Previous Next
Bağla

Ekspert: EHİM vaxtını müxtəlif qurumlar üçün saytlar hazırlamağa sərf edir

22-01-2022 19:26
Ekspert: EHİM vaxtını müxtəlif qurumlar üçün saytlar hazırlamağa sərf edir
Xeberler.az olaraq məlumat vermişdik ki, Elektron Hökümətin İnkişafı Mərkəzi yolumuzqarabaga.az adlı sayt yaradıb.
 
Həmin gün daha bir sayt, zefer.az da təqdim edilib. Dövlət Turizm Agentliyi nədənsə yolumuzqarabaga.az-ın sifarişini hansısa bir biznesə deyil, EHİM dövlət qurumuna verib.
 
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspertin sözlərinə görə, qarşısına ciddi dövlət vəzifələri qoyulan, ölkədə rəqəmsal hökumət quruculuğuna cavabdeh qurum olan EHİM əsas vaxtını müxtəlif qurumlar üçün saytlar hazırlamağa sərf edir.
 
"EHİM də gah çimərliklərə giriş saytı yaradır, gah satınalma portalı yaradır, gah kənd təsərrüfatı portalı yaradır, gah da ASAN üçün nəsə edir. İndi də avtobus biletlərini satacaq.
 
Elektron hökumət quruculuğu sahəsində problemlər isə yığılıb qalıb. eGov sahəsində əsas sənədlərdən biri olan dövlət informasiya sistemlərinin inteqrasiyası haqqında Prezidentin fərmanı indiyədək icra olunmayıb".
 
Osman Gündüzün sözlərinə görə, 2022-ci il olsa da, bəzi dövlət qurumları hələ də elektron formada olan sənədi kağıza çap etdirib notarial təsdiqini tələb edirlər, mənasız arayışlar tələb edirlər. Qanunvericiliyin eGov baxımından sadələşdirilməsi ilə heç kim məşğul deyil. EHİM bu sahə üzrə hüquqşünaslar, analitiklər işə götürmək, eGov inkişafına cavabdeh normal komanda formalaşdırmaq əvəzinə developerlər və vebmasterlərə üstünlük verir. Ümumiyyətlə, müşahidələr göstərir ki, bu qurumda kadr siyasəti son zamanlar düzgün aparılmır.
 
"EHİM rəqəmsal hökumət quruculuğunu kordinasiya etmək, tənzimləmək, inteqrasiya etmək əvəzinə daha çox cari kommersiya xarakterli işlərə baş vurmaqla, saytlar yaratmaq və onları dəstəkləmək üçün resurslar ayırmaqla məşğuldur.
 
Baxıram ki, sektoru tənzimləməli olan EHİM əməkdaşı avtobusa bilet satışı prosesini izah etməklə məşğuldur".
 
Ekspert düşünür ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi öz tabeçiliyində olan qurumlara nəzarəti gücləndirməli, prioritetlər üzrə hesabatlar tələb olunmalıdır. Dövlət Agentliyi Mərkəzin daha çox konseptual eGov quruculuğu məsələlərinə köklənməsini, kommersiyaya deyil tənzimləməyə istiqamətlənməsini təmin etməlidir.
 
"Rəqəmsal hökumət quruculuğu sahəsində müəyyən işlər görülsə də, son zamanlar durğunluq müşahidə olunur, köklü problemlərin həllinə, kordinasiya məsələlərinə zəif diqqət yetirilir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: "EHİM-in hazırladığı məlumat  eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

Ekspert: "EHİM-in hazırladığı məlumat eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

11-01-2022
Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018
Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022
Ekspert: Banklar hələ də e-Gov sisteminə inteqrasiya olunmayıb

Ekspert: Banklar hələ də e-Gov sisteminə inteqrasiya olunmayıb

31-10-2019
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
Osman Gündüz: Bundan sonra eGov sistemində milli məhsul olan ASAN Bridge tətbiq ediləcək

Osman Gündüz: Bundan sonra eGov sistemində milli məhsul olan ASAN Bridge tətbiq ediləcək

24-12-2021
EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

11-01-2022
Ekspert eGov sahəsindəki problemlərdən danışdı

Ekspert eGov sahəsindəki problemlərdən danışdı

08-10-2018
Ekspert: Resurslar hara yönəldilməlidir - ASAN-a, yoxsa rəqəmsal hökumətə?

Ekspert: Resurslar hara yönəldilməlidir - ASAN-a, yoxsa rəqəmsal hökumətə?

14-12-2021
Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

09-07-2019
ASAN 2.0 realdırmı ?

ASAN 2.0 realdırmı ?

05-12-2018
Ekspert: Məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar

Ekspert: Məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar

19-11-2019
Rəqəmsal Hökumət təşviqat proqramının növbəti mərhələsinə start verilir

Rəqəmsal Hökumət təşviqat proqramının növbəti mərhələsinə start verilir

11-07-2019
Ekspert : "Bütün bunlar eGov sahəsində aparılan işlərə kölgə salır"

Ekspert : "Bütün bunlar eGov sahəsində aparılan işlərə kölgə salır"

20-10-2018
Azərbaycanda 4SİM-in direktoruna müavin təyin edilib

Azərbaycanda 4SİM-in direktoruna müavin təyin edilib

14-04-2023
"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

27-01-2023
VFS Global, EHİM və İnnovasiyalar Mərkəzi Memorandum imzalayıblar

VFS Global, EHİM və İnnovasiyalar Mərkəzi Memorandum imzalayıblar

19-09-2019
Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

30-07-2021
Ekspert: “Rəqəmsal icra hakimiyyəti” portalı nə zaman istifadəyə veriləcək?

Ekspert: “Rəqəmsal icra hakimiyyəti” portalı nə zaman istifadəyə veriləcək?

22-11-2021
EHİM: Kəndlərdə rəqəmsal mühitə çıxışı məhduddur

EHİM: Kəndlərdə rəqəmsal mühitə çıxışı məhduddur

21-11-2022
Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

Ekspert: DİN yeni yaradılan xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir

27-07-2021
Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019
"eGov" niyə "ASAN"dan alınıb nazirliyə verildi?- EKSPERT ŞƏRHİ

"eGov" niyə "ASAN"dan alınıb nazirliyə verildi?- EKSPERT ŞƏRHİ

25-11-2022
Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə