Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı Bakıda 13-14 fevral tarixlərində baş tutmuş “Rəqəmsal İqtisadiyyat: müasir çağırışlar və real imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Azərbaycanda rəqəmsal iqtisadiyyatın qurulması, xarici təcrübə, mövcud risklər, həllər kimi məsələlərə həsr olunan plenar sessiyada təqdim edilib.
Xeberler.az bildirir ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yerli və xarici ekspertlərin iştirakı ilə baş tutmuş tədbirdə çıxış edən AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev ölkəmizin rəqəmsal mərkəzə çevrilməsi istiqamətində icra edilən “Azerbaijan Digital Hub” proqramını tədqim edib, müasir dövrdə rəqəmsal transformasiya prosesləri barədə geniş danışıb. Fuad Allahverdiyev rəqəmsallaşmanın cəmiyyətlər və dövlətlər qarşısında inkişaf üçün yeni imkanlar açdığını, rəqəmsal iqtisadiyyat quruculuğu məsələsinin hazırda ölkəmiz üçün də mühüm əhəmiyət kəsb etdiyini vurğulayıb. Fuad Allahverdiyev proqram çərçivəsində infrastruktur quruculuğu layihələri barədə danışıb, ölkə daxilində fiber-optik kabel xətlərinin çəkilməsi üçün Azərbaycan Dəmir Yolları QSC ilə birgə icra edilən layihəni, eləcə də Azərbaycanla Orta Asiya ölkələri arasıda Xəzərin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin çəkilməsi layihəsini qeyd edib. O bu layihələr sayəsində Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal ipək yolunun formalaşacağını bildirib, “Digital Hub” proqramının son nəticədə ölkənin rəqəmsal mərkəzə çevrilməsi və rəqəmsal iqtisadiyyatın formalaşmasına töhfə verəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən digər məruzəçilər aidiyyatı mövzularda təqdimatlar ediblər, rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat quruculuğunda fərqli təcrübələr barədə fikir mübadiləsi aparıblar. Beynəlxalq konfrans Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin Bir Kəmər Bir Yol Elm və Texnologiya Alyansının dəstəyi və Bakcell şirkətinin sponsorluğu ilə keçirilib.
AzerTelecom Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet
provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. AzerTelecom Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumunun üzvüdür.
Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu - Azərbaycanda rəqəmsal infrastrukturun və transsərhəd elektron ticarət platformasının inkişafı və ölkənin mövqelərinin regional və qlobal miqyasda gücləndirilməsi üçün yaradılan dövlət-özəl tərəfdaşlığıdır. Konsorsiumun yaradılması haqqında saziş 9 oktyabr 2019-cu il tarixində Bakıda keçirilən “İpək Yolunun rəqəmsallaşdırılması” adlı rəqəmsal ticarət üzrə 3-cü forumda özəl şirkətlər olan PAŞA Bank, B.EST Solutions və AzerTelecom və dövlət sektorunu təmsil edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında “Asan İmza” mobil elektron imza vasitəsilə imzalanıb. Konsorsium, Azərbaycanın müasir rəqəmsal xidmətləri və infrastrukturunun tətbiqi və ölkənin rəqəmsal transformasiyasına təsir edən transsərhəd elektron xidmətlər infrastrukturunu inkişaf etdirmək məqsədi daşıyır. Konsorsium, Azərbaycanı dünya bazarlarına bağlamaq, eyni zamanda Azərbaycanın Avropa ilə Asiya arasında yeni Rəqəmsal Qovşaq kimi irəliləyişi üçün görünməmiş bir fürsət təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri