Previous Next
Bağla

Onbranch sosial paylaşım platformasının təqdimatı olub

05-05-2017 20:30
Onbranch sosial paylaşım platformasının təqdimatı olub

Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) Azərbaycandan start götürəcək Onbranch beynəlxalq layihəsinin təqdimatı keçirilib.

Belə ki, bu platforma veb-saytdan və mobil tətbiqetmədən (application) ibarət olmaqla, istər biznes sahibləri, istər ictimai fəaliyyət subyektləri, istərsə də fərdi istifadəçilər üçün yeni imkanlar təqdim edir.

Xeberler.az-ın məlumatına görə, tədbirin açılışında layihənin strateji inkişaf üzrə konsultantı Emil Məcidov 10 il bundan əvvəl dünyada informasiya, yüksək texnologiyalar sahəsinin inkişafına nəzər salaraq bildirib ki, ictimai şəbəkələr dünyanı çox dəyişib.

"İndi hər şey sürətlə tərəqqi edən texnologiyalardan asılıdır. Hesab edirəm ki, Onbranch ictimai şəbəkənin yeni nəslidir. Bəlkə də bu, çox ambisiyalı səslənir. Amma bunu qorxmadan deyirəm. Özüm layihənin müəllifi deyiləm. Əsas iş komandanın üzərinə düşür. Mən bunu şahid kimi söyləyirəm" - E.Məcidov söyləyib.

Tədbirdə layihənin təsisçisi Elçin Əskərov çıxış edərək Onbranch sosial paylaşım platformasının yaradılmasının əsas məqsədinin eyni məkanda olan insanları birləşdirmək olduğunu deyib.

"Biz real həyata üstünlük veririk, yəni, siz real həyatda aktiv deyilsinizsə, Onbranch-da aktiv ola bilməzsiniz. Həyatın müxtəlifliyi bəzən ətrafımızda olan reallığın bir parçasını nəzərdən qaçırmağınızla nəticələnir. Əlbəttə, heç kim heç bir imkanı əldən vermək istəməz. Zamanı ram etmək mümkün olmasa da, ondan daha çoxunu almaq mümkündür. Məhz bu məqsədi həyata keçirməyiniz üçün Onbranch sizi real həyatınızdan ayırmayan virtual köməkçiniz olmağa hazırdır. Bu platforma isə ətrafdakı insanların ünsiyyət vasitəsi kimi rol oynaya bilər:

"Onbranch-ın yaradılması ideyası hər zaman olub, lakin bu texnologiyanın işlənmə prosesi, habelə texniki tapşırığın hazırlanmasına 2015-ci ilin noyabr ayında başlanılıb."

Onbranch-ın üstünlüklərindən danışan E.Əskərov bildirib ki, bu unikal layihənin dünyada analoqu yoxdur:

"Tətbiqetmənin digər üstünlüyü bir məkana daxil olarkən ətrafdakı insanlarla ünsiyyət yaratmaq üçün onların real oturduğu hər hansı məkanda real koordinatları görməkdən ibarətdir. Məsələn, proqram iki şəxsdə varsa, eyni məkana daxil olarkən onlar bir-birilə ünsiyyət yarada bilərlər.

Digər bir məsələ isə tətbiqetmənin yaratdığımız virtual proyeksiyası ilə bağlıdır. Belə ki, hər hansı şəxs müəyyən məkana daxil olduqda, telefonla həmin məkanın virtual formasına daxil olur və onun proyeksiyası yaranır. Bu, bir çox imkanları genişləndirir. Misal üçün hər hansı bir məkanın kitabxanasından istifadə etməyə istifadəçiyə şərait yaradır. Yaxud istifadəçi şəhərdə hər hansı bir istirahət məkanındadırsa, restorandadırsa, onun menysuna nəzər salıb sifariş verə bilər".

E.Əskərovun sözlərinə görə, bu unikal tətbiqetmə ilk olaraq iyul ayına kimi Bakıda fəaliyyət göstərəcək və onun reallaşma sahənin genişlənməsi məqsədilə paralel olaraq Londonda da danışıqlar aparılır:

"Yaydan sonra biz qloballaşmağı düşünürük. İlk şəhərin Londonun olmasını planlaşdırırıq".

Qeyd edək ki, istifadəçilər Onbranch vasitəsilə getdikləri istənilən məkanı özləri üçün yenidən kəşf etmək şansı əldə edəcəklər. Belə ki, real həyatda məkana daxil olan istifadəçi sadə qoşulmanı həyata keçirməklə həm də virtual olaraq həmin məkanın ərazisinə daxil olur. Bununla da, istifadəçi özü və onun kimi digər ziyarətçiləri məkanın virtual xəritəsində görə və onlarla ünsiyyətdə ola bilir, həmçinin məkanın təqdim etdiyi xidmətlərdən yararlanmağı bacarır.

Beləliklə, sözügedən platforma yeni nəsil sosial şəbəkəsi olmaqla ilk dəfə hər bir şəxsə virtual məkanda olduğu vaxtda real həyatda ətrafında olan insanları tanımaq və onlarla ünsiyyət qurmaq imkanını yaradır.

Başlanğıc nöqtəsi istirahət, əyləncə və iaşə sektorları olmaqla, Onbranch növbəti mərhələlərdə ictimai xidmətlər və biznes mühiti üçün müxtəlif rahat və effektiv həllər təklif etməyi planlaşdırır. İstənilən sahədə fəaliyyətin əsas prinsipi detallı araşdırmanın aparılması ilə həm sıravi istifadəçilər, həm xidmət göstərənlər üçün rahat və faydalı məhsulların hazırlanmasıdır.

Onbranch-a qoşulan məkanların özləri üçün ayrıca mobil tətbiq (application) sifariş etmələrinə, həmçinin onlayn sifariş sisteminə artıq xərc çəkməsinə heç bir zərurət qalmır. Müxtəlif kateqoriyalara aid olan məkanların sahibləri Onbranch vasitəsilə öz biznesini inkişaf etdirə və müştərilərinə yeni xidmət çeşidlərini təklif edə biləcəklər. İstənilən kafe, restoran, əyləncə mərkəzi, universitet, kitabxana və ya hər hansı digər məkanın səhifəsi qeydiyyatdan keçməklə vahid virtual sistemin tərkib hissəsi olacaq. Bu sistemə təkcə qapalı məkanları deyil, həmçinin açıq havada olan əraziləri də eyni qaydada qoşmaq mümkündür.

Onbranch istənilən məkan üçün onun həqiqi interyerini və eksteryerini əks etdirən xüsusi üçölçülü qrafik xəritənin yığılmasını da təmin edir.

İki ilə yaxın müddətdə hazırlanan bu platforma vasitəsilə istənilən məkanın idarəçisi ziyarətçilərini tanımaq, onlara real həyatda təqdim olunan xidmətləri vahid virtual zonada təqdim etmək, ziyarətçilərlə istər ümumi, istərsə də fərdi qaydada daha sıx və interaktiv ünsiyyət qurmaqla onlara məlumatları daha tez və daha fərqli şəkildə çatdırmaq kimi unikal imkanlar qazanır. (Report )

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Onbranch bazarda uğur qazanacaqmı?

06-05-2017

Onbranch startapından Gənc Ol istifadəçiləri üçün yeni imkanlar

07-09-2018

Azərbaycanda virtual sərgi və konfrans məkanı istifadəyə verildi

29-12-2023

Azərbaycanda startapçılara səfər qrantlarının verilməsinə başlanılıb

04-10-2018

Qənimət Zahidin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində “Demokratiya hərəkatı” adlı qrup yaradıldı

21-12-2010

Azərbaycanda qalib startap 1 milyon dollar qazanmaq şansı əldə etdi

09-06-2018

Olduğunuz yeri paylaşın, endirim qazanın- Yeni layihə

30-06-2017

İnternet inqilabı insanları tərəqqiyə, yoxsa tənəzzülə aparır?

22-07-2010

Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə adlı info-tur və açıq qapı günü keçirilib

12-02-2019

“Virtual səsvermənin real səsverməyə müsbət təsiri olacaq”

12-10-2015

Azərbaycanın ilk mobil sosial şəbəkəsi istifadəyə verilib

30-11-2009

Startapçılarımız Bakıda böyük tədbir keçirəcək

21-08-2017

Uşaqların internet təhlükəsizliyini necə təmin etməliyik?

01-06-2016

Real cəmiyyətin virtual adamları - Problem nədədir?

01-07-2015

Azərbaycanda virtual SIM kartlar tətbiq edilə bilər

24-12-2021

“Blackboard” – tədrisin idarə olunması sistemi ilk dəfə Azərbaycan dilində platforma təqdim edir

08-07-2022

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016

Kaspersky “Cyber Spa” rəqəmsal istirahət məkanını təqdim edib

09-04-2021

“Facebook”da süni intellekt erası başlayır

29-03-2015

Azərbaycanda virtual iqtisadi forum fəaliyyətə başlayıb

28-03-2016

Özəlləşdirilmə portalı-na baxış sayı 2 milyonu ötüb

28-12-2018

WiMAX şəbəkəsi Azərbaycanda istifadəçilərə hansı imkanları verəcəkdir?

28-12-2009

FACEBOOK: Bəşəriyyəti məhv edəcək yeni silah!

10-04-2010

Ev telefonları dünyanın hər yerinə daşınacaq-Yenilik

11-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə