Previous Next
Bağla

Ekspert: Azərbaycan Wikipediasındakı problemi necə həll etmək olar?

13-09-2024 15:48
Ekspert: Azərbaycan Wikipediasındakı problemi necə həll etmək olar?
"Qlobal informasiya mənbəyi olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan maraqlarının qorunmasında və ölkəmizin informasiya müharibəsində əldə etdiyi uğurlarda Azərbaycan Wikipediası mühüm rol oynayıb. Doğrudur, resurslarımız burada yetərli deyil, amma qeyd olunan sahələrdə bu qlobal platformanın oynadığı rol, müzakirə predmeti ola bilməz. Şübhəsiz ki, ictimai əsaslarla, pulsuz, qeyri-kommersiya yönümlü fəaliyyət göstərən Wikipedianın Azərbaycan icmasının da bu sahədə böyük rolu olub".
 
Xeberler.az bildirir ki, bu sözləri  Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz 3 min şəhidin məlumatlarının wikipediadan silinməsi məsələsini şərh edərkən deyib.
 
Ekspertin sözlərinə görə, baş verənlərdən görsənir ki, son bir neçə ildir ki, həqiqətən də platformanın Azərbaycan seqmentini idarə edən Azwiki icmasında, idarəedicilər arasında, idarəedicilərlə icma arasında ciddi fikir ayrılıqları var:
 
"Xüsusilə də qlobal, ictimai bir platforma olan Wikipedianın Qaydaları və Siyasətinin Azərbaycana tətbiq edilməsi sahəsində Azərbaycan idarəçiləri arasında kəskin qütbləşmə yaranıb. Yəni belə demək mümkünsə “tərəflər” formalaşıb. Və bütün bunlar da sonda Azərbaycan üçün strateji əhəmiyyəti olan məsələlərdə (məqalələrin statusunun müəyyən edilməsi, şəhidlərin səhifələrinin silinməsi, alimlərin səhifələrinin silinməsi və s.) özünü göstərməyə başlayıb".
 
Osman Gündüz bildirib ki, məqalələrin silinməsi və ya redaktə olunması ilə bağlı narazılıqlar icmanın iadrəediciləri arasılnda müzakirə səviyyəsini aşıb. Uzun müddətdir ki, icma bu məsələni yoluna qoya bilməyib və narazılıqlar daha da kəskinləışib. Problem icma səviyyəsində öz həllini tapa bilmir:
 
"Belə olan halda isə Wikipedia qaydalarına görə müzakirəni daha üst səviyyəyə çıxarmaq vacibdir. Yəni düşünürəm ki, böhranın dərinləşməsindənsə, bu qlobal resursdan Azərbaycan maraqları üçün daha effektiv istifadə etmək üçün problemi sivil yollarla, Viki qaydalarına uyğun həll etmək lazımdır".
 
Ekspert xatırladıb ki, Türkiyədə PKK ilə bağlı məqalələrdə, Ukrayna-Rusiya müharibəsi ilə bağlı məqalələrdə, İsrail və Fələstin müharibəsi ilə bağlı məsələlərdə oxşar situasiya yaranmışdı: "Bu problemlər isə zamanında Wikipediada ən yuxarı səviyyədə həll olunub. Wikipedia İcma Portalı və Arbitraj Komitəsi adlanan qurumlar məhz bu tip problemlərin həllinə cavabdehdir".
 
Osman Gündüzün sözlərinə görə, Azərbaycan dilindəki Wikipediada hələlik ayrıca Arbitraj Komitəsi təəssüf ki, qurulmayıb. Amma digər dillərdə olan, məsələn ingilisdilli Wikipedianın Arbitraj Komitəsinə şikayət etmək məqbuldur. Arbitraj Komitəsi istifadəçilərin şikayətlərini qəbul edərək tərəflərin arqumentlərini nəzərdən keçirib, onların Viki qaydalarına uyğun olmasını araşdırır və yekun qərar qəbul edir.
Qərar icma idarəçilərinin kənarlaşdırılması, məqalələrin statusu və ya redaktəsi və s. bağlı ola bilir:
 
"Odur ki, təklif edərdim ki, ləngimədən idarəçilərdən və ya istifadəçilərdən adı çəkilən qurumlara müraciətlər edilsin. Ünvanlar, emaillər, müraciət formaları Wikipediada var".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Osman Gündüz: Wikipedianın lokal icmasında yaranan problemin həlli istiqamətində tutulan yol ağlabatan deyil

16-09-2024

Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

11-11-2022

“Wikipedia” Azərbaycanla bağlı obyektiv məlumatlarla zənginləşdiriləcək

01-04-2013

Rəqəmsal mühitdə istifadəçi hüquqlarını kim qorumalı?

18-01-2018

Osman Gündüz: Keyfiyyətli internet problemi necə həll olunacaq?

20-08-2021

Səlahiyyətli qurumlarımız dünya xəritə servisləri ilə işləyə bilmir- ekspert

11-06-2018

Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

02-06-2017

AMEA: “Vikipediya”da şəhidlərimizlə bağlı məqalələrin silinməsi səhv addımdır

13-09-2024

Ekspert müsabiqəyə çıxarılan radiotezliklə bağlı mübahisəyə rəy bildirib

12-12-2019

Wikipedia 5000 səhifəlik ensiklopediya çap etdirdi

20-06-2009

Ekspert: Qlobal xəritələrdə işğaldan azad olan ərazilərin adları necə yenilənməlidir ?

30-10-2020

Ekspert: Televiziyaların video kontenti harada saxlanılır?

16-12-2024

Ekspert: Yeni qaydalara görə, yeganə vençur fondumuzun bir startapa investisiya yatırması üçün 100 il lazımdır

09-10-2024

Verilən vəsiqələrin heç birində e-imza aktivləşdirilmir

24-09-2018

Ekspert: Nə üçün Kibertəhlükəsizlik sektorunda təşkilati-hüquqi tədbirlər başa çatdırılmır ?

07-07-2021

Ekspert : Feysbukda nöqtə qoyun istəyi işə yarayırmı?

15-03-2019

“Skype, Facebook, WhatsApp kimi resurslara qarşı sertifikatlaşma tələbi düzgün yanaşma deyil”

31-08-2015

“Azərbaycanda sosial medianın əhəmiyyəti artıb”

05-06-2015

Ekspert: “Rusiya və Ukraynadan İT mütəxəssislərini Azərbaycana cəlb etməliyik”

16-03-2022

Osman Gündüz: Prezidentin fərmanı düzgün icra olunmur

19-12-2025

Nazirliyin yeni saytında hansı problemlər var?

22-05-2018

Ekspert: "Twitter"ə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır

12-10-2020

Aylıq internet ödənişində güzəşt olacaq? - Ekspertdən mühüm təklif

07-10-2020

NRYTN böyük vəsaitlər sərf edərək anlaşılmaz tədbirlər keçirir

04-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə