Previous Next
Bağla

Ekspert: Resurslar hara yönəldilməlidir - ASAN-a, yoxsa rəqəmsal hökumətə?

14-12-2021 16:38
Ekspert: Resurslar hara yönəldilməlidir - ASAN-a, yoxsa rəqəmsal hökumətə?
"Ölkəmizdə aparılan rəqəmsallaşma və elektron hökumət quruculuğu vətəndaş-hökumət münasibətlərində və biznesdə daha münbit şərait yaratmalıydı, bürokratçılıq aradan qaldırılmalıydı.
 
Gözlənilirdi ki, dövlət sektorunda rəqəmsal transfromasiya nəticəsində toplanan böyük datalar hesabına dövlət idarəetməsi üçün daha effektiv qərarlar veriləcək.
Lakin müşahidələr, reallıqlar onu göstərir ki, bu sahədə müəyyən addımlar atılsa da hələlik gözləntilər özünü elə də doğrultmayıb".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, bürokratçılığın aradan qaldırılmasında, daha çevik-effektiv qərarların qəbul edilməsində rəqəmsal hökumətin imkanları, yumşaq desək, yetərli olmayıb.
 
"Ayrı-ayrı dövlət qurumlarının öz daxilində uğurları daha çoxdur, datalardan hətta kommersiya məqsədilə istifadə imkanları formalaşıb. Amma bütövlükdə dövlət aparatı və biznes üçün, cəmiyyət üçün rəqəmsallaşma və data infrastrukturdan effektiv istifadədə problemlər var.
 
Bəzi sahələrdə isə, dövlət qurumları arasında inteqrasiya baş tutmadığından analoqu olmayan situasiya yaranıb, rəqəmsallaşma bürokratçılığı daha da artırıb. Bir dövlət qurumu digər dövlət qurumunun elektron, rəqəmsal məlumatını tanımadığından əlavə -yeni bürokratik münasibətlər formalaşıb.
 
Təsəvvür edin ki, xeyli sayda dövlət qurumları dövlətin elektron sistemində mövcud olan sənədləri, elektron çıxarışları yenidən kağıza çap etmək və yenidən notarial təsdiq etməyi tələb edir.
 
Hüquqi adı "elektron çıxarış" olan sənədin yenidən kağız formada çapını və notarial təsdiqini tələb etmək nonsesdir".
 
Osman Gündüz bildirib ki, bu cür halların yaranmasının əsas səbəblərindən biri də rəqəmsal hökumətə cavabdeh qurumun - EHİM-nin daha konseptual addımlar atmaq əvəzinə, bütöv qanunverici bazanı rəqəmsallaşma baxımından sadələşdirmək əvəzinə, inteqrasiyanı sona çatdırmaq əvəzinə hökumət tərəfindən verilən cari rəqəmsal həllərin yaradılmasına, bu məqsədlə çoxsaylı developerlər ordusu formalaşdırmağa, kommersiya layihələrinə üstünlük verməsidir.
 
"Qurum əlavə çoxsaylı bəsit layihələrə, kənar məsələlərə də zaman və resurslar ayırır.
 
Düşünürəm ki, prioritetlərin müəyyənləşməsində, sektora cavadehlik daşıyan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strateji planlaşmasında müəyyən çatışmazlıqlar var. Hazırda prioritet olaraq daha çox ASAN-a investisiyalar yatırılır, resurslar daha çox ASAN-a ayrılır.
 
Görünən odur ki, elektron hökumətə cavabdeh qurum üçün ASAN 1-ci dərəcəli, rəqəmsal hökumət isə 2-ci dərəcəlidir. Hər iki sahə də VXSİ Dövlət Agentliyinin nəzarətindədir.
 
Hansı ki, indiki zamanda, Prezidentin çıxışlarında qarşıya qoyulan vəzifələr baxımından, hökumətin strateji addımları baxımından, dünyada gedən proseslər baxımından prioritetlər əksinə olmalıydı, rəqəmsal hökumət quruculuğu önə çəkilməliydi.
 
Görünür ki, burada artıq maraq toqquşmaları yaranır".
 
Ekspert qeyd edib ki, oflayn mühitə cavabdeh dövlət qurumu həm də rəqəmsal mühitin, rəqəmsal hökumətin formalaşmasına cavabdehlik daşıyır. Bu məqsədlə resursların bölünməsini də özü reallaşdırır və nəticədə ciddi problemlər yaranır.
 
"Düşünürəm ki, VXSİ Dövlət Agentliyi strategiyada korrektələr etməlidir, prioritet Rəqəmsal Hökumət olmalıdır.
 
Prezidentin son zamanlar Yerli İcra Hakimiyyətləri ilə bağlı verdiyi sərəncamları nəzərə alsaq, regional elektron hökumət quruculuğu proseslərini də nəzərə alsaq, fikrimcə gələcəkdə ASAN-ı elə Yerli icra qurumlarının binalarında formalaşdırmaq daha doğru olardı. Hansı ki Gədəbəy İcra Hakimiyyətində bu artıq reallaşdırılıb.
 
Beləliklə, düşünürəm ki, VXSİ Dövlət Agentliyi prioritet olaraq rəqəmsal hökumətin inkişafını önə çıxartmalı, dövlətə məxsus dataların inteqrasiyası və səmərəli istifadəsi üçün səyləri gücləndirməli, gələcəkdə ASAN üçün Yerli icra qurumlarının resurslarından istifadəyə üstünlük verilməli, dövlət xidmətləri sektorunda yeni, rəqəmsal idarəetmə modeli inkişaf etdirilməlidir".
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: EHİM vaxtını müxtəlif qurumlar üçün saytlar hazırlamağa sərf edir

Ekspert: EHİM vaxtını müxtəlif qurumlar üçün saytlar hazırlamağa sərf edir

22-01-2022
Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022
ASAN 2.0 realdırmı ?

ASAN 2.0 realdırmı ?

05-12-2018
Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
Ekspert: Bütün ölkə boyu “Asan xidmət” Mərkəzlərinin yaradılmasına ehtiyac varmı?

Ekspert: Bütün ölkə boyu “Asan xidmət” Mərkəzlərinin yaradılmasına ehtiyac varmı?

09-08-2021
Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019
Ekspert: "EHİM-in hazırladığı məlumat  eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

Ekspert: "EHİM-in hazırladığı məlumat eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

11-01-2022
Ekspert: Banklar hələ də e-Gov sisteminə inteqrasiya olunmayıb

Ekspert: Banklar hələ də e-Gov sisteminə inteqrasiya olunmayıb

31-10-2019
Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022
Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022
Ekspert: Rəqəmsal hökumətə keçidin hüquqi təminatı çox ləngiyir

Ekspert: Rəqəmsal hökumətə keçidin hüquqi təminatı çox ləngiyir

17-10-2022
“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021
Osman Gündüz: Bundan sonra eGov sistemində milli məhsul olan ASAN Bridge tətbiq ediləcək

Osman Gündüz: Bundan sonra eGov sistemində milli məhsul olan ASAN Bridge tətbiq ediləcək

24-12-2021
Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

30-07-2021
Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

22-05-2020
Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

17-10-2022
Prezidentin e-hökumətlə bağlı fərmanı sektorda nələri dəyişəcək?

Prezidentin e-hökumətlə bağlı fərmanı sektorda nələri dəyişəcək?

19-03-2018
“ASAN arayış” sistemi yaradıla bilər

“ASAN arayış” sistemi yaradıla bilər

01-05-2018
Ekspert: “Rəqəmsal icra hakimiyyəti” portalı nə zaman istifadəyə veriləcək?

Ekspert: “Rəqəmsal icra hakimiyyəti” portalı nə zaman istifadəyə veriləcək?

22-11-2021
Koronavirusun yaratdığı vəziyyətlə bağlı hökumət və vətəndaş münasibətləri yenidən qurulmalıdır

Koronavirusun yaratdığı vəziyyətlə bağlı hökumət və vətəndaş münasibətləri yenidən qurulmalıdır

14-03-2020
Ekspert eGov sahəsindəki problemlərdən danışdı

Ekspert eGov sahəsindəki problemlərdən danışdı

08-10-2018
Rəqəmsal Hökumət təşviqat proqramının növbəti mərhələsinə start verilir

Rəqəmsal Hökumət təşviqat proqramının növbəti mərhələsinə start verilir

11-07-2019
Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə