“Samsung” maye-kristal modulların istehsalını Çin və Vyetnama köçürür

24-04-2015 / 15:23

Maye-kristal və “OLED” biznes bölməsi ayrılandan sonra “Samsung Display” şirkəti maye-kristal modulların istehsalını Çin və ya Vyetnama köçürməyə hazırlaşır.

Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki,  hazırda bu istehsal Cənubi Koreyada cəmləşib, son vaxtlar isə ölkədə əməkhaqqı xərcləri xeyli artıb.

Maye-kristal modulların yığılmasının əl əməyi tələb etməsini nəzərə alan "Samsung Display” hazır məhsulun maya dəyərinin azaldılması üçün istehsal xətlərinin ölkədən kənara köçürülməsi barədə düşünür. Buna baxmayaraq avtomatlaşdırılmış panel istehsalı Cənubi Koreyada saxlanılacaq.

Son vaxtlar “Samsung” Vyetnamda iştirakını genişləndirir. Məsələn, ötən ilin sonunda Koreya şirkətinin Vyetnamda dəyəri 3 milyard dollar təşkil edən zavod tikməklə bağlı planları məlum olub. Digər layihə bu ölkədə televizor istehsalına 560 milyon dollarlıq investisiya qoyuluşunu nəzərdə tutur.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə