“Biliklər iqtisadiyyatının inkişafında İKT-nin dayanıqlılığının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi vacib məsələlərdəndir”.
Xeberler.az-ın məlumatına görə, bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev deyib.
O, informasiya cəmiyyətinə keçidin təmin olunması üçün qəbul olunmuş qanunvericilik bazası barədə danışan məruzəçi bu baxımdan “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Ə.Əliyev, həmçinin bu istiqamətdə görülmüş işləri nəzərə çatdırıb. Effektiv e-dövlət xidmətlərinin təqdim olunmasının risklərin azaldılması mənbəyi kimi böyük önəm daşıdığını qeyd edib.
O, informasiyanın təqdim olunmasına məsul olan dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, ekoloji fəlakət və təbii fəlakətlərin baş vermə səbəblərini diqqətə çatdırıb, onların qarşısının alınması istiqamətində görüləcək tədbirlər, o cümlədən bu işlərə elmi dəstək verilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı tövsiyələrini bildirib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri