Previous Next
Bağla

NRYTN böyük vəsaitlər sərf edərək anlaşılmaz tədbirlər keçirir

04-03-2020 21:22
NRYTN böyük vəsaitlər sərf edərək anlaşılmaz tədbirlər keçirir

Xeberler.az olaraq məlumat vermişdik ki, NRYTN  II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” üzrə “Kibertəhlükəsizlik konfransı” keçirir.

 

Məslə ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:

"Tədbirin keçirilməsi ilk baxışdan belə görsənir ki, doğurdan da aktual və faydalıdır.

Amma mahiyyətə diqqət etdikdə, müzakirə olunan məsələlərə və açıqladıqları məlumatlara baxdıqda təəccüblənməyə bilmirsən.

Məsələn :
1. Məntiqlə bu həftənin əsas müzakirə predmeti uzun müddətdən bəri gözlənilən “İnformasiya təhlükəsziliyi üzrə Milli Strategiya” olmalıydı. Hansı ki cəmiyyətin bütün tərəflərinin maraqlarına toxunan bu sənəd hələlik layihə formasındadır, təsdiqlənməyib.

Amma çox maraqlıdır və anlaşılmazdır ki, bu sənəd ortada yoxdur. Yəni NRYTN-ın həm fəliyyət funksiyalarına görə və həm də keçirdikləri həftənin mahiyyətinə görə müzakirə olunmalı olan ƏSAS sənəd, layihə ortada yoxdur.

Əvəzində isə Həftə çərçivəsində olduqca dar bir çərçivədə, prioritet olmayan mövzulara üstünlük verilir.

Bu cür, absurd situasiya ilə indiyədək mən rastlaşmamışam.

2. Keçirilən həftə çərçivəsində Hökumət Buludu müzakirə olunduğu bildirilib. Amma bu sahə ilə əlaqəli bütün maraqlı tərəflər bilir ki, hazırda belə Bulud, necə deyərlər “göydə görsənmir”, ortada yoxdur. AzCloud adlanan struktur formalaşdırılsa da hökumət qurumları və özəl sektorun çox hissəsi ora miqrasiya etmək istəmir. Çünki, sadəcə servis və zəruri xidmətlər yoxdur, dövlət qurumları uzun illər formalaşan məlumat bazaları üçün adı çəkilən Hökumət buludundan təminatlar ala bilmirlər.
Yevlaxdakı Backup da hələ hazır deyil. Bakıdakı, lisenziya vaxtı bitmiş HP avadanlıqların da Yevlağa köçürülməsi və bura üçün yeni avadanlıqların alınması nəzərdə tutuılur. Qısası , görünən odur ki maraqlı tərəflərin iştirakı təmin olunmayan bir dar çərçivıəli toplantı edirlər və olmayan bir şeyi müzakirəyə çıxarırlar.

Prezidentin tapşırığı ilə bu sahə il əlaqəli hazırlanmalı olan təkliflər haqqında NRYTN indiyədək də açıqlama verməyib.

3. Bir tərfədə dövlət sektorunda informasiya təhlükəsziliyinə cavadeh qurum olan XDMX Prezidentin fərmanına uyğun olaraq formalaşan “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası” nin işini təşkil edir. İnformasiya təhlkəsizliyi üzrə Konsepsiya hazırlayır. Bu qurum dövlət sektorunda Kasperskidən imtina edir və Yaponiyanın TrendMicro məhsuluna üstünlük verrir.

Dövlət sektorunda bəzi sahələrdə hələ də xarici rəqəmsal resurslardan asılılıq qalmaqdadır. Strateji sahələrdə Milli alternativlərin yaradılmasına ehtiyac var.
Belə bir anda NRYTN-in DATA Mərkəzinin operatoru olan AzİnTelecom ilə "Kaspersky Lab" arasında əməkdaşlıq protokolu imzalanır. Arxasınca da Kibertəhlükəsizlik həftəsi keçirir 

Gəl indi anla ki, nə baş verir.

4. Kibercinayətkarliqla bağlı, fərdi məlumatların qorunması ilə bağlı beynəlxalq təcrübənin öyərinlməsi, Avropada bu sahə ilə əlaqəli yeni qəbul olunan qaydalara uyğun olaraq ölkə qanunvericiliyinin də təkmilləşdirilməsi olduqca aktualdır. Bəzən müşahidə edirik ki bizim vətəndaşlarımızın fərdi məlumatalrı da qanunsuz olaraq müxtəlif qurumlar tərəfindən ələ keçirilir və müxtəlif məqsədlər üçün istiafdə olunur. Ölkədə Kibercinayətkarliqla bağlı strukturların formalaşmasına ciddi ehtiyac var. Bu qurumlar və səlahiyyətlər necə olmalıdır? Amma baxırsan ki, NRYTN tamamilə başqa, daha az əhəmiyyət kəsb edən hədəfləri, həm də təəssüf ki,olduqca dar bir çərçivədə müzakirəyə çıxarır.

Yazırsan inciyirlər, yazmırsan olmur.

Rəqəmsal transformasiya dövründə ölkə başçısının müəyyən etdiyi hədəflər xeyli fərlidir, qlobal çağırışlara uyğun olaraq daha müasir və daha aktual tələblər qarşıya qoyulur.

Bizdə aparılan rəqəmsallaşma da fərqli çağırışlar müəyyən edir. Ümumiyyətlə, düşünürəm ki, NRYTN prioritetlərin müəyyən edilməsi, bütün səlahiyyətli dövlət qurumlarının və bütün maraqlı tərəflərin cəlb edilməsi, daha aktual movzuların müzakirəyə şıxararaq hökumət üçün təkliflərin hazırlanmasına diqqəti çox artırmalıdır".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021

Ekspert kibertəhlükəsizlik strategiyasından danışdı

11-03-2019

Ekspert: “Hökumət Buludu”na keçid nə üçün ləngiyir ?

19-08-2020

Ekspert: 70 nəfərlik tədbir üçün 70 min nəfərlik stadiona nə ehtiyac var?

02-09-2019

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024

Hökumət Buludundan nə gözlənilir?

20-06-2019

İnnovasiyalar sahəsində kordinasiya səlahiyyəti kimdədir?

31-05-2019

Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

07-07-2021

NRYTN tabeliyindəki İnnovasiyalar Agentliyi ləğv edilə bilərmi?

17-05-2019

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019

Ekspert:Kritik qurumların kibertəhlükəsizliyi necə təmin olunacaq?

07-05-2022

Ekspert: Elektron Təhlükəsizlik Xidməti sektorda dönüş yarada biləcəkmi?

22-10-2021

DTX kiber sektorda biznes və vətəndaş üçün daha əlçatan olub

05-06-2024

Osman Gündüz: Ölkədə rəqəmsal savadlılıqla bağlı ciddi problemlər var

13-09-2021

Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?

13-08-2020

Dövlət qurumları məlumat bazalarını harada saxlamalıdırlar ?

19-01-2019

Azərbaycanda informasiya təhlükəsizliyi üzrə 18 milli standart var

02-03-2020

Bakıda "Təhlükəsiz Hökumət Buludu" tədbiri baş tutub

03-03-2020

Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

02-06-2017

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022

Azərbaycanda “Kibertəhlükəsizlik strategiyası"nın hazırlanması niyə yubanır?

21-02-2020

İKT sektorunda mərkəzləşmənin müəllifi kimdir?

29-01-2018

Ekspert təhsildə İKT-nin tətbiqindən danışdı

29-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə