Previous Next
Bağla

Milli Net-in “Elm və təhsil” nominasiyasında yer tutan saytlar

09-12-2015 11:38
Milli Net-in “Elm və təhsil” nominasiyasında yer tutan saytlar

Xəbər verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan 97 sayt Nominant statusu alıb.

Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən yazımızda “Mədəniyyət, incəsənət və turizm saytları” nominasiyası üzrə Nominant statusu alan saytlar haqqında məlumat vermişdik.

Bu dəfə isə Milli Net-in “Elm və təhsil” nominasiyası üzrə Nominant statusu alan saytların adlarını təqdim edirik.

Bunlar “Xaricdə təhsil”, “Bərəkət nəşriyyatı”, “Library.atgti.az”, “Ekitab.net”, “KitabYurdu”, “Bhos.edu.az”, “700.az” saytlarıdır.

Library.atgti.az - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının elektron kitabxanasıdır. Kitabxananın interfeysi üç, 15.000 kitab bazası isə altı dildə oxucular üçün təqdim olunub. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Bhos.edu.az - Bakı Ali Neft Məktəbinin (BANM) rəsmi internet səhifəsidir. Saytda BANM-in fəaliyyəti ilə yanaşı, Ali Məktəbdə keçirilən tədbirlər, struktur və akademik bölmələr, tələbə həyatı, statistik məlumatlar, beynəlxalq əlaqələr, yerli və xarici qonaqlar haqqında məlumat yerləşdirilib. Sayt Azərbaycan dili ilə yanaşı, ingilis dilində də fəaliyyət göstərir.

Bərəkət nəşriyyatı - Bərəkət Nəşriyyatı uşaq ədəbiyyatı ilə əlaqəli çox sayda kitab və aylıq Qönçə dərgisini çap edir. Ən aşağı yaşlardan yuxarı yaşlara qədər uşaq, yeniyetmə və gənclər üçün maraqlı, fərqli mövzularda kitablar çıxarılır. Bu mövzular, əsasən, hekayələr, nağıllar, əyləncəli elmi məlumatlar, məntiqi təfəkkürü inkişaf etdirən suallar, rəngləmə kitabları, əxlaq və davranış qaydalarıdır.

KitabYurdu - elektron kitabxana portalıdır. Saytda Azərbaycan, türk, ingilis və rus dillərində elektron kitablar, mühazirələr, jurnallar və məqalələr yerləşdirilib. İstifadəçi saytda seçdiyi fənn üzrə müxtəlif kitabları electron qaydada oxuya bilər.

Xaricdə təhsil - Saytın məqsədi Azərbaycan gəncliyinin elm və təhsil sahəsində əldə edcəyi uğurlara vasitəçi olmaqdır. Həm xaricdə yüksək səviyyədə təhsil almaq, həm də, xarici dünya tələblərini öyrənmək, arzu edilən ölkədə yaşayaraq təhsilini davam etdirmək istəyən istifadəçilər saytda faydalı məlumatlar əldə edə bilərlər.

Ekitab.net -  Saytda müxtəlif mənbələrədən toplanan elektron resurslar istifadəçilərə pulsuz olaraq təqdim edilir. İstifadəçi oxumaq istədiyi kitabların elektron variantını buradan əldə edə bilər.

700.az - layihə TQDK qəbul imtahanlarına onlayn hazırlıq üçün yaradılmış resursdur. Əsas fəaliyyət sahəsi onlayn təhsil olan "700.AZ" şirkəti, abituriyentlərə müəllimlər tərəfindən onlayn hazırlıq xidmətləri vermək istiqamətində çalışır. TQDK qəbul imtahanı üzrə onlayn hazırlıq proqramını yaradan şirkət bu sayt vasitəsilə hazırlaşanlara yüksək keyfiyyətli xidmət göstərir.

Qeyd edək ki istifadəçilər və maraqlananlar bu saytlar haqında fikirlərini və rəylərini millinet.az  saytında şərhlər bölməsində yaza bilərlər.

Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

 

Ruhəngiz Muradova

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Net-də Nominant statusu alan növbəti saytlar

14-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

08-12-2015

Milli Net-in “Elektron hökumət” nominasiyasında yer tutan saytlar

10-12-2015

Milli Net 2015 Nominantlarını tanıyaq

04-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

12-12-2015

MilliNet 2016 Nominantları hansı saytlardır?

16-12-2016

Milli Net-də Nominant statusu alan ictimai-sosial saytlar

17-12-2015

Milli Net-də Nominant statusu alan növbəti saytlar

15-12-2015

MilliNet 2016 Nominantları hansılardır?

17-12-2016

Milli Net 2015 Nominantları hansılardır?

05-12-2015

Milli Net-də Nominant statusu alan “Bloqlar”

07-12-2015

MilliNet-də Nominant statusu alan növbəti saytlar

09-12-2017

MilliNet-də Nominant statusu alan növbəti saytlar

15-12-2016

MilliNet-də Nominant statusu alan bloqlar

13-12-2016

MilliNet 2017 Nominantları hansı saytlardır?

11-12-2017

Milli Net 2015 Nominantları hansı saytlardır?

03-12-2015

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2016

Milli Net-in “Mobil tətbiqlər” nominasiyasında yer tutan saytlar

11-12-2015

Milli Net 2015 Nominantları ilə tanış olaq

06-12-2015

MilliNet 2017 nominantı kimlərdir?-İcmal

08-12-2017

MilliNet 2016-nın Nominantlarını tanıyaq

12-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

17-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

16-12-2017

Milli Net-də Nominant statusu alan Facebook səhifələri

16-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə