Previous Next
Bağla

Facebook qruplarda biznes, yoxsa ictimai maraqlar üstünlük təşkil edir ?

05-03-2015 17:09
Facebook qruplarda biznes, yoxsa ictimai maraqlar üstünlük təşkil edir ?

Son vaxtlar bəzi Facebook qruplarında müəyyən problemlər yaşanır. Belə ki, qrup istifadəçiləri paylaşdıqları postların qəsdən silinməsi, həmçinin paylaşımlara gələn şərhlərin və rəylərin də silinməsindən narahatıqlarını bildirirlər.

Xəbərlər.az məsələ ilə bağlı araşdırma aparıb.

İT mütəxəssis Fərid Kazımov deyir ki, belə qruplarda paylaşılan xəbərin silinməsi bəzi hallarda adminlərin subyektiv yanaşması ilə bağlı olur:

“Yəni , admin olaraq hər bir şəxs bu və ya digər xəbəri grup üçün maraqsız hesab edirsə, həmin xəbər silinir. Facebook -da startaplarla bağlı bu yaxında bir mübahisənin şahidi olmuşam. Belə ki, startap sahibi onunla bağlı artıq ikinci postun silindiyini bəyan edirdi. Amma məsələdən tam məlumatlı olmadığımız üçün kimin haqqlı olmağını deyə bilmərik”.

Fərid Kazımov hesab edir ki, ictimai sosial qrupdan söhbət gedirsə, adminlərin biznes maraqları kənarda qalmalıdır”.

İT mütəxəssisi optimal şəffaf və biznes marağı olmayan adminin belə qrupları idarə etməsini təklif edib:

“Növbəti bir problem isə bəzən hər hansı şəxs belə qruplardan mövzuya aid olmayan , yaxud öz xidmətini və ya malını reklam edərək post yerləşdirir. Bu baxımdan da adminlərin bu seqmentdə hər hansı bir marağı olmamalıdır. Belə anlaşılmazlığın qarşısını almaq üçün adminin fəaliyyəti zəruridir”.

“Startup Azərbaycan” qrupunun adminlərindən biri olan Vaqif Abbasov qeyd edib ki, qrupda startuplar yalnız öz məhsulları və yenilikləri barədə məlumat verə bilərlər. Lakin onların keçirdikləri aksiyaları, kampaniyaları qrupda paylaşılarsa, dərhal silinir. Onun sözlərinə görə, yalnız hər hansı startup qrupa özəl kampaniya edərsə bunu silmirik hətta dəstək oluruq.

Vaqi Abbasov qrupda reklam xarakterli, təkrar olan , etik qaydaları pozan paylaşımların silindiklərini qeyd edib.

www.Professionals.az saytından Xəbərlər.az-a bildiriblər ki, onlar yeni məhsulları ilə bağlı 2 dəfə qrupda paylaşım etsələr də, postları silinib:

“ Qrupun adminləri ilə əlaqə saxlamağa çalışdıq. Adminlərin məsələyə münasibətləri fərqli oldu. Adminin biri postu silmədiyini dedi, digəri isə məlumatın reklam xarekterli olduğü üçün silindiyini bildirdi. Yəni, onların özləri arasında da qeyri-müəyyənlik var. Hesab edirik ki, bu qrupun istifadəçilərinə qarşı qərəzli münasibətdir”.

Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də qruplarda belə problemin artıq son dövrlərdə kəskinləşdiyini bildirib. O, bunun əsas səbəbinin qruplarda ictimai maraqlar baxımından vahid qaydaların olmaması, qrupların adminlərinin ictimai deyil, şəxsi və ya kommersiya maraqalrı güdməsi ilə bağlı olduğunu diqqətə çatdırıb.

Osman Gündüz artıq problemlə bağlı ciddi mesajların da daxil olduğunu  diqqətə çatdırıb.

Osman Gündüz istənilən tədbirdə, kampaniyada, hərəkatda ictimai maraqların önəm kəsb etməsinin 1-ci şərt olması kimi dəyərləndirib. O, Azərbaycanda startap hərəkatının əsasını qoyan və kifayət qədər uğurlu nəticələr əldə edən “Startup Azərbaycan” layihəsinin də uğurunun məhz komandada ictimai maraqların öndə olması ilə bağlı olduğunu bildirib.

Vəziyyətdən çıxış yolu olaraq Osman Gündüz bildirib ki, hazırda Startup Azərbaycan Komandasında bu problemin həlli yolları müzakirə olunur.

Onun sözlərinə görə, əgər məsələ ilə bağlı müsbət nəticə əldə olunmazsa , biznes marağı olmayan, konkret bir startupa, investora aidiyyatı olmayan adminlərdən ibarət ictimai əhəmiyyətli bir qrupun da Startup Azərbaycan tərəfindən yaradılması istisna edilmir.

Osman Gündüz startapların tanıtımı üçün, komanda formalaşdırması və ictimai dəstək qazanmsı üçün müstəqil qrupların olmasını çox faydalı hesab edib.

"Əgər mövcud qruplardan hansındasa həqiqətən də startupların tanıdılmasına yönələn qeyri-reklam xarakterli xəbərləin getməsi məqbul hesab edilmirsə, deməli indiki zamanda ciddi əhəmiyyət kəsb edən bu tanıtım məsələsini də üzərinə götürən normal bir ictimai yönümlü qrupun yaradılması zəruridir", deyə o əlavə edib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda İnternet biznesin inkişafı və startuplarla əlaqəli tədbirlər keçirilib

05-07-2013

Ekspert : İnternetdə və sosial mediada məhdudlaşdırmaları məqbul hesab etmədik

14-02-2019

“Dövlət internet mediaya dəstək verməlidir”

29-12-2014

Azərbaycanın siyasi “Facebook” qrupları niyə bağlanıb?

06-06-2013

Bakı metrosunda Wi-Fi olacaqmı?

08-09-2015

“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

01-10-2016

“Qara siyahılar” abunəçinin hesabından pul silinməsinin qarşısını alacaqmı ?

01-05-2015

Startuplar və İnternet biznes sahəsində maraqlı tərəflərin görüşü keçirilib

07-06-2013

Ekspert: İTVTECH-də yayımlanan mövzular ictimai əhəmiyyət kəsb etmir

03-10-2019

Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

28-03-2018

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada arayışlarla bağlı məsələ müzakirə olundu

21-10-2015

Dövlət qurumları vacib və ictimai əhəmiyyət kəsb edən xidmətləri Elektron hökumətdən “gizlədə” bilməyəcəklər.

18-09-2014

Startup Azərbaycan BDU toplantısı keçirilib - Fotolar

13-03-2015

AİF İT mütəxəssislərə və internet istifadəçilərinə müraciət edib

05-04-2016

Startapçılar deputatlarla görüşüb- Foto

07-11-2016

Azərbaycanda Facebook istifadəçilərinin sayı azalıbmı?

04-05-2015

İctimai Şuranın facebook səhifəsi yaradılıb

11-03-2013

Elektron Təhlükəsizlik Mərkəzi Facebook-da yayılan virusun “dərman”ını axtarır

20-11-2015

Hansı provayderlər Ailə TV -ni bloklayıb ?

04-05-2015

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019

İnternet - biznes sahəsində investisiya mühiti və milli Startuplar - KONFRANS

10-04-2013

Ekspert: Hökumət sosial mediada reklam fəaliyyətini nəzarətə götürüb

23-05-2025

Startup Azərbaycan SUMQAYIT Toplantısı keçirilib

29-04-2013

“Mobil xidmətlərin keyfiyyəti ilə bağlı monitorinqlərin nəticələri açıqlanmalıdır”

15-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə