Previous Next
Bağla

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016 10:38
Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

Kaspersky Lab şirkətinin ekspertləri 2016-cı ilin üçüncü rübü üzrə informasiya təhlükələrini təhlil edib. 

Xeberler.az bildirir ki , araşdırma nəticələrinə əsasən, hesabat dövrü ərzində Azərbaycan istifadəçilərinin 25%-i internetdə təhlükələrlə üzləşib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 7 faiz bəndi azalıb, belə ki, ötən il Azərbaycan istifadəçilərinin 32%-i internetdə zərərli ünsürlərə yoluxub. Yerli təhlükələr isə Azərbaycanda ənənəvi olaraq aşağı səviyyədə qalmaqdadır.

Ümumilkdə, üçüncü kvartalda ən geniş yayılmış təhlükələrdən biri mobil bank troyan virusları olub.

Kaspersky Lab-ın ekspertləri bildirir ki, bu cür göstəricilərin əsas səbəbi regionda adətən iyul, avqust və sentyabr aylarına təsadüf edən məzuniyyət mövsümüdür. Belə ki, bu dövr ərzində məzuniyyətə çıxanlar tərəfindən edilən onlayn ödənişlərin sayı artır, kibercinayətkarlar isə vaxt itirmədən buna reaksiya verirlər.

Cari ilin üçüncü rübünün nəticələrinə əsasən, fərdi kompüterlərə bank troyanları tərəfindən hücumların səviyyəsinə görə birinci yerdə Rusiya qərarlaşıb.

Kaspersky Security Network bulud infrastrukturunun məlumatlarına əsasən, rusiyalı istifadəçilərin 4,2%-i bu cür maliyyə təhlükələri ilə üzləşib. Reytinqdə yenicə yer almış Şri-Lanka isə artıq ikinci sıradadır. Bu ölkədə istifadəçilərin 3,5%-i internet ödənişləri edərkən təhlükə ilə rastlaşır ki, onların arasında Şri-Lankaya məzuniyyət məqsədilə gələn və onlayn bankinqdən istifadə edənlər də ola bilər. Bundan başqa, siyahının ilk beşliyində turizm istiqamətləri üzrə məşhur olan Braziliya, Türkiyə və Kamboca yer alır.

“Qarşıdan gələn Yeni il bayramı mövsümündə turistlər arasında məşhur ölkələrdə zərərli proqramların aktivlik göstəriciləri dəyişəcək, xüsusən də bank sahəsi üzrə zərərli proqramlar vasitəsilə ən çox kiberhücuma məruz qalan ölkələrin reytiniqinin də qış istirahət mərkəzlərinə doğru dəyişəcəyi istisna olunmur. Lakin kiberhücumların qurbanları, yəni evdən tur almaq, səyahət zamanı tez ödəniş etmək və ya sosial şəbəkələrdə fotoşəkil yerləşdirmək istəyən turistlər əvvəlki qaydada onları gözləyən təhlükələrlə sadəcə öz ölkələrində deyil, həm də tanınmış turizm məkanlarda rastlaşa bilərlər. Yeni il bayramını pul və ya cihazlarındakı mühüm informasiya itkisi ilə korlamamaq üçün istifadəçilər buna diqqət yetirməli və internetdə daha ehtiyatlı olmalıdırlar”, - deyə Kaspersky Lab şirkətinin antivirus üzrə eksperti Denis Makruşin qeyd edib.

Bundan başqa, şifrələyici proqramlar və maliyyə fırıldaqçıları bu gün də rusdilli internet istifadəçiləri üçün aktual təhlükə olaraq qalır. Bu zərərli proqramlar istifadəçilərin cihazlarına keçir, mühüm faylları şifrələyir və ya sadəcə ekranı bloklayıb geriyə dönüş üçün pul tələb edirlər. Bu cinayətkarlıq növü çəkilən xərclə müqayisədə sahiblərinə daha çox gəlir gətirdiyi üçün kibertəhlükələr dünyasında daha da məşhurlaşır. Belə ki, dünyada kiberhücuma məruz qalmış istifadəçilərin sayı 2,6 dəfə artıb.

2016-cı ilin üçüncü rübündə kibertəhlükələrin inkişafı haqqında daha ətraflı məlumatı Kaspersky Lab şirkətinin hesabatından əldə edə bilərsiniz: 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017
Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018
Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018
Bank troyanları 430 min istifadəçiyə hücum edib

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019
Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

18-04-2016
Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 3 dəfə artıb

Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 3 dəfə artıb

01-09-2023
Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 3 dəfə artıb

Azərbaycanda mobil telefonlara kiberhücumların sayı 3 dəfə artıb

02-09-2023
İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017
70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018
Şifrələyici proqramların istifadəçilərə hücumları artıb

Şifrələyici proqramların istifadəçilərə hücumları artıb

29-06-2016
Mobil istifadəçilər ən çox hansı zərərli  məzmunla qarşılaşır?

Mobil istifadəçilər ən çox hansı zərərli məzmunla qarşılaşır?

09-02-2018
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
Mobil bank troyanların kəskin artması aşkar edilib

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018
Fişinq hücumun əsas hədəfi  kimlərdir?-Araşdırma

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017
 İnternetlə yoluxma riskinə ən çox Azərbaycan istifadəçiləri məruz qalıb

İnternetlə yoluxma riskinə ən çox Azərbaycan istifadəçiləri məruz qalıb

25-08-2016
Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019
Kaspersky Lab hesabat açıqladı

Kaspersky Lab hesabat açıqladı

29-06-2018
 “Valideynlər övladını kibertəhlükədən qorumur”

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016
Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

Mobil cihazlar vasitəsi ilə pul oğurluğu artacaq

14-04-2017
Azərbaycan zərərli hücuma məruz qalan istifadəçilərin sayına görə 7-ci yeri tutub

Azərbaycan zərərli hücuma məruz qalan istifadəçilərin sayına görə 7-ci yeri tutub

03-06-2022
Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

17-09-2018
İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

İnnovasiya həftəsi çərçivəsində Kaspersky Security Day keçirilib

28-10-2019
Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

30-09-2016
Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə