Xiaomi Black Shark 2 Pro satışa çıxarılıb

02-08-2019 / 10:04

“Xiaomi” şirkəti dünyanın ən güclü smartfonu olan “Black Shark 2 Pro” cihazını təqdim edib.

Xeberler.az bildirir ki, 12 GB əməliyyat yaddaşına, optionlara görə 128-dən 256-yadək dəyişən həcmli əlavə yaddaşa malik “Qualcomm Snapdragon 855 Plus” tipli modern prosesoru olan bu smartfon həmçinin 6,39 düyüm diaqonallı 2340 x 1080-lik görüntü keyfiyyətinə malik, təmasa 34,7 millisaniyə ərzində cavab verən Amoled displeyilə təchiz olunub. Displeydə həmçinin barmaq izinin skaneri də var. “Android 9.0 Pie" əməliyyat sistemilə çalışan yeni cihaz bugündən etibarən satışa çıxarılır. Belə ki, 128 GB əlavə yaddaşlı model 435 dollara, 256 GB-lı isə 508 dollara təklif olunacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə