Previous Next
Bağla

ABŞ Texnologiya İnstitutu tərəfindən tanınan ilk Azərbaycan şirkəti

10-06-2019 13:24
ABŞ Texnologiya İnstitutu tərəfindən tanınan ilk Azərbaycan şirkəti

“Asan İmza” mobil elektron imzanın operatoru olan B.EST Solutions şirkəti SIM kart üzərində elektron rəqəmsal imzanın həllini təklif edən və eyni zamanda standartlaşdırma üzrə qabaqcıl Amerika institutu tərəfindən tanınan ilk Azərbaycan şirkəti olaraq ictimai təhlükəsizlik üçün SIM kartın istifadəsinin genişləndirilməsi texnologiyasını əlavə olaraq inkişaf etdirməyi təklif etmişdir.

Xeberler.az biıldirir ki, yuxarıda qeyd olunan tanınma isə yüksək ekspertizanın nəticəsi hesab edilə bilər.

Standartlar və Texnologiyalar üzrə Milli İnstitutun İctimai Təhlükəsizlik Sahəsində Tədqiqatlar Departamenti məsələlərin ikinci mərhələsində iştirak üçün bütün dünyadan 20 şirkəti seçmişdir. Bu zaman proqramın qeydiyyat verilənlərinin saxlanılması üçün təhlükəsiz konteyner qismində SIM kartın istifadə imkanlarının öyrənilməsi üçün texniki qrupa kömək məqsədilə müraciət etmişdir.

Problemin həlli üçün B.EST Solutions şirkəti mobil qurğularda verilənlərin istifadə imkanlarının genişləndirilməsi və ictimai təhlükəsizliyinin yüksəldilməsi üçün SIM kartın istifadəsi məqsədilə identifikasiya sənədlərinin (pasportlar, identifikasiya kartları, sürücülük vəsiqələri) təqdim edilməsi prosedurunu işləyib hazırlayır. B.EST Solutions şirkətinin başlıca missiyası Azərbaycan Respublikasının vətəndaşları və şirkətlərinin xeyrinə texnologiyaların təqdim edilməsi hesab edilir.

“Asan İmza”- Azərbaycanın milli identitetidir və vətəndaşlar ASAN Xidmət Mərkəzlərinə, Azercell, Bakcell, Azerfon və Pasha Bank-a müraciət edərək onu əldə edə bilərlər. ASAN İmza vasitəsilə 90 milyondan artıq tranzaksiya həyata keçirilmişdir ki, bu da insanların rəqəmsal həyatını daha asan, təhlükəsiz və rahat edir. Siz mobil imzadan gecə-gündüz fəaliyyətdə olan, tez, təhlükəsiz və asan yolla istifadə edərək bank, vergi və dövlət sektorlarında mövcud olan 650-dən çox elektron xidmətdən yararlana bilərsiniz. “Asan İmza” sayəsində Azərbaycan
elektron identifikasiya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı ölkələrdən biri sayılır. Ətraflı məlumatı www.asanimza.az  saytından əldə etmək mümkündür.

B.EST Solutions “Asan İmza” rəqəmsal elektron imzanın etibarlı partnyorudur. Bu layihənin idarə edilməsi sahəsində onun əməkdaşları mükafatlandırılmış və Google, Financial Times, ABŞ-ın Dövlət Departamenti və Almaniya Marşal Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən tanınmışdır. "B.EST Solutions" bütün dünyada böyük konfranslarda Azərbaycanı təbliğ və təmsil edir,Azərbaycanın milli zənginliyini artırmaq üçün xarici sərmayə və sərhədyanı ticarətlə əməkdaşlığı gücləndirir.
Milli Standartlar və Texnologiya İnstitutu ABŞ –ın Ticarət Nazirliyi nəzdində Federal
Agentlikdir. 1901-ci ildə yaradılan və hazırda ABŞ-ın Ticarət Nazirliyinin bir hissəsi olan İnstitut, ölkədəki ən qədim elmi laboratoriyalardan biridir. Bu laboratoriyaların missiyası məhsuldarlığı artırmaq, ticarətin inkişaf etdirilməsi və həyatın keyfiyyətinin yaxşılaşdırılması üçün ölçmələr, standartlar və texnologiyaların işlənib hazırlanmasından ibarətdir.

İntellektual elektrik şəbəkələrindən və elektron tibbi qeydlərdən tutmuş atom saatları, müasir nanomateriallar və kompüter çiplərinə qədər – saysız-hesabsız mal və xidmətlər bu İnstituttərəfindən təqdim edilən texnologiya, ölçmə və standartlardan müəyyən dərəcədə asılıdır. “Asan İmza” haqqında: Həllin mobilliliyi və istifadədə rahatlılığı sayəsində “Asan İmza” vətəndaşlar və biznes mühitində artan populyarlıq əldə etmiş və mobil hökumətin açar komponenti hesab edilməkdədir. Hal-hazırda 600-dən çox dövlət və özəl elektron xidmətləri öz sistemlərində “Asan İmza”dan istifadə edirlər. “Asan İmza” müxtəlif dövlət və özəl strukturların çağrı mərkəzlərinə də inteqrasiya olunmuşdur. Onun köməyilə
elektron vergi bəyannamələrinin verilişi, mal və transsərhəd xidmətlərinin gömrük xidmətində bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin on-line qeydiyyatı və s. həyata keçirilir. http://www.asanimza.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

B.EST Solutions şirkəti mükafatlandırılıb

21-11-2019

Asan İmza ödənişsiz oldu

22-05-2020

Artıq “ASAN imza” SİM kartını SMS vasitəsilə uzatmaq mümkündür

20-11-2020

Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!

21-12-2023

“ASAN imza” sertifikatlarının müddətini onlayn uzatmaq mümkündür

17-11-2020

Bakcell ASAN İmza xidmətinə qoşulan abunəçilərini mükafatlandırdı

06-02-2015

“Nar” abunəçiləri üçün "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir

01-07-2021

Tanınmış İT şirkətinin məlumatları onlayn təqdim ediləcək

09-10-2015

İKT şirkətlərimiz beynəlxalq tenderdə iştirak edir

24-05-2016

Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

23-08-2016

B.EST Solutions Azərbaycanı Avropada tanıdacaq- Yeni layihə

26-07-2016

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016

“Asan İmza” Londonda təqdim ediləcək

03-05-2016

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016

Аsan İmza Uqanda Respublikasının nümayəndə heyətinə təqdim edilib

27-09-2018

Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

15-11-2017

"Vətəndaş" tipli "Asan İmza”nın aktivləşdirilməsi pulsuz oldu

31-05-2021

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı

02-12-2021

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə