Previous Next
Bağla

Ekspert: eSatınalma portalı olduqca "kasıb" vəziyyətdədir

09-09-2021 11:30
Ekspert: eSatınalma portalı olduqca "kasıb" vəziyyətdədir
Bir neçə gün öncə Rusiyanın dövlət satınalmaları ilə bağlı rəsmi saytında, Zakupki.gov.ru resursunda Azərbaycana qarşı təxribata yol verilmişdi.
 
Bu resursda Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağ ərazisindəki hərbi şəhərciyi ilə əlaqəli tenderində Qarabağ ərazisi "Dağlıq Qarabağ Respublikası" adlandırılmışdı.
 
Bununla əlaqəli Azərbaycan ictimaiyyəti ciddi narazılığını ifadə etmiş, hökumət səviyyəsində etiraz olunmuşdu.
 
Nəticədə Rusiya tərəfi bunun texniki səhv olduğunu bildirmiş, adı çəkilən tender də ümumiyyətlə ləğv edilmişdi.
 
Xeberler.az bildirir ki, Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
"Bu məsələ gündəmə gələndə diqqətimi başqa bir məqam da cəlb etmişdi. Bu da adı çəkilən Zakupki.gov.ru resursunun funksionallığı ilə, daha dəqiq isə konkret link paylaşımı imkanları ilə bağlıydı.
 
Həmin məsələ gündəmə gələndə yenidən Zakupki.gov.ru və eTender.gov.az resurslarını müqayisə etdim. Əvvəllər də bu istiqamətdə, digər ölkələrin oxşar resursları arasında araşdırma aparmışdım.
 
Əvvəllər də qeyd etdiyim kimi, elektron satınalmalar irəliyə doğru addım olsa da, bu məqsədlə hazırlanan bizim eSatınalma portalı olduqca "kasıb" bir vəziyyətdədir.
 
Funksionallıqdan söhbət gedə bilməz. Qurumlar və kateqoriyalar üzrə müqayisələr aparmaq və ictimai nəzarət üçün gərəkli ola biləcək digər imkanlar yaradılmayıb, çeşidləmək və ümumiləşmələr aparmaq olmur, infoqrafikalar yoxdur.
 
Xatırlayıram ki, bir müddət öncə cəmi bir illik dövlət İT xərclərini hesablamaq üçün saatlarla zaman sərf etmişdim.
 
Nəinki funksionallıq, ümumiyyətlə bu resursda adicə linki paylaşmaq mümkün deyil.
Nəsə paylaşmaq üçün mütləq screen etməlisən. Digər dövlət informasiya sistemlərinə inteqrasiyalar yoxdur. Axtarış imkanları yetərli deyil və s. eTender.gov.az resursunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin sifarişi ilə Elektron Hökumətin İnkişafı Mərkəzi hazırlayıb.
 
Ümid edirəm müxtəlif ölkələrin satınalma portallarının müqayisələrini bizim Antiinhisar Dövlət Xidməti və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişaflı Mərkəzi də aparıb.
 
Zakupki.gov.ru gündəmə gələndə yəqin bir daha nəzər salmaq imkanları olub".
 
Ekspertin sözlərinə görə, reallıq ondan ibarətdir ki, Azərbaycanda eSatınalma portalının hazırlanmasında eGov Mərkəzi bu sahədə dövlət siyasətini aparan qurum olaraq deyil, sanki bir İT şirkət olaraq iştitak edib.
 
"Çünki adi bir nəzər salmaqla görmək olar ki, satınalma portalında yetərincə qüsurlar var, rəqəmsal hökumət prinsipləri qorunmayıb.
 
Ümumiyyətlə, bir daha qeyd etmək istərdim ki, eGov Mərkəzinin kommersiya maraqlarını önə çəkməsi və tənzimləmədən uzaqlaşması ölkədə rəqəmsal hökumət quruculuğuna olduqca mənfi təsir göstərir.
 
Son zamanlar dövlət satınalmalarının təkmilləşdirilməsi və şəffaflığın artırılması istiqamətində müəyyən addımlar atılsa da ciddi problemlər qalmaqdadır.
 
Təəssüf edirəm ki, dəfələrlə qeyd olunmasına baxmayaraq adı çəkilən qurumlar eSatınalama resursunun təkmilləşməsinə diqqət yetirməyiblər. Bu sahədə ictimai nəzarət üçün çevik rəqəmsal imkanların yaradılması, media və vətəndaş cəmiyyəti üçün faydalı dataların təqdim edilməsi dövlət satınalmaları sahəsində vəziyyətin daha da yaxşılaşmasına kömək ola bilərdi".
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: eSatınalma portalı dövlət qurumları üçün problemə çevrilib

Ekspert: eSatınalma portalı dövlət qurumları üçün problemə çevrilib

24-05-2021
Naxçıvanın dövlət qurumları Gov.az domenini niyə tətbiq etmir?

Naxçıvanın dövlət qurumları Gov.az domenini niyə tətbiq etmir?

12-09-2019
Rəqəmsal hökumətdə geriyə doğru addım - Osman Gündüz

Rəqəmsal hökumətdə geriyə doğru addım - Osman Gündüz

02-12-2025
Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020
Ekspert SOCAR-la bağlı yaradılacaq rəqəmsal portaldan danışdı

Ekspert SOCAR-la bağlı yaradılacaq rəqəmsal portaldan danışdı

09-04-2019
Osman Gündüz: Tenderlərdə iştirakla bağlı sənədləşmə tam rəqəmsallaşmayıb

Osman Gündüz: Tenderlərdə iştirakla bağlı sənədləşmə tam rəqəmsallaşmayıb

04-10-2024
Dövlət satınalmaları üzrə vahid internet portalında yeni funksiya istifadəyə verilib

Dövlət satınalmaları üzrə vahid internet portalında yeni funksiya istifadəyə verilib

30-04-2025
“Elektron hökumət quruculuğu sahəsində ciddi problemlər qalır”

“Elektron hökumət quruculuğu sahəsində ciddi problemlər qalır”

04-11-2013
Dövlət Xidməti tərəfindən maarifləndirmə seminarı keçirilib

Dövlət Xidməti tərəfindən maarifləndirmə seminarı keçirilib

19-12-2024
Ekspert: EHİM vaxtını müxtəlif qurumlar üçün saytlar hazırlamağa sərf edir

Ekspert: EHİM vaxtını müxtəlif qurumlar üçün saytlar hazırlamağa sərf edir

22-01-2022
Dövlət satınalmalarında iştirak üçün təqdim olunan arayış elektronlaşdırılıb

Dövlət satınalmalarında iştirak üçün təqdim olunan arayış elektronlaşdırılıb

04-09-2023
Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

09-07-2019
my.gov.az elektron hökumət portalı fəaliyyətə başlayıb

my.gov.az elektron hökumət portalı fəaliyyətə başlayıb

03-06-2019
Ekspert eGov sahəsindəki problemlərdən danışdı

Ekspert eGov sahəsindəki problemlərdən danışdı

08-10-2018
Ekspert: "EHİM-in hazırladığı məlumat  eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

Ekspert: "EHİM-in hazırladığı məlumat eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

11-01-2022
Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

22-01-2020
Sahibkarların işi asanlaşdı-Yenilik

Sahibkarların işi asanlaşdı-Yenilik

18-01-2023
Azərbaycanda dövlət satınalmalarında iştirak edən sahibkarlara artıq e-arayış veriləcək

Azərbaycanda dövlət satınalmalarında iştirak edən sahibkarlara artıq e-arayış veriləcək

08-09-2023
Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

27-07-2021
Ekspert: "Mərkəzi Bankın adi bir rəqəmsal həll üçün milyonlar xərcləməsi yersizdir"

Ekspert: "Mərkəzi Bankın adi bir rəqəmsal həll üçün milyonlar xərcləməsi yersizdir"

01-03-2021
Ekspert: Elektron sənəd dövriyyəsi inkişaf edir, oflayn xərclər çoxalır

Ekspert: Elektron sənəd dövriyyəsi inkişaf edir, oflayn xərclər çoxalır

27-08-2019
Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018
e-sosial.az resursunda nə baş verir?

e-sosial.az resursunda nə baş verir?

07-04-2020
Dövlət satınalmaları sahəsində islahatlar təqdim olunub

Dövlət satınalmaları sahəsində islahatlar təqdim olunub

25-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə