Məlumat verdiyimiz kimi, Tailandın Bangkok şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə "ITU Telecom World 2016” sərgisi-konfransı davam edir.
Bu gün sərginin 2-ci günüdür.
Xeberler.az-ın məlumatına görə, Elmir Vəlizadə sərgi-konfrans çərçivəsində bir sıra ölkələrin nazirləri və rəsmi şəxsləri ilə görüşlər keçirib.
Nazirlik rəsmisi BTİ-nin Baş Katibi Haoilun Zao və BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Brahima Sanu ilə görüşüb.Toplantıda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Həmçinin, gələn il Argentinada keçiriləcək Telekommunikasiyanın inkişafı ilə bağlı ümümdünya konfransında Azərbaycanın inkişafı ilə bağlı məsələlər də müzakirə olunub.
Bu gün Elmir Vəlizadənin Macarıstanın Xarici İşlər və Ticarət Naziri cənab İstvan Mikola ilə də görüşü olub. Görüşdə Azərbaycanla bu ölkə arasında İKT sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində danışıqlar aparılıb.
Bugünkü tədbirlər çərçivəsində Elmir Vəlizadənin "ITU Telecom World 2016" tədbirlərində iştirak edən Nazirlər toplantısında Azərbaycanda İKT-nin inkişafı ilə bağlı çıxışı gözlənilir.
Sərgi-konfransda müxtəlif forum və dəyirmi masalar çərçivəsində İKT sahəsindəki problemlər və çağırışlar ətrafında müzakirələr davam edir.
İKT sahəsində innovasiyaların sürətləndirilməsi üçün qlobal platforma rolunu oynayan "ITU Telecom World 2016" fəaliyyətini noyabrın 18-dək davam etdirəcək.
Tədbirə 128 ölkədən 25 000 ziyarətçinin qatılması gözlənilir. Sərgidə 30-dək milli pavilyon, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan pavilyonu təşkil edilib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri