İstifadəçi təcrübəsini daha da təkmilləşdirmək məqsədilə “mygov” mobil tətbiqində yenilik həyata keçirilib. Bu yenilik sayəsində tətbiqdə təqdim olunan məlumat və xidmətlər vahid bölmə altında bir araya gətirilib. Əsas məqsəd istifadəçilərin tətbiq daxilində ehtiyac duyduqları məlumat və ya xidmətə daha rahat və sürətli şəkildə çatmasını təmin etməkdir.
Xeberler.az bildirir ki, əvvəlki versiyada məlumatlar və xidmətlər ayrı-ayrı bölmələrdə təqdim olunurdu. Məlumatlar müəyyən kateqoriyalar üzrə qruplaşdırılsa da, xidmətlər ümumi siyahı şəklində istifadəçilərə təqdim edilirdi. Artıq tətbiqə əlavə edilmiş yeni “Kateqoriyalar” bölməsi vasitəsilə istifadəçilər özlərinə lazım olan mövzunu seçərək həmin kateqoriyaya aid olan bütün məlumat və xidmətlərlə eyni məkanda tanış ola bilirlər.
Bu yanaşma həm axtarış prosesini, həm də istifadəçinin tətbiqdəki naviqasiya təcrübəsini sadələşdirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları