İnternet dövrümüzün ən böyük kəşflərindən biri hesab olunur.
Pandemiya dövründə isə böyükdən-kiçiyə hər kəsin həyatının ayrılmaz hissəsinə çevrildi. Hazırda internetin bu qədər əlçatan olmasına baxmayaraq, ölkəmizdə hələ də bir çox ərazilərdə bu xidmətdən yararlanmaq olduqca çətindir.
Paytaxt Bakının bəzi ərazilərində, xüsuslə qəsəbə və kəndlərdə KTV, Ailə TV və s kimi şirkətlərin kabel yayımları yoxdur. Bölgələrdə isə insanlar daha çox mobil internet paketlərindən istifadə edirlər. Bu isə həm bahalı, həm də əksər zamanlarda keyfiyyətsiz xidmət deməkdir.
Xeberler.az bildirir ki, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Cebhe.info-ya açıqlamasında qeyd edib ki, bununla bağlı proqram hazırlanmalıdır: “Mən düşünürəm ki, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təkcə Bakı ətrafı ərazilər deyil, ümumi ölkə üzrə internetin əlçatımlılığı üçün bir proqram ortaya qoymalıdır. Bir neçə il öncə belə bir proqram nəzərdə tutulmuşdu, amma reallaşmadı. Hazırda nazirliyin özünün 2 provayderi mövcuddur: “Aztelekom” və “Baktelekom”. Məhdud resurslar olduğuna görə onlar da bu problemi addım-addım həll edə bilərlər”.
Ekspert bildirib ki, Bakı və Bakı ətrafı ərazilərdə LTE texnologiyalarından istifadə etməklə, problemi aradan qaldırmağa çalışılır:
“Lakin bununla da ölkədə keyfiyyətli internet problemini həll edə bilmərik. Bu üsulla bir il ərzində cəmi bir neçə rayonun internetlə təmin edilməsi mümkün ola bilər. Ölkə əhalisinin də 50%-nin kəndlərdə yaşadığını düşünsək, bunu necə həll edək?”
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri