• ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZNET
    • SOSİAL MEDIA
    • E-TİCARƏT
    • MİLLİ NET
    • STARTAP AZƏRBAYCAN
    • YENİ MEDİA
    • İNTERNET
  • E - HÖKUMƏT
  • TEXNOLOGİYA
    • SÜNİ İNTELLEKT VƏ DATA
    • AVADANLIQ
    • TƏHLÜKƏSİZLİK
    • OYUNLAR
    • PROQRAMLAR
    • KRİPTOVALYUTA
    • İNVESTİSİYA
    • TENDER
    • MƏSLƏHƏTXANA
  • TƏNZİMLƏMƏ
    • QANUNVERİCİLİK
    • TƏHLİL
    • İSTEHLAKÇI HÜQUQLARI
  • TELEKOM VƏ NƏQLİYYAT
    • MOBİL RABİTƏ
    • TV VƏ RADİO
    • KOSMOS
    • TELEKOMMUNİKASİYA
    • NƏQLİYYAT
    • RADİOTEZLİKLƏR
  • RUBRİKA
    • COP29
    • İT GÜNDƏM
    • İT VAKANSİYA
    • İKT VETERAN
    • İKT QADINLAR
    • İT TƏLƏBƏ
    • İKT TƏHSİL
    • İKT REGİON
    • İNTERNET BANKÇILIQ
    • İKT UŞAQLAR
    • İKT KADRLAR
    • İKT VƏ SEÇKİ
    • İT TANINMIŞLAR
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏ

E - HÖKUMƏT

  1. Ana səhifə
  2. E - HÖKUMƏT

Azərbaycan rəqəmsal təhsil platformalarına ən yaxşı çıxışı olan ölkələrdəndir

11-02-2021 / 11:32

Asiya İnkişaf Bankının illik hazırladığı Asiya İqtisadi İnteqrasiya hesabatı bu il “Rəqəmsal platformaların Asiya və Sakit Okean üçün işləməsini təmin etmək” başlığı ilə dərc edilib. Hesabatda pandemiyanın Asiya və Sakit Okeanda ölkələrarası iqtisadi aktivliyin qapanmalar, səyahət və ticarət məhdudiyyətlərindən dolayı kəskin azaldığı qeyd edilir. Hesabatda sürətli texnoloji inkişafın, rəqəmsallaşmanın, xidmət ticarətinin artırılmasının regional iqtisadiyyatın yenidən bərpasındakı rolundan bəhs edilir.

Rəqəmsal əlaqələrin inkişafı ümumi Asiya üzrə internetə çıxışın artması ilə yüksəlib. Bu da bir faktdır ki, internetə çıxışın olması istehlakçıların, müəssisələrin və dövlətlərin coğrafi sərhədlərdən kənardakı mallara və xidmətlərə əlçatanlığını asanlaşdırır. Hesabata əsasən, Azərbaycan Asiya üzrə əhalinin internetə çıxışı yüksək olan ölkələrdən biridir. Belə ki, 2006-2009-cu illər üzrə internetə çıxışı olanların ümumi əhalidə nisbəti ortalama faiz göstəricisi 20 faiz ətrafında idisə, bu göstərici 2014-2017-ci illərdə 80 faizə çatıb. 8 il ərzində aparılan islahatlar öz töhfəsini verərək 60 faizə yaxın artıma nail olunub. Onu da qeyd etmək gərəkdir ki, bu göstəricilər 2014-2017-ci illər üzrə Qazaxıstanda 70 faiz, Gürcüstanda 55-60 faiz olaraq göstərilir.

Pandemiya dövründə onlayn təhsilə keçidin təmin edilməsi ilə internetə olan çıxışın vacibliyi artıb. Hesabatda qeyd edilir ki, təhsil müəssisələrinin 190-dan çox ölkədə bağlanması 1,5 milyard təhsil alan şəxslərə təsir edib. İnternetə çıxışı yüksək olan və infrastruktur baxımından hazırlıqlı olan ölkələrdə onlayn təhsilə sürətli keçid prosesi rahat bir şəkildə baş tutub. Azərbaycanda bu proseslər görülən tədbirlər nəticəsində minimum təsir ilə davam etdirilir.

Belə ki, hesabata əsasən Azərbaycan Microsoft ilə Virtual Məktəb layihəsi həyata keçirib. Həmçinin, evdə təhsilin mümkünlüyünün olması üçün ev təsərrüfatlarında rəqəmsal cihazın və əlaqənin olması vacib şərtdir. Statistik göstəricilərə əsasən, Azərbaycanda ev təsərrüfatlarının 80 faizə yaxınında internetə çıxışı vardırsa, cəmi 64,1 faizində kompüter vardır. Bu da öz növbəsində Asiyada digər ölkələrə nəzərən kifayət qədər yüksək bir göstəricidir. Məsələn, ev təsərrüfatlarında kompüterin olması göstəricisi Gürcüstanda 62,1 faiz, Filippində 23,4 faiz, İndoneziyada 20,1 faiz, Hindistanda 16,6 faiz olaraq dəyişir.

Pandemiyanın təsiri rəqəmsallaşmada inkişaf etmiş ölkələrdə daha aşağı olub. Asiya ölkələrində pul baratlarının göndərilməsində xərclər regionlara uyğun olaraq dəyişir. Belə ki, 200 ABŞ dollarının köçürülməsində Asiyada Mərkəzi Asiya regionu üçün ən aşağı xərc 1 faiz olmaqla Azərbaycanda qeydə alınıb. Halbuki, bu rəqəm Cənubi Asiya regionunda 4,1 faizlə ən aşağı Banqladeşdə, Sakit Okeanda 8,1 faizlə Ficidə və 10,8 faizlə Tonqada dəyişir. Bu da öz növbəsində onu göstərir ki, pandemiyadan dolayı ənənəvi pul köçürmə metodları bağlanıb və rəqəmsallaşmada inkişaf etmiş ölkələr üçün bu sahədə geriləmə digər ölkələrə nəzərən təsiri az olub.

Regional inteqrasiya və əməkdaşlıq üzrə bütöv Avrasiyada olan trendlər Avrasiya İnteqrasiya indeksi üzrə analiz edilib. İndeks özlüyündə ticarət və investisiya, insanların hərəkəti, texnologiya və rəqəmsal əlaqə, institusional və sosial inteqrasiya, ekoloji əməkdaşlıq kimi müxtəlif indikatorları birləşdirərək Asiya üzrə və Avrasiya daxili ümumi nəticələri əks etdirir. İndeks minimum 0 – inteqrasiya etməyib, maksimum 1 – tam inteqrasiya edib, inkişaf dinamikasını ölçməklə ölkələri qiymətləndirir. Belə ki, Azərbaycan həm Asiya üzrə, həm də Avrasiya daxili inteqrasiyada digər ölkələrlə müqayisədə kifayət qədər yaxşı nəticə göstərib. Azərbaycan qonşu ölkələrdən fərqli olaraq müxtəlif regional bloklara daxil olmadan belə, 2006 və 2017-ci il üçün Asiya ilə inteqrasiya üzrə 0.306-dan 0.342-a, Avrasiya daxili isə inteqrasiya üzrə isə 0.481-dan 0.555-a yüksəlib.

Beləliklə, hesabatın nəticəsi onu göstərir ki, ötən illərdə görülən tədbirlər nəticəsində Azərbaycan pandemiya şəraitində təhsilə və texnologiyalara zəruri çıxışı təmin edə bilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ayhan Satıcının şərhi


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR


Azərbaycanın dünya üzrə rəqəmsal reytinqdə irəliləyib

07-07-2023

500 mindən çox evin internetə çıxışı yoxdur -Statistika

01-12-2015

AİB: Rəqəmsallaşma Asiya və Sakit Okeanda davam edən bərabərsizliyi azalda bilər

06-05-2025

Azərbaycanda internetdən istifadə edənlərin sayı artıb

22-09-2015

Transsərhəd kağızsız ticarətin asanlaşdırılması üzrə beynəlxalq müzakirə

28-04-2022

Rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının sayı 1,65 milyarda çatacaq

27-05-2015

İnternet istifadə etməyən gənclər hansı regionda yaşayır?-Hesabat

23-11-2017

“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

06-09-2022

Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

14-04-2021

EnterpriseAzerbaijan.com portalı beynəlxalq görüşdə təmsil olunub

01-07-2022

Dünyada 3,9 milyard nəfərin interneti yoxdur

20-09-2016

İT xidmətləri bazarının həcmi azalıb

02-11-2015

“Rəqəmsal CAREC: Regional rəqəmsal fərq” mövzusunda görüş keçirilib

25-02-2022

Dünyanın İT-bazarı il ərzində $1,5 trilyonadək artıb

14-02-2011

Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

22-06-2015



  • Son Xəbər
  • populyar
  • Yazarlar
  • Çin rabitə texnologiyalarını sınamaq üçün "Shiyan-19"u orbitə buraxıb

    13-05-2025
  • Amazon süni intellekt robotlarının iş yerlərində tətbiqinə başlayıb

    12-05-2025
  • “Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı

    12-05-2025
  • “Qadın Dəstək Xətti”nə bu ilin ilk rübündə 500-dən çox müraciət daxil olub

    12-05-2025
  • İqtisadiyyat Nazirliyinin elektron xidmətlərinə müraciətlərin sayı artıb

    12-05-2025
  • “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə” dəyişib

    12-05-2025
  • Azərbaycan “Global CyberDrill 2025” tədbirində təmsil olunub

    12-05-2025
  • “Google” 3 yeni modul AES sifariş edib

    12-05-2025
  • Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

    12-05-2025
  • Azərbaycan Ordusunda kibertəhlükəsizliyə dair tədbirlər keçirilir

    12-05-2025
  • Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək

    12-05-2025
  • DİN: Bank kartlarından oğurluqlar davam edir

    12-05-2025
  • Bitkoinin qiyməti ilk dəfə 105 min dolları ötüb

    12-05-2025
  • Ayda istifadə olunacaq GPS aparatı hazırlanıb

    10-05-2025
  • Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

    10-05-2025
  • XRİTDX-də Ümummilli Liderin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib

    10-05-2025
  • Pakistan kiberhücumla Hindistanın elektrik şəbəkəsini sıradan çıxarıb

    10-05-2025
  • DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

    09-05-2025
  • “Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

    09-05-2025
  • İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

    09-05-2025
  • Bütün xəbərlər
  • Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

    14-04-2025
  • Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

    26-04-2025
  • İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

    21-04-2025
  • Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verilib

    20-04-2025
  • Rəqəmsal iqtisadiyyat və texnologiyada yeni dövr başlayır - Osman Gündüz

    25-04-2025
  • “Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

    19-04-2025
  • "Aztelekom" yenidən təşkil edilir

    25-04-2025
  • “Yahoo” “Chrome”u almaqla maraqlanır

    25-04-2025
  • Azərbaycan peyklərinin istehsalı ilə bağlı İsrailə xarici təsirlər varmı?

    29-04-2025
  • “e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

    19-04-2025
  • Osman Gündüz

    Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

  • Məltəm Talıbzadə

    Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh

  • Ağasəf Haqverdiyev

    Windows 10-u necə sürətləndirmək olar?

  • Fərrux İlhamoğlu

    Bizi idarə edən güc: Netokratiya

  • Sevil Rəsulzadə

    Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

  • İsmayıl Rafiqoğlu

    Facebook müəmması

  • Günel Azadə

    4G mobil texnologiyası niyə ləngiyir?

  • Kamran Ədalətoğlu

    Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

  • Azər Həsrət

    “Asan imzanı belə gördüm”- Azər Həsrət

  • Eyvaz Qocayev

    Satışa çıxarılmış Azərbaycan adları

  • Bütün yazarlar



sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə



NƏTİCƏLƏR

Bütün sorğular

  • ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  •  
  •  
  •  
  •  
© 2008 -2025 Xəbərlər.az
Bütün hüquqlar qorunur.