Facebook rəhbəri Mark Zuckerberg Nyu-Dehlidə Hindistan Texnologiyalar İnstitutunda keçirilən konfransda çıxış edərək şirkətin internetdən istifadənin genişləndirilməsi ilə bağlı planlarını müdafiə edib.
Xeberler.az xarici mətbuata istinadən bildirir ki, o, institutda sual-cavab zamanı bildirib ki, Facebook-un Internet.org layihəsi internet məlumatlarından istifadəni minimum endirməyi təklif edir. Hazırda Hindistanda internet istifadəçilərinin sayı 1 milyon, dünyada isə 15 milyon təşkil edir.
“İnkişaf etməkdə olan ölkələrdə insanların internetə və biliklər iqtisadiyyatına qoşulması üçün çoxlu əngəllər var. Internet.org bu maneələrin dəf edilməsinə yönələn qlobal tərəfdaşlıqdır. Biz çalışacağıq ki, hazırda internetdən yararlanmaq imkanından məhrum olan insanları çıxışla təmin edək”, - M.Zuckerberg bildirib.
Sosial şəbəkə internetə çıxış imkanlarını artırmaq üçün infrastruktur həllərə orta hesabla 1 milyard dollar xərcləyib və daha çox vəsait sərf etməyi nəzərdə tutur. Layihənin ilkin məqsədi 5-10 il ərzində mobil internet xidmətlərinə görə xərcləri hazırkı dəyərindən 1 faiz azaltmaqdır.
Bu gün Internet.org 11 dövlətdə - Qvatemala, Kolumbiya, Qana, Zambiya, Tanzaniya, Keniya, Hindistan, Banqladeş, İndoneziya, Filippin və Malaviyada istifadəyə verilib. Təşəbbüs sayəsində ilk dəfə internetdən istifadə edənlərin sayı doqquz milyondan çox qiymətləndirilir, pulsuz olan xidmətlərin sayı isə yüzü ötüb.
Layihədə Samsung Electronics, Qualcomm, Ericsson, Nokia, MediaTek və Opera Software şirkətləri də iştirak edir və beləliklə, təşəbbüsü bazarın müxtəlif seqmentinin şirkətləri dəstəkləyir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri