“Günahı sosial şəbəkədə yox, özümüzdə axtarmalıyıq”

27-10-2017 / 09:12

"Sosial mediaya aşırı asılılıq varsa, bəziləri əhəmiyyətsiz, mənasız işlər üçün istifadə edirlərsə, bu, onların öz problemidir. Deməli, həmin şəxslər real aləmdə də belədir".

Xeberler.az bildirir ki, bunu Sherg.az-a sosial medianın ziyanlarından danışarkən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

 O bildirib ki, sosial media cəmiyyətin inikasıdır:

 "Azərbaycandan 2 milyon insan sosial şəbəkələrdə varsa, demək bu həyatımızın ayrılmaz hissəsidir. Hər bir istifadəçi özünü burada göstərir. Biz sosial şəbəkələri virtual aləm adlandırırıq, amma əslində bu, elə real aləmdir. İnsanlar bütün iş-gücünü, təhsilini, gündəlik fəaliyyətini burada gerçəkləşdirirsə, deməli realdır. Əgər sosial mediaya aşırı asılılıq varsa, bəziləri əhəmiyyətsiz, mənasız işlər üçün istifadə edirlərsə, bu, onların öz problemidir. Deməli, həmin şəxslər real aləmdə də belədir. Biz öz problemimizi, düzgün istifadə etməməyimizi sosial medianın problemi kimi təqdim etməməliyik. Sosial mediadan necə istifadə edəcəyimiz bizim öz seçimimizdir”.

O.Gündüz xatırladıb ki, sosial mediada zərərli, mənasız, vaxt alan informasiyalarla qarşılaşmamaq, əhəmiyyətsiz insanlarla ünsiyyətdə olmamaq istifadəçinin öz əlindədir:

"İnsanlar elə edə bilər ki, bu tip hallarla rastlaşmaz. Biz günahı sosial şəbəkədə deyil, özümüzdə axtarmalıyıq. Əksinə cəmiyyətin bir hissəsi olan sosial şəbəkələrin də yaxşılaşdırılması, faydalı tərəflərinin üzə çıxarılması üçün işlər aparmalıyıq. Sosial media cəmiyyət, dövlət və insanlar üçün lazımlı, faydalı vasitələrdən biridir. Sadəcə, bundan düzgün faydalanmaq lazımdır”.

Qeyd edək ki, son zamanlar Avropa ölkələrində sosial media, onun cəmiyyətə təsirləri haqqında mənfi rəylər güclənib. Bu ölkələrdə cəmiyyətdə və mətbuatda sosial media "xalta” adlandırılır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə