Previous Next
Bağla

Ekspert: “4MAPS Bilgi Teknolojileri” şirkəti Azərbaycandadırmı?

12-02-2025 14:37
Ekspert: “4MAPS Bilgi Teknolojileri” şirkəti Azərbaycandadırmı?
"Xatırlayıram ki, bir neçə il öncə 4MAPS Bilgi Teknolojileri MMC Azərbaycanda böyük layihələr reallaşdıracağıını elan etmişdi. “4MAPS Bilgi Teknolojileri” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu da verilmişdi. 750-1500 nəfərlik iş yeri açacağını bildirmişdi".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, şirkət "Pulsuz işlər" görəcəyini bildirsə də iki böyük tenderin də qalibi olub. Toplam 10 milyon manat vəsait əldə edib:
 
"“Rəqəmsal xəritə əsaslı platformanın yaradılması işlərinin görülməsi” və “Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları ərazisində PUA vasitəsilə Lidar çəkilişlərinin aparılması, 3D stereo modelin yaradılması, vektorlaşdırılması, naturada məlumatların toplanması və 3D ölçülü rəqəmsal kadastr xəritələrinin hazırlanması” işləri görülməliydi.
 
Xatrlayıram ki, Qarabağla bağlı coğrafi adların müəyyən edilməsi və Azərbaycancaya dəyişdirilməsi, xəritə dəyişiklikləri üzrə datanın toplanması və qlobal xəritələrdə dəyişdirilməsi ilə bağlı bir neçə hökumət qurumları tərəfindən reallaşıdrılan işləri də öz adına çıxmışdı.
 
Hazırda, Milli Məkan Məlumatları infrasturkturunun qurulması ilə bağlı hökumətin real işlərə başladığı indiki anda 4MAPS-ın harada olması, ötən layihələri ilə bağlı görülmüş işlərlə tanış olmaq istədim.
 
Lakin heç bir məlumat əldə etmək mümkün olmadı. 4MAPS-in köhnə ofisinin yerləşdiyi binaya yapışdırılan adının da oradan çıxarıldığı, ümumiyyətlə bu ofisdən çıxdığı bildirilir.
 
Azərbaycan reallığında bu tip "pulsuz işlər görən", "tenderlərdə" xeyli vəsaitlər mənimsəyib, işləri yarımçıq royub sonradan ölkəni tərk edən və indiyədək tapılmayan şirkətlər olub".
 
Ekspert bildirib ki, torpaqların elektron kadastrı sisteminin və rəqəmsal kadastr xəritələrinin hazırlanması üçün on illər öncə hansısa bir “Kutlubey Harita İnşaat Muhendislik Sanaye Ticaret LTD” şirkətinə də 100 milyondan çox vəsait verilib. Lakin sonradan onu da tapmaq mümkün olmadı və qeyd olunan işlərin əksəriyyətini müvafiq dövlət qurumları yenidən yerinə yetirməli oldu:
 
"İndi hökumət Milli Məkan Məlumatları infrastrukturunun qurulması kimi nəhəng bir layihəyə start verib. Kritik infrastruktura daxil edilə biləcək, yetərincə faydalı və strateji bir layihədir.
 
20 milyon bu layihəyə vəsait ayrılıb. Bu dəfə nəhayət ki, hökumət bu cür strateji bir layihəni yerinə yetrimək üçün, doğru addım ataraq yerli şirkət seçib. Ölkənin ən böyük İT şirkətlərindən olan CASPEL şirkəti bu nəhəng işi görəcək.
 
Maraqlı məqam odur ki, Milli Məkan Məlumatları üçün güman ki 4MAPS-ın dövlət vəsaiti hesabına hazırlamalı olduğu dataya ehtiyac olacaq. Görəsən belə bir data varmı, qeyd olunan işlər görülübmü və CASPEL şirkəti, yaxud İN 4MAPS-I tapıb ondan bu datanı ala biləcəkmi ? Yoxsa CASPEL həmin işləri yenidənmi görməlidir ?
Ümid edirəm 4MAPS “Kutlubey Harita …. “ kimi olmayacaq və gördüyü işlərin hesabatını təqdim edəcək".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert:Qarabağın işğaldan azad olunan ərazilərinin coğrafi məlumatlarını kim hazırlayıb?

17-08-2022

Prezident “Apple Maps” və “Yandex Maps”ın ölkə üzrə Mərkəzinin təməlini qoyub

20-07-2022

Ekspert: Rəqəmsal torpaq xəritələri varmı, Milli Məkan Məlumatları infrastrukturu qurulacaqmı ?

16-04-2021

Ekspert: Azərbaycanın nəhəng informasiya resursunun hazırlanmasına start verilib

22-01-2025

Ekspert:Milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

21-04-2022

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018

"Milli Məkan Məlumatları" ilə bağlı işlər xeyli sürətlənib - Ekspert

11-08-2025

Torpaqların Elektron Kadastrının yaradılması üzrə tender elan edilib

17-02-2016

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017

Uğursuz İT layihələr üçün məsul şəxslərdən hesabat tələb olunacaqmı?

09-04-2019

Ekspert: Qlobal xəritələrdə işğaldan azad olan ərazilərin adları necə yenilənməlidir ?

30-10-2020

Milli Məkan Məlumatları İnformasiya Sistemi yaradılır

25-07-2019

Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

21-11-2019

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018

İşğaldan azad edilmiş ərazilərin adları qlobal xəritələrdə necə qeyd olunur?

11-06-2021

Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

03-02-2023

DİN süni intellektin tətbiqi sahəsində yeni mərhələyə keçir - Ekspert

18-08-2025

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017

Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması müzakirə olunub

11-12-2025

Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı növbəti iclas keçirilib

11-08-2025

Ekspert: RİNN yarım milyardlıq layihəni 160 milyona necə reallaşdırıb?

14-03-2025

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə