Uzun müddət idi ki, internetdə “Telegram Premium” barəsində məlumatlar ortaya çıxırdı.
Xeberler.az bildirir ki, Pavel Durov öz Teleqram kanalında aylıq ödənişli “Telegram Premium”un yaxın zamanda istifadəyə veriləcəyini rəsmi şəkildə təsdiqləyib. O qeyd edib ki, digər messencerlərdən fərqli olaraq Teleqram öz fəaliyyətinə başlayan zaman istifadəçilərə çoxlu sayda faydalı funksiyanı pulsuz şəkildə təqdim edib. Lakin istifadəçilər messencerin imkanlarının genişləndirilməsində maraqlıdırlar. Buna görə də messencer rəhbərliyi bunun reallaşdırılması üsullarını axtarmağa başladı.
Təəssüflər olsun ki, messencerdə mövcud olan bütün limitləri və məhdudiyyətləri aradan qaldırmaqla bunu etmək mümkün deyil. Belə ki, bu halda messencerin dəstəklənməsi üçün nəzərdə tutulmuş büdcə tez zamanda bitmiş olar. Buna görə də onlar üçün “Telegram Premium” istifadəyə veriləcək. “Telegram Premium” istifadəçiləri əlavə funksiyalar, daha sürətli yükləmə imkanları və daha geniş resurslar əldə edəcəklər. Bununla belə Pavel Durov qeyd edib ki, “Telegram Premium” istifadəçiləri isə messencerdə istifadəyə veriləcək yeni funksiyaları ilk əldə edəcək şəxslər olacaqlar. Həmçinin adi istifadəçilər üçün bəzi premium funksiyalar da istifadəyə veriləcək. Pavel Durovun fkrincə Teleqram reklam elanları vasitəsilə deyil, məhz istifadəçilər tərəfindən maliyyələşdirilməlidir. Bu səbəbdən də Teleqramın əsas prioriteti reklamçılar yox adi istifadəçilər olacaqlar. “Telegram Premium”un dəqiq olaraq nə zaman istifadəyə veriləcəyi və onun aylıq ödənişinin nə qədər təşkil edəcəyi barəsində hələ heç bir məlumat verilməyib.
(technote.az)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri