Previous Next
Bağla
REKLAM YERİ

Kartınızda pul varsa, hədəfdəsiniz - Osman Gündüz

05-05-2025 17:53
Kartınızda pul varsa, hədəfdəsiniz - Osman Gündüz
"Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Hər gün - bəli, hər gün - vətəndaşların bank kartlarından 25-30 min manat civarında vəsait kiberdələduzluq yolu ilə oğurlanır. Bu rəqəmlər artıq adi statistikaya çevrilib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, Daxili İşlər Nazirliyi demək olar ki, hər gün bu barədə faktlarla dolu həyəcan siqnalı verir, lakin problem azalmır, əksinə dərinləşir. Açıq görünür ki, bu, artıq tək-tək hadisələr deyil, sistemli və kütləvi xarakterli cinayət dalğasıdır:
 
"Təəccüblənməmək mümkün deyil. Axı son 2-3 ildə ölkədə bu sahədə müsbət istiqamətdə ciddi addımlar atılıb. Yəni hər şey artma istiqamətində olub:
 
- Maarifləndirmə kampaniyaları güclənib,
- Kibermütəxəssislərin sayı xeyli artıb,
- İnfrastruktur müasirləşdirilib,
- DİN nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb, konkret müsbət nəticələr var ortada,
- Bu Baş İdarə ilə Banklar arasında real vəziyyətdə işləyən anti-fraud system qurulub və s.
 
Amma maraqlı və absurd olan budur ki, nəticə fərqli istiqamətdə inkişaf edir: kiber cinayətkarlıq artır, daha hədəfli və ağıllı formalar alır. Hər gün külli miqdarda talamalar var".
 
Osman Gündüzün sözlərinə görə, burada nəsə çatışmır – və çox güman ki, bu çatışmazlıq texnologiya deyil, insan amilidir:
 
"Artıq müşahidələrimə əsaslanaraq belə qənaətə gəlmişəm ki, bu fırıldaq sxemlərinin effektivliyi bankların müştəri məlumatlarının haradansa sızması ilə birbaşa bağlıdır. Sadəcə təsadüfi nömrələrə zəng vurulmur. Əksinə, dövriyyəsi olan, kartında pul olan "yağlı müştərilər" hədəf seçilir.
 
Bu isə bizə əsas verir ki, məlumat sızıntısı ehtimalını ciddi şəkildə araşdıraq. Əgər bu qədər kütləvi şəkildə, yüksək məbləğli və dəqiq hədəflərlə dələduzluqlar həyata keçirilirsə, bu artıq adi bir bank əməkdaşının fərdi bir müştəri məlumatını sızdırması -satışı ola bilməz.
 
Bu, yüksək səviyyədə məlumat bazasına çıxışı olan şəxslərin, bəlkə də sistemli şəkildə bu məlumatları fırıldaq şəbəkələrinə ötürməsi ilə bağlı ola bilər.
 
Bu məlumatlar həm banklardan, həm də mobil operatorlardan sızdırıla bilər, lakin ən çox ehtimal bank məlumat bazaları ilə bağlıdır".
 
Belə olan nə etməli?
 
Ekspert suala cavab olaraq bildirib ki, aşağıdakı xüsusiyyətlərə diqqət yetirilməlidir:
 
1. Fərdi məlumatların qorunması haqqında qanunvericilik təcili şəkildə sərtləşdirilməlidir.
2. Banklarda və mobil operatorlarda müştəri bazasına çıxışı olan bütün əməkdaşlar üzrə daxili audit və təhlükəsizlik yoxlamaları həyata keçirilməlidir.
3. Məsuliyyət yalnız istifadəçiyə yox, məlumatı qorumağa borclu olanlara da şamil edilməlidir və s.
 
Ekspert qeyd edibb ki, gər bu sahədə ciddi araşdırma və hüquqi mövqe ortaya qoyulmasa, kibercinayətkarlıq daha da sistemli xarakter alacaq:
 
"Hər gün açıqlanan statistikalarla yalnız vətəndaşlar yox, dövlətin rəqəmsal etimadı və maliyyə sabitliyi də zərbə altında qalacaq.
 
Belə davam edərsə vətəndaşlar kartlarında pul saxlamaq istəməyəcəklər. Bu dolayısı ilə nəğdsiz ödənişlərə, şəffaflığın zəifləməsinə, rəqəmsal transformasiyaya mənfi təsir göstərəcək.
 
Ümid edirəm təhlükəsizliyə cavabdeh olan əlaqədar qurumlar da baş verənlərin fərqindədir və ciddi tədbrilər görüləcək".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hər ay kartlardan 2 milyon manat talanır – Qanunvericilik dəyişməlidir

22-05-2025

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026

Bank Kartları niyə hədəfə çevrilir? -Gizli siyahılarla aparılan kiber “ov”

11-04-2025

Kibercinayətkarlığa kim cavabdehdir?

21-06-2019

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020

Eskpert: DİN bank kartları ilə bağlı kibercinayət statistikasını nə üçün dayandırıb?

11-09-2025

Ekspertdən xəbərdarlıq: Onlayn kredit sistemi təhlükəyə çevrilib

07-05-2025

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023

Ekspert: Kiberdələduzlar cinayəti bilərəkdən həftəsonuna salırlar

18-01-2025

DTX-in “darknet” əməliyyatı nəyi göstərdi? - Ekspert

14-07-2025

Bank kartları və onlayn kreditlərlə bağlı ən çox fırıldaqçılıq olan bankların adları açıqlanacaqmı?

24-07-2025

DGK və DSX generallarının görüşü nəticə veribmi?

03-07-2019

Azərbaycan yenidən internet kəsintisi ilə üzləşə bilərmi? - VİDEO

18-11-2015

Azərbaycanda elektron ticarət dövriyyəsi ümumi əməliyyatların 45 %-ni təşkil edir

16-05-2024

DİN kiber talamalarla bağlı vətəndaşlara növbəti dəfə çağırış edib

09-04-2025

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022

ETX: Yeni qanunvericilik vətəndaşların məlumatlarının təhlükəsizliyi daha da gücləndirəcək

09-10-2025

Ekspert: m10 hadisəsi fintex risklərinin idarə olunması ilə bağlı suallar yaradıb

13-02-2026

Nağdsız hesablaşmalar niyə inkişaf etmir?

01-08-2019

Ekspert: Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi kibertalamaların qarşısnı ala biləcəkmi?

21-08-2024

DİN: Ötən gün bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

14-06-2025

Delta Telekom-a edilən kiber hücum təsadüfdür, yoxsa ciddi xəbərdarlıq?

22-08-2025

“Avropa Oyunları zamanı İnternet və informasiya mübadiləsi proseslərini dörd qurum monitorinq edəcək”

23-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə