Previous Next
Bağla

Sosial şəbəkədə insanları şəkillər üzrə tapmaq mümkün olacaq

21-02-2017 14:33
Sosial şəbəkədə insanları şəkillər üzrə tapmaq mümkün olacaq

Rusiyanın ən böyük sosial şəbəkəsi olan Вконтакте istifadəçiləri üçün hazırlanmış FindFace xidməti virtual mühitdə istənilən insanı yalnız bir şəkil üzrə tapa biləcək.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, layihənin əsasını N-Tech.Lab şirkətinin hazırladığı şəxsin tanınması texnologiyası təşkil edir.

FindFace proqramı sosial şəbəkədə mobil telefonla çəkilmiş şəkillər əsasında insanı tapmağa, onunla əlaqə saxlamağa və açıq məlumatları ilə tanış olmağa imkan verir. Zəif işıqlandırma və ya uğursuz rakurs alqoritmə lazım olan insanı operativ tapmağa mane olmayacaq.

Xidmət insanı fotoda təxminən 70% dəqiqliklə müəyyən edir, əgər şəxsi tapmaq mümkün olmazsa FindFace oxşar insanların fotosuna baxmağı təklif edir ki, bu da xidməti müasir deytinq-xidmətlər arasında unikal edir.

Sosial xidmətin yeni görünüşü N-Tech.Lab şirkətinin neyron şəbəkələr sahəsində ixtisaslaşdırılmış texnologiyası əsasında hazırlanmışdır. Bu kimi şəbəkələr informasiyanı insan kimi, lakin daha sürətli şəkildə təhlil etmək və öyrənmək qabiliyyətinə malikdir.

Lazımi faylın 300 milyon şəkil olan bazada axtarışı üçün N-Tech.Lab alqoritmindən 1 saniyədən də az vaxt tələb olunur. Bu həll Vaşinqton universitetinin təşkil etdiyi “The MegaFace Benchmark” beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülmüşdür.

Hazırda FindFace-dən iOS və Android mobil proqramları, həmçinin brauzer vasitəsilə istifadə etmək mümkündür. Bütün lazımi hesablamalar silinmiş serverlərdə həyata keçirildiyindən qadcetlərə minimal tələblər qoyulur. Xidmət yalnız lazımi istifadəçini tapmağa deyil, həm də ona məktub göndərməyə, paylaşımlarını bəyənməyə, şəkilləri və başqa məlumatlarına baxmağa imkan yaradır.

Yeni xidmət ilkin mərhələdə gündəlik auditoriyası 100 milyonu ötən ВКонтакте sosial şəbəkəsində əlçatan olacaq. Gələcəkdə FindFace-in digər sosial şəbəkələrdə də tətbiq olunacağı istisna edilmir.

FindFace-in baza funksionalı pulsuz olsa da, proqramın daha geniş imkanlarını əldə etmək üçün istifadəçilərə hər ay 149-459 rubl (təxminən 5-15 manat) arası ödəniş etmək lazım gələcək. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sifətin tanınması üzrə ən yaxşı texnologiya

Sifətin tanınması üzrə ən yaxşı texnologiya

19-12-2017
Shoelace eksperimental sosial şəbəkəsi istifadəyə verilib

Shoelace eksperimental sosial şəbəkəsi istifadəyə verilib

15-07-2019
Iphone şəkillərin keyfiyyətini yaxşılaşdıracaq

Iphone şəkillərin keyfiyyətini yaxşılaşdıracaq

02-09-2019
Yeni biometrik sistem insanı bədən qoxusuna görə tanıyır

Yeni biometrik sistem insanı bədən qoxusuna görə tanıyır

28-03-2016
Dronlardan küçə fənərləri kimi istifadə ediləcək-Video

Dronlardan küçə fənərləri kimi istifadə ediləcək-Video

22-11-2016
Parolları kibercinayətkarlardan necə qorumaq olar?

Parolları kibercinayətkarlardan necə qorumaq olar?

09-03-2017
Siyasətçilər üçün sosial şəbəkə fəaliyyətə başlayıb

Siyasətçilər üçün sosial şəbəkə fəaliyyətə başlayıb

19-06-2015
Twiterdə şəkil paylaşmaq daha sadə oldu

Twiterdə şəkil paylaşmaq daha sadə oldu

10-08-2011
Yeni peyk Google-a müfəssəl şəkillər verəcək

Yeni peyk Google-a müfəssəl şəkillər verəcək

09-09-2008
Wi-Fi insanın hərəkət sürətini ölçəcək

Wi-Fi insanın hərəkət sürətini ölçəcək

04-05-2017
“Apple” sosial şəbəkə yaradır?

“Apple” sosial şəbəkə yaradır?

12-05-2015
Yeni sistem insanı səsinə görə tanıyır

Yeni sistem insanı səsinə görə tanıyır

23-11-2017
İstifadəçilər oğurlanan telefonlarını tapa biləcək

İstifadəçilər oğurlanan telefonlarını tapa biləcək

04-06-2016
Azercell Azercell-Lab ödənişli təcrübə proqramını elan edir

Azercell Azercell-Lab ödənişli təcrübə proqramını elan edir

07-05-2019
Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016
Dövlət qurumlarının sosial şəbəkə hesabları araşdırıldı

Dövlət qurumlarının sosial şəbəkə hesabları araşdırıldı

27-07-2018
Sosial şəbəkələrdə qadınlar, yoxsa kişilər daha çox paylaşım edir?

Sosial şəbəkələrdə qadınlar, yoxsa kişilər daha çox paylaşım edir?

03-02-2017
Bill Gates-in 18 il əvvəl verdiyi və reallığa çevrilən proqnozlar

Bill Gates-in 18 il əvvəl verdiyi və reallığa çevrilən proqnozlar

07-07-2017
Ölkəmizdə yeni internet-televiziya texnologiyası tətbiq edilir

Ölkəmizdə yeni internet-televiziya texnologiyası tətbiq edilir

17-08-2015
Smartfondan asılılığın səbəbi nədir?

Smartfondan asılılığın səbəbi nədir?

03-08-2017
Yeni sistem saniyələr ərzində 2 milyard insanı tanıyır

Yeni sistem saniyələr ərzində 2 milyard insanı tanıyır

13-12-2017
Gündə altı selfie insanı dəli edir

Gündə altı selfie insanı dəli edir

14-07-2015
Google-dan daha bir maraqlı proqram

Google-dan daha bir maraqlı proqram

16-01-2018
Azercell Socially Devoted sertifikatına layiq görülüb

Azercell Socially Devoted sertifikatına layiq görülüb

20-07-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə