Öz peşəkar qabiliyyətlərinə güvənən, karyera irəliləyişlərinə can atan, ən əsası isə stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların tətbiqinə öz töhfəsini vermək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni 23 oktyabr 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində müraciətin məqsədini “Vakansiya_İT_mütəxəssisi” şəklində göstərmək xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyaya qoyulan tələblər:
Vəzifə öhdəlikləri:
1. İnformasiya texnologiya avadanlıqlarının fasiləsiz işinin təmin edilməsi, kompüterlərə texniki xidmət, şəbəkəyə qoşulması və iş prosesində ortaya çıxan problemlərin aradan qaldırılması;
2. Ofisdaxili kompüterlərin, qurğuların şəbəkəyə qoşulması, idarə olunması, zəruri proqramların yüklənməsi və konfiqurasiyası;
3. Kompüterdə yaranan texniki problemlərin aşkarlanması, diaqnostikası və aradan qaldırılması;
4. Kommunikasiya xətlərində yaranmış nasazlıqların aradan qaldırılması;
5. İnternetin işlək vəziyyətdə saxlanılmasına nəzarət və bütün sistemin yenilənməsinin təmin edilməsi;
6. LAN, WAN, WiFi şəbəkələrinin işinin təmin edilməsi (Wireless AP və Modemlərin konfiqurasiya olunması) və yaranan nasazlıqların aradan qaldırılması;
7. İT texniki dəstək işinin aparılması üçün tələb olunan bütün lisenziyaların etibarlığının yoxlanılması;
8. Əməkdaşlara iş prosesində müvafiq ofis proqramlarından istifadə etməkdə texniki yardım göstərilməsi.
Təhsil və ixtisas tələbləri: Ali təhsil (İnformasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsi);
Staja dair tələb: müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
Kompüter biliklərinə dair tələblər:
Proqramlaşma üzrə:
1. OOP biliyi;
2. PHP ilə iş təcrübəsi – OpenCart, Laravel, CodeIgniter, Yii 2, Web Framework (görülən işlər və iştirak olunan layihələr - portfolio);
3. Java Script / jQuery lib, JSON, Ajax, XML;
4. HTML5, CSS3, Bootstrap lib, W3C standards;
5. Təhlükəsiz kod yazma bacarığı;
6. Veb səhifələrinin təhlükəsizlik auditi (hazırlanmış veb səhifələr və tətbiqlərin SQL Injection, XSS, XXE, CSRF, Host Header Attacks və digər boşluqlar üzrə yoxlanılması);
7. MySQL məlumat bazası, SQL sorğu, funksiya və proseduralar üzrə təcrübə;
8. API- larla işləmə bacarığı (ArcGIS Online, Open Layers, Google maps, Sosial şəbəkə);
İT HelpDesk üzrə:
1. Windows 7/10 əməliyyat sistemlərinin quraşdırılması və sazlanması üzrə geniş biliklər və iş təcrübəsi;
2. MS Office 2013/16/19 məhsullarının quraşdırılması və problemlərinin aradan qaldırılmasını bilmək;
3. Kompüterlərin viruslardan təmizlənməsi, qorunması. Antivirus proqramlarının yazılması, konfiqurasiyası;
4. İtirilmiş və silinmiş faylların bərpası. Gündəlik məlumatların arxivləşdirilməsi;
5. Printer, skaner, proyektor və s. periferik qurğuların quraşdırılması və sazlanması;
6. Quraşdırılmış avadanlıqların drayverlərinin yazılması;
7. DVR, HVR və NVR nəzarət kameralarının, turniket sistemlərinin, access control, IP və analoq telefoniya sistemləri ilə işləmə bacarığı;
8. Any desk, Team Viewer, VNC, Radmin, Remote Desktop;
9. Lan, Wlan şəbəkənin çəkilməsi, konfiqurasiyası sazlanması;
10. Domainlərin, Hostingin alınması, Mail Serverin yaradılması;
11. Active directory üzrə baza biliklər, DNS, DHCP;
12. Cloud server barədə biliklər (MS Azure).
Dil bilikləri: azərbaycan - yüksək səviyyədə, ingilis dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);
Xüsusi bacarıqlar: Diqqət, ünsiyyət qurma bacarığı, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri