Previous Next
Bağla

Ekspert: İndiki dövrdə sürücülük vəsiqəsinin rəqəmsal formada olması daha məqsədəuyğundur

07-07-2021 20:13
Ekspert: İndiki dövrdə sürücülük vəsiqəsinin rəqəmsal formada olması daha məqsədəuyğundur
"Bir neçə gün öncə Baş Dövlət Yol Polisi bildirib ki, avtomobillərin qeydiyyat şəhadətnaməsinin (texpasportun) forması yenilənib. Artıq bir neçə gündür ki, sürücülərə yeni texpasport təqdim olunur. Daha kiçik ölçüyə malik yeni nəsil qeydiyyat şəhadətnaməsinin əsas özəllliyi ondan ibarətdir ki, vəsiqə üzərində elektron daşıyıcı da var ki, nəqliyyat vasitəsinə dair bütün məlumatlar burada öz əksini tapır".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
 
 
Ekspert qeyd edib ki, ilk baxışda görsənir ki, BDYP innovativ bir addım atıb.
 
Onun sözlərinə görə, Azərbaycanın indiki inkişaf səviyyəsinə, inkişaf etmiş ölkələrin, bəzi qonşu ölkələrin təcrübəsinə baxsaq görərik ki, artıq bu tip vəsiqələri də arxivlərə vermək olardı:
 
"İnkişaf etmiş ölkələrdə, elə bəzi qonşu ölkələrdə də kağız formada vəsiqələrdən imtina olunur, onları üzərində gəzdirmək məcburi deyil, rəqəmsal vəsiqələrə üstünlük verilir.
 
Yəni, BDYP indiki halda texpasportun ölçüsünü kiçiltməklə onun daşınmasını asanlaşdırmaq prinsipini əsas götürüb. Halbuki, indiki zamanda prinsip olaraq onun daşınmasından imtinanın , rəqəmsal vəsiqəyə keçidin əsas götürülməsi məntiqli, innovativ və daha effektiv olardı.
 
Təəssüf ki, cari ildə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik kifayət qədər mücərrəd formada qəbul edilib və sürücünün sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni üzərində gəzdirməli olmasına dair tələbi ləğv etməyib.
 
Düşünürəm ki, həm qanunvericilikdə və həm də İXM-də adı çəkilən müddəaları ləğv etmək, sürücünün sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni rəqəmsallaşdıraraq onun mütləq olaraq üzərində gəzdirməsi tələbini aradan qaldırmaq doğru olardı.
 
Çünki artıq bütün DYP maşınları bort-kompüterlə təmin edilib, onlar real rejimdə uyğun informasiya sistemlərinə bağlana bilir və onların sürücünün şəxsiyyət vəsiqəsi əsasında onu və avtomobili eyniləşdirmək, nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququnu müəyyən etmək imkanları var. İnternetin olmadığı ərazilərdə də polis öz daxili rabitəsi əsasında bunları müəyyən edə bilir.
 
Düşünürəm ki, yalnız xarici vətəndaş olan sürücülər və xarici avtomobillər üçün kağız formatında tələb etmək məntiqli olardı.
 
Ölkədə rəqəmsallaşmanın inkişaf etdiyi indiki zamanda sürücüdən kağız formada sürücülük vəsiqəsini, texpasportu və etibarnaməni tələb etmək, olmadıqda maşını cərimə meydançasına aparmaq yolverilməzdir.
 
Ümid edirəm DİN, VXSİ Dövlət Agentliyinin eGov Mərkəzi və BDYP yuxarıda qeyd olunanları nəzərə alacaq".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

16-04-2019
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

Osman Gündüz: "Rəqəmsal şəxsiyyət vəsiqəsini tanımaqdan imtina halları ictimailəşdirilməlidir"

27-09-2024
DİN dərsləri yoxsa innovasiya və informatika?

DİN dərsləri yoxsa innovasiya və informatika?

01-05-2019
Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşacaqmı ?

Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşacaqmı ?

19-07-2019
Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

30-07-2021
Banklar elektron sənədi niyə qəbul etmir?-Problem

Banklar elektron sənədi niyə qəbul etmir?-Problem

20-10-2017
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri vətəndaş qəbulunu necə həyata keçirməlidir?

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri vətəndaş qəbulunu necə həyata keçirməlidir?

08-07-2019
Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020
ASAN 2.0 realdırmı ?

ASAN 2.0 realdırmı ?

05-12-2018
Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?

07-04-2025
DOST xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək məcburi deyil

DOST xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsini təqdim etmək məcburi deyil

23-08-2024
Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

29-07-2019
Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

18-01-2021
Ekspert: Bütün ölkə boyu “Asan xidmət” Mərkəzlərinin yaradılmasına ehtiyac varmı?

Ekspert: Bütün ölkə boyu “Asan xidmət” Mərkəzlərinin yaradılmasına ehtiyac varmı?

09-08-2021
Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019
Ekspert: Nə üçün DİN xidmətləri hələ də elektronlaşdırılmır ?

Ekspert: Nə üçün DİN xidmətləri hələ də elektronlaşdırılmır ?

26-04-2021
Ekspert: Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır

Ekspert: Şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi qadağan olunmalıdır

29-10-2024
e-Polis tətbiqi istifadəyə verilib

e-Polis tətbiqi istifadəyə verilib

29-01-2024
Ən axsaq yerimiz səhiyyə sistemidir

Ən axsaq yerimiz səhiyyə sistemidir

19-12-2020
Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022
Ekspert: Seçki günü "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə səs vermək mümkün olacaqmı?

Ekspert: Seçki günü "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə səs vermək mümkün olacaqmı?

31-08-2024
Bağçalara uşaq qəbulu və növbəyə yazılma necə olmalıdır?

Bağçalara uşaq qəbulu və növbəyə yazılma necə olmalıdır?

30-01-2018
Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

24-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə