrastrukturdan birgə istifadə qaydaları hazırlamaq olar.
Layihənin isə başa çatmasına az qalıb. Görünən odur ki, bir çox yerdə kabelləşmə və qoşulmalar ləng gedir. Dövlət operatorları əksər regionlarda, özəllərdən fərqli olaraq qoşulma ilə bağlı vətəndaşlara seçim imkanları vermir. Bəzi hallarda vətəndaşlara məcburən "tələbat olmayan" sürətlər təklif edilir. İndiki halda dövlət provayderlərinin heç bir internet infrastrukturu olmayan yaşayış məntəqələrinə, kəndlərə və qəsəbələrə üz tutması, bu məntəqələrdə infrastruktur qurması daha doğru olardı".
 
O hesab edir ki, əgər bu baş verməyəcəksə "Onlayn Azərbaycan" layihəsinin gələn il reallaşması ağlabatan görsənmir:
 
"İKTA -nın bununla bağlı monitorinq aparması, tənzimləyici səlahiyyətlərindən istifadə etməsi, infrastrukturla bağlı keyfiyyət standartları müəyyən etməsi , dövlət operatorlarına nəzarəti gücləndirməsi faydalı olardı".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

11-08-2022

Azərbaycanda orta internet sürəti niyə zəifdir?

15-10-2018

Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

06-07-2023

Ekspert: İşıq dirəkləri ilə ölkədə daha sürətli və keyfiyyətli internet infrastrukturu qurula bilər

10-01-2022

"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

10-03-2025

Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

29-08-2017

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020

Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

24-05-2023

Ekspert: RİNN yarım milyardlıq layihəni 160 milyona necə reallaşdırıb?

14-03-2025

Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

18-10-2021

Azərbaycan dünya reytinqində internetin sürətinə görə geriləyib

15-10-2019

Ekspert: Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır

08-11-2019

İnzibati əmrlə internetin sürətini artırmaq absurddur - Osman Gündüz

16-07-2025

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022

Osman Gündüz: Keyfiyyətli internet problemi necə həll olunacaq?

20-08-2021

Nazirlikdən açıqlama: Reytinq cədvəli həqiqəti əks etdirmir

07-08-2019

Ekspert: Nazirlik çoxdan 5G ilə bağlı açıqlamalar verməli idi

05-09-2022

Hökumət internet inhisarçılığı ilə mübarizə apara bilmir?-Ekspert

03-08-2023

"Aztelekom" 85 milyonu necə ala bilib?-EKSPERT ŞƏRHİ

23-12-2022

Ekspert yollarda olan internet problemindən danışıb

27-08-2019

Ekspert: Keyfiyyətli və əlçatan internet problemi nə zaman həll olunacaq?

21-06-2021

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Ekspert: İnnovativ yanğınsöndürmə texnikasından istifadə edilməlidir

26-03-2019

İnterneti kimdən alaq-özəl, yoxsa dövlət provayderindən?

18-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə