“Elektron xidmətlər” lə bağlı 6 aylıq hesabat təqdim olunub

30-06-2015 / 11:37

Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Milli Şəffaflıq Sisteminin qiymətləndirməsi layihəsi çərçivəsində dünən  Beynəlxalq Mətbuat Mərkəzində "Elektron Xidmətlər və Elektron Hökumət sahəsində görülən işlər və problemlər" ilə bağlı son 6 ayı əhatə edən tərəqqi hesabatını  ictimaiyyətə təqdim edib.

Xeberler.az-ın məlumatına görə, təqdimat mərasimini Şəffaflıq Azərbaycan Təşkilatının İcraçı Direktoru Rəna Səfərəliyeva açıb.

O qeyd edib ki, Azərbaycanın dövlət idarəetməsində elektron xidmətlər sahəsi dinamik sahələrdən hesab edilə bilər. Bu sahədə olan problemlər əsasən maliyyə çatışmazlığı və kadr problemi ilə əlaqədardır.

Sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Dövlət reyestri şöbəsinin müdiri İlqar Abdullayev çıxış edərək, təmsil etdiyi qurumun elektron hökumət quruculuğu istiqamətində gördüyü işlərdən və gələcək planlardan söhbət açıb.

 Məruzəçi qeyd edib ki, bu ilin keçən dövrü ərzində elektron hökumət sahəsində bir çox mühüm işlər həyata keçirilibş Belə ki, artıq vətəndaşlar bir sıra arayışları (yaşayış, iş yerindən arayış, diplom haqqında arayış, kommunal borcun olmaması barədə arayış,vvətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış və s.) dövlət qurumuna getmədən elektron hökumət portalından əldə edə bilirlər. Bundan başqa, yanvar ayında açıq hökumət məlumatları portalı (data.gov.az) istifadəyə verilib və hazırda, data.gov.az portalı vasitəsilə müxtəlif dövlət qurumları üzrə 21 adda məlumat bazaları açıq edilib.  MHM Açıq Hökumət Məlumatları üzrə startap layihələrinin təşkilatçısı və iştirakçısı kimi fəaliyyət göstərir.

MHM İcra Hakimiyyətləri ilə əməkdaşlıq edərək bir sıra sosial xidmətlərin elektronlaşması istiqamətində işlər görüb, fikir və təcrübə mübadiləsi aparılıb. "Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna Elektron hökumət portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi” xidmətinin hazırda vətəndaşlar üçün daha çox aktual olduğu müəyyən edilib və bu xidmət xidmət tam şəkildə elektronlaşdıraraq istifadəyə verilib . Hazırda 22 e-xidmət elektronlaşdırılıb və tezliklə portal üzərindən vətəndaşların istifadəsinə veriləcək.

İlqar Abdullayev bildirib ki, bu  ildə MHM tərəfindən bir çox ali məktəblərdə, kolleclərdə e-hökumət istiqaməti üzrə maarifləndirici tədbirlər həyata keçirilib, gələcəyin iş adamları olan tələbələrə ölkədə cərəyan edən elektronlaşma prosesləri və startap layihələr barədə geniş məlumat verilib.  Eyni zamanda yazı müsabiqəsi və mobil tərtibatların hazırlanması üzrə müsabiqə keçirilib. Həyata keçirilən tədbirlər sayəsində portaldakı e-xidmətlərdən istifadə sayı dinamik artdıb. Belə ki, iyunun 1-nə qədər  portalın istifadəçilərinin sayı 1,9 milyon nəfərə çatıb. Onlar 11,6 milyon dəfə e-xidmətlərdən istifadə ediblər.

İlqar Abdullayev sonda dövlət qurumlarının informasiya sistemlərinin elektron hökumət portalına inteqrasiyasının və qurumlararası məlumat mübadiləsinin zəruri olduğunu və bunun üçün bütün qurumların öz üzərlərinə düşən vəzifələrin vaxtında icra etmələrinin vacibliyini vurğulayıb. 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin innovasiyalar və strateji araşdırmalar şöbəsinin müdir müavini Fariz Cəfərov təmsil etdiyi agentliyin elektron xidmətlər sahəsində görülən işlərdən danışdı. O həmçinin qeyd edib ki, VXSİA hazırda qurumlar tərəfindən göstərilən bütün xidmətlərin reyestrini yaradır, sözügedən reyestr yaxın müddət ərzində tamamlanacaq.

Daha sonra Milli Şəffaflıq Sistemi layihəsinin koordinatoru, Məhəmməd Muradov təqdimatla çıxış edib. O , monitorinq zamanı hər bir vətəndaşın doğulmasından tutmuş vəfat edənə qədər ehtiyac duyduğu ictimai xidmətlərin monitorinqini həyata keçirdiyini vurğulayıb. 

Məhəmməd Muradov bir çox xidmətlərin elektronlaşdırılmasına ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, hələ də daşınmaz əmlak, torpaq kadastr məlumatları, səhiyyə məlumatları, arxiv məlumatları tam elektronlaşmayıb. 

Məltəm Talıbzadə 

 

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə