Previous Next
Bağla

Təhsildə İKT-nin tətbiqi genişlənir

20-05-2015 13:41
Təhsildə İKT-nin tətbiqi genişlənir

Bu gün Təhsil Nazirliyinin “Edumedia Azərbaycan”  ilə birgə təşkil etdiyi “Promethean interaktiv lövhələrin tədrisdə tətbiqi” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Xeberler.az-ın məlumatına görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “EduMedia Azərbaycan” təşkilatının direktoru Orxan Əzizov, ali və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib.

Tədbirdə  bildirilib  ki, müsabiqənin keçirilməsində məqsəd müasir informasiya və kommunikasiya texnologiyları avadanlıqlarının təhsildə istifadəsi genişləndirməkən ibarətdir.

Qeyd edək ki, müsabiqə 1-4 siniflər üçün hazırlanmış ən yaxşı resurs, 5-11-ci siniflər üçün hazırlanmış ən yaxşı resurs və ən yaxşı təlimçi işi nominasiyaları üzrə keçirilib.

Müsabiqə iştiraçıların əsas vəzifəsi məktəb kursunun bir və ya bir neçə mövzusunu əhatə edən, “Activinspire” proqramının köməkliyi  ilə hazırlanmış elektron materiallardan ibarət və metodiki şərhlərlə əsaslandırılan didaktik material təqdim etmək olub.  Müsabiqə dövründə 200-dən artıq resurs qəbul olunub və onlar arasından qaliblə seçilib.

Çıxışlardan sonra qaliblərə mükafatlar təqdim olunub. Onlara diplomla yanaşı, Böyük Britaniyanın “Promethean” şirkətinin məhsulları olan “Promethean ActivExpression”, “Promethean ActivView” və “Promethean ActivSlate” avadanlıqları verilib.

Tədbirdə “ActivExpression” vasitəsilə şagirdlər müəllimin vediyi sualları cavablandırdığı, müəllimin  isə nəticələri elektron lövhələrin ekranında müşahidə etdiyi bildirilib.

“ActivView” kameranın qarşısında yerləşdirilən hər hansı obyektin təsvirini elektron lövhədə nümayiş etirir.

“ActivSlate” vasitəsi ilə isə  müəllim uzaq məsafədən belə elektron lövhə üzərində əməliyyat apara və qeydlər yaza bilər.

Qeyd edək ki, Təhsil Nazirliyi ölkənin 640-dan çox ümumtəhsil məktəbinə belə elektron lövhələr paylayıb. Bu lövhələrin əsas üstünlükləri minlərlə elektron dərsliklərə çıxış imkanı, həmçinin eyni anda  zamanda iki istifadəçinin işləməsinə şərait yaratmaq, müxətlif əməliyyat sistemləri ilə işləmə qabiliyyətidir.

Elektron lövhədən istifadənin effektivliyinin artırılması məqsədilə ümumtəhsil məktəblərindən 4300-dən müəllimə  təlim də  keçirilib.

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Təhsildə İKT-nin tətbiqi genişlənir

31-08-2015

“Elektron Təhsil” müsabiqəsinə 46 layihə təqdim olunub

03-10-2015

Promethean texnologiyasından istifadə qaydaları tədris ediləcək

16-10-2015

“Elektron təhsil” respublika müsabiqəsi başlayır

15-09-2016

“Elektron Təhsil” müsabiqəsinin yekunları müzakirə olunub

21-12-2015

“Elektron təhsil” müsabiqəsi başa çatdı

10-11-2015

“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

29-12-2016

“Elektron təhsil” müsabiqəsi başladı

19-09-2016

“Elektron təhsil” müsabiqəsində 644 layihə mübarizə aparacaq

23-10-2017

Şagirdlər üçün “Elektron Təhsil” müsabiqəsi elan olunub

08-10-2015

“Elektron Təhsil” müsabiqəsi başlayır

01-09-2017

“Elektron təhsil” müsabiqəsinin nominantları müəyyənləşdirilib

30-11-2015

“Elektron Təhsil” müsabiqəsi başladı

06-09-2017

İnteraktiv elektron lövhələrlə bağlı kitab çap edilib

31-03-2016

“Elektron təhsil” müsabiqəsinin qalibləri açıqlanacaq

22-12-2015

“Elektron təhsil” müsabiqəsi başladı

21-09-2015

“Elektron təhsil” start götürdü

02-04-2012

“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırıldı

29-12-2015

IV “Elektron təhsil” və “1 şagird: 1 kompüter” Respublika müsabiqələrinin qalibləri mükafatlandırılıb

26-08-2013

“Elektron təhsil” respublika müsabiqəsi keçiriləcək

24-08-2015

İnteraktiv texnologiya bizə hansı imkanları verir?

06-10-2009

“Elektron təhsil” müsabiqəsinin qalibləri-Foto

26-12-2017

“Elektron Təhsil” müsabiqəsi başlanır

02-09-2015

Təhsil müəssisələrinə 2480 noutbuk verilib

22-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə