HP şirkəti, Microsoft korporasiyası, Aztelekom İstehsalat Birliyi və “DNS Computers” MMC-nin təşkilati və texniki dəstəyi ilə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan və Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr olunan “Gənc informatiklər” müsabiqəsinin qaliblərinə əsas mükafat kimi “Rəqəmsal dünya” heykəlciyi təqdim olunacaq.
İnternet səhifələrin və təqdimat işlərinin hazırlanması, həmçinin mətn yığıcılığı istiqamətləri üzrə keçiriləcək müsabiqədə Münsiflər Heyəti tərəfindən 14 müxtəlif nominasiya müəyyən edilib. İnternet səhifələr və təqdimatlar proqramçı işinə, mövzu orijinallığına, ən yaxşı dizaynına və məzmununa görə qiymətləndiriləcək. İbtidai sinif şagirdləri arasında təşkil olunan mətn yığıcılığı yarışında isə ilin vunderkindi, ən çevik informatik, ən səliqəli informatik və ədib informatik seçiləcək.
Bu nominasiyalarla yanaşı, müsabiqənin xüsusi qalibləri də elan oluna bilər və onlara da büllurdan hazırlanmış “Rəqəmsal dünya” heykəlciyi veriləcək.
Hazırda müsabiqənin birinci – ev tapşırığı mərhələsi keçirilir. Ümumilikdə 412 nəfərin mübarizə apardığı bu tura may ayının 15-də yekun vurulacaq və Münsiflər Heyətinin qiymətləndirməsi əsasında hər istiqamət üzrə 10 ən yaxşı iş finala vəsiqə qazanacaq.
Müsabiqənin təşkilatçıları Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil şöbəsidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti, İctimai Televiziya və Radio Yayımları Şirkəti və “İntel – Gələcək üçün təhsil” proqramı layihəyə təşkilati dəstək göstərirlər.
Qeyd edək ki,müsabiqənin rəsmi informasiya dəstəyi İnterfaks-Azərbaycan İnformasiya Agentliyinə, Xəbərlər.az portalına, 168 saat qəzetlər qrupuna məxsusdur.
Daha ətraflı məlumat üçün www.informatik.az saytına müraciət edə bilərsiz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri