“İş yerinə dair arayış” e-xidmətindən istifadə 10 faiz artıb

30-01-2017 / 10:57

Ölkədə kağız arayışların elektron arayışlarla əvəz edilməsi prosesində əhəmiyyətli rol oynayan “İş yerinə dair arayış” e-xidmətinə 2016-cı ildə 227 685 müraciət qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 10,3 faiz (21 209 müraciət) çoxdur.

Bu barədə Xeberler.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, bu e-xidmətə daim artan marağın əsasında onun işləyən hər kəsə müvafiq hallarda bu və ya digər təşkilata təqdim etmək üçün real vaxt rejimində iş yerinə dair arayış əldə edə bilmək imkanı verməsidir. Bununla da artıq həmin arayışın alınmasından ötrü vətəndaşın öz iş yeri olan müəssisənin məsul şəxslərinə müraciət etməsinə, bunun üçün vaxt və əlavə zəhmət sərf etməsinə ehtiyac qalmır.

Arayışda işəgötürən barədə məlumatlar, habelə onun əlaqə nömrəsi, əmək müqaviləsinin bağlandığı tarix, işçinin şəxsi məlumatları və s. əksini tapır. Digər tərəfdən, arayışın təqdim edildiyi qurumlar onun üzərindəki ştrix-koddan istifadə etməklə  “E-hökumət” portalında  bu sənədin həqiqiliyini, oradakı məlumatların düzgünlüyünü yoxlaya bilirlər.  

2014-cü ilin iyulundan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində bütün işçi və işəgötürənlər barədə dolğun informasiya bazasının formalaşması sistemin funksional imkanlarının artırılmasına, həmin ilin dekabr ayında “İş yerinə dair arayış” e-xidmətinin də istifadəyə verilməsinə imkan yaradıb.

Cari ilin 01 yanvar tarixinədək həmin e-xidmətə 453 minə yaxın müraciət qeydə alınıb. 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə