NASA 3I/ATLAS kometasının yeni görüntülərini təqdim edəcək

19-11-2025 / 13:11

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) noyabrın 190-da gecə saatlarında keçiriləcək mətbuat konfransında ulduzlararası 3I/ATLAS kometasının yeni görüntülərini təqdim edəcək.

Xeberler.az məlumat verir ki, NASA-nın veb-saytında dərc olunmuş açıqlamada deyilir: “NASA noyabrın 19-da, çərşənbə günü agentliyin missiyaları zamanı toplanan ulduzlararası 3I/ATLAS kometasının görüntülərini paylaşaraq canlı yayım təşkil edəcək”.

Məlumatda qeyd edilir ki, 3I/ATLAS astronomlar tərəfindən kəşf edilən üçüncü ulduzlararası cisimdir. Birincisi, 2017-ci ilin payızında kəşf edilmiş "Oumuamua" asteroidi, ikincisi isə 2019-cu ilin avqustunda rus astronomu Gennadi Borisov tərəfindən kəşf edilmiş “2I/Borisov” kometası olub.

NASA bildirib ki, 3I/ATLAS adlanan kometa oktyabrın 29-da Günəşə ən yaxın nöqtə olan “Perihelion”u keçib. Astronomlar hesab edirlər ki, obyekt Günəş sistemimizə aid ola bilməz, əksinə, digər ulduz sistemlərindən yaranıb və müşahidələr tarixində alimlər tərəfindən kəşf edilmiş üçüncü ulduzlararası obyektdir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə