Previous Next
Bağla

Dövlət qurumu "Hökumət Buludu"ndan yayınır- EKSPERT RƏYİ

17-11-2022 22:03
Dövlət qurumu "Hökumət Buludu"ndan yayınır- EKSPERT RƏYİ
Dövlət Neft Fondu məlumat emalı infrastrukturunun yaradılması ilə bağlı tender elan edib.
 
Fondun bu elanı ictimaiyyətdə birmənalı qarşılanmır.
 
"Dövlət Neft Fondunun tenderi nəinki özəl və beynəlxalq şirkətləri, hətta aidiyyatı dövlət qurumunu kənarlaşdırmaq məqsədi daşıyır".
 
Bunu məsələni Xeberler.az-a şərh edərkən Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.
 
Onun sözlərinə görə, hər bir dövlət qurumu özü üçün serverlər almalı deyil, özünün data mərkəzini qurmalı deyil, dövlətin dataları optimallaşma və səmərəlilik baxımından vahid bir məkanda, hökumətin Tier3 standartlı Data Mərkəzində yerləşməlidir:
 
"Dəfələrlə şahidi olmuşuq, yazmışıq ki, Prezidentin bu tapşırığının icrasında problemlər var. Yenə də Prezidentin fərmanlarına, hökumətin qərarlarına qarşı açıq-aşkar sayğısızlıq müşahidə olunur.Hər şey köhnə qaydadadır. 2018-ci ildən Prezidentin fərmanı, hökumətin çoxsaylı qərarları var ki, dövlət qurumları Hökumət Buluduna inteqrasiya olunmalıdır. Yəni, hər bir dövlət qurumu özü üçün serverlər almalı deyil, özünün data mərkəzini qurmalı deyil, dövlətin dataları optimallaşma və səmərəlilik baxımından vahid bir məkanda, hökumətin Tier3 standartlı Data Mərkəzində yerləşməlidir. Dəfələrlə şahidi olmuşuq, yazmışıq ki, Prezidentin bu tapşırığının icrasında problemlər var".
 
Osman Gündüz xatırladıb ki, mövcud normalara görə Dövlət Neft Fondu data mərkəz qurmalı deyil, "AzİnTelecom"a müraciət edərək bunu "Hökumət Buludu"nda yaratmalıydı.
 
"Bu tenderin texniki şərtlərindən görsənir ki, "Hökumət Buludu"ndan yayınmaq bir tərəfə, kimsə bu şərtləri həm də məqsədyönlü olaraq hansısa təchizatçını kənarlaşdırmaq və kimlərəsə yol açmaq baxımından hazırlayıb. Bəlkə də, DNF rəhbərliyi texniki şərtlərdən xəbərsizdir, bu şərtlər DNF -də hansısa "aytişnikin" kimləsə separat sövdələşməsinin məhsuludur. Yəni, ağlım kəsmir ki, rəhbərlik səviyyəsində belə kobud səhvə yol verilsin".
 
Ekspert onu da əlavə edib ki, DNF-in şərtlərindən görünür ki, qurum üçün zəruri olan bütün komponentlər əsasən Dell şirkətinin avadanlıqlarına yönəlir.
 
"Dünyanın tanınmış şirkətlərinin, Cisco, HPE, Microsoft, Lenovo, Nutanix və s. şirkətlərin həlləri bu şərtlərə bir çox hallarda uyğun gəlmir. Yəni, açıq-aşkar haqsız rəqabət mühiti yaradılır. Maraqlıdır ki, şərtləri kim hazırlayıbsa , nəinki təklif olunan qiymətə, əksinə, məhz texniki məqama, yəni avadanlığın texniki uyğunluğuna daha çox üstünlük veriləcəyini qeyd edib. Hiss olunur ki, gələcəkdə də bu dövlət qurumunun hansısa təchizatçıdan asılılığına yönəlik şərtlərə üstünlük verilib. Maraqlıdır ki, görəsən bu tip şərtlərə Antiinhisar Dövlət Xidməti, İqtisadiyyat və Maliyyə Nazirlikləri necə müsbət rəy verib və tenderə razılıq veriblər. Həmçinin, necə ola bilər ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) səlahiyyətlərinin və vəzifələrinin mənimsənilməsinə yönəlik addımlar atılır, amma RİNN-də bu sahəyə məsul qurumlar və ya şəxslərdən səs çıxmır. Ümumiyyətlə, son dövrlərdə Antiinhisar Dövlət Xidmətinin öz funksiyalarının icrası ilə bağlı bir çox məsələlərdə prinsipial mövqe tutmadığı, öz səlahiyyətlərindən yetərincə istifadə etmədiyi qənaətindəyəm. Ümid edirəm adı çəkilən qurumlar bu məsələyə diqqət yetirəcək, tenderin qanunauyğunluğunu araşdıracaq və müvafiq addımlar atacaq",-deyə Osman Gündüz vurğulayıb.
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Dövlət sektorunda paralelçilik və təkrarçılıq davam edir

26-08-2022

Nazirliyin milyonlarla vəsait hesabına aldığı proqramların özü təhlükəliymiş-ŞƏRH

15-03-2023

“Hökumət buludu” layihəsi büdcə xərclərini artıracaq, yoxsa azaldacaq?

29-08-2020

Ekspert: Dövlət Gömrük Komitəsi nə üçün İnzibati binaya köçmür?

07-04-2025

Hökumət Buludundan nə gözlənilir?

20-06-2019

"Hökumət buludu"na keçidlə bağlı daha 9 dövlət qurumu ilə müzakirələr aparılıb

11-12-2021

Oracle və "Hökumət buludu" tərəfdaş oldular

20-05-2022

"Hökumət buludu" büdcə xərclərini azaldacaqmı?

23-12-2020

Rəqəmsal hökumət quruculuğunun sürətləndirilməsi üçün mühüm addım

15-02-2023

Ekspert resursların Data Mərkəzə miqrasiyasından danışdı

19-03-2019

Bu il Azərbaycanda "Hökumət buludu"na inteqrasiya olunan dövlət qurumlarının sayı açıqlanıb

16-12-2022

"Hökumət buludu"na keçidlə bağlı daha dörd dövlət qurumu ilə müzakirələr aparılıb

14-10-2021

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022

Ekspert: Dövlət şirkətlərində özəlləşmə olacaqmı ?

07-08-2020

“Hökumət buludu”na keçidlə bağlı daha 5 dövlət qurumu ilə müzakirələr aparılıb

27-04-2021

Dövlət qurumları məlumat bazalarını harada saxlamalıdırlar ?

19-01-2019

Antiinhisar Dövlət Xidmətinin qərarı özəl provayderləri sevindirəcək

16-08-2019

Dövlət qurumlarının informasiya sistemləri bir məkanda mərkəzləşəcək

18-03-2019

Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşacaqmı ?

19-07-2019

Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

19-12-2025

Ekspert: “Hökumət Buludu”na keçid nə üçün ləngiyir ?

19-08-2020

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

Prezidentin e-hökumətlə bağlı fərmanı sektorda nələri dəyişəcək?

19-03-2018

"eGov" niyə "ASAN"dan alınıb nazirliyə verildi?- EKSPERT ŞƏRHİ

25-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə