İnstaqram özünün "Sans" adlı yeni şriftini yaradıb  

24-05-2022 / 23:24

İnstaqram öz brendinin böyük yenilənməsini anons edib. Belə ki, sosial şəbəkə bəzi marketinq materiallarını təzələyib və loqosunda düzəlişlər edib.

Xeberler.az bildirir ki, İnstaqram başqa bir yeniliyi də təqdim edib. Platforma marketinqdə və tətbiq daxilində özünün İnstaqram Sans adlı yeni şriftindən istifadə etməyi qərara alıb. Məlumata əsasən, İnstaqram Sans adlı şriftin yaradılmasında fotoservis öz loqosundan ilhamlanıb. Yeni yaradılmış şrift şirkətin sadəliyə və incəsənətə bağlılığını əks etdirir. İlhamlanma prosesi daha çox düzbucaqlılar ilə dairələrin kombinasiyasından əldə edilib. Qeyd edək ki, platforma sözügedən sözlərin ingilis dilində olan versiyalarını (squares və circles) birləşdirərək vahid “squircles” sözündən istifadə edib.

 Sosial şəbəkə mümkün olduğu qədər çox dildə (tay və yapon dilləri də daxil) yaxşı şəkildə əks olunan şrift variantının seçilməsi üçün şirkət linqvistlərlə bir yerdə çalışıb. Yeni şriftdə ayrı-ayrı simvollar həqiqətən də qeyri-adi görünürlər. Bəzi simvolların kombinasiyaları isə klassik hərflərə bənzəmirlər. Sözügedən şriftin sahib olduğu əsas özəllik isə unikal orijinallıqdır.

İstifadəçilər öz “Stories” və “Reels” paylaşımlarında İnstaqram Sansdan istifadə edə biləcəklər. Sözügedən şrift ilə yazılacaq yazıların əlavə ediləcəkləri həmin paylaşımları TikTok videolar ilə səhv salmaq mümkün olmayacaq.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.