Artıq getdikcə həyatımızın hər sahəsi və az qala hər anında kompüter əsas yer tutur. Əlbəttə ki, bunun həyatımıza mənfi və ya müsbət təsirlərinin olub-olmaması da narahatlıq doğurmaqdadır. Bunun davamı kimi edilən araşdırmaların nəticəsində aydın olub ki, yazmanın zehni inkişaf və yaradıcılıq baxımından olduqca önəmi vardır.
Klaviatura asılılığının doğurduğu təhlükə xüsusən uşaqlar üçün daha təhlükəli olduğu aydın olub. Klaviaturaların daha çox istifadə edilməsi uşaqların daha az qələm istifadə etməsinə gətirib çıxarır. Alimlər araşdırmalar nəticəsində belə bir nəticə əldə etmişlər ki, klaviaturadan mütəmadi istifadə uşaqların beyinlərinin inkişafına mənfi təsir edir.
Alimlər bildirirlər ki, qələmlə yazmaq beyin inkişafına və yaradıcılıq qabiliyyətlərinin artmasına kömək edir. ABŞ universitetlərinin məktəbli uşaqlar arasında apardığı testlərdən belə aydın olub ki, kalviaturadan istifadə edən uşaqlar daha sürətli yazmalarına baxmayaraq, daha xüsusi fikirlər bildirmişlər.
Klaviaturadan istifadə edən uşaqların zehni problemləri əsasən Yaponiya və Çin uşaqları arasında yayqındır.
Mövzu ilə bağlı sualları cavablandıran psixoloq Azad İsazadə bildirdi ki, klaviatura və ya qələmlə yazmada prinsipial fərq görmür: "Klaviatura kompyuterdən də əvvəl yaranmışdı. Biz öz elmi məqalələrimizi yazı makinasında çap edirdik.
Makinada yazmağa öyrəşdiyimə görə elmi məqaləmi qələmlə yazmağı xoşlamırdım. İndi də mənə yazmaq lazım olanda, sözsüz ki, mən kompüterdən istifadə edirəm. Amma bəzi yazıçılar görmüşəm ki, onlar yaradıcılıqlarında qələmlə yazır. Ona görə ki, onlar başqa cür yaradıcılıqla məşğul ola bilmir. Bəzi yazıçılar da var ki, onlar ancaq kompyuterdən istifadə edir, qələmlə yazmağı xoşlamır. Yəni demək istəyirəm ki, bu, fərdidir." "Klaviatura və ya qələmlə yazma fikir ifadəsinə necə təsir edir?" sualına cavabında ekspert bildirdi ki, onun üçün bunun heç bir fərqi yoxdur: "Fikir ifadəsi baxımından fərq hiss etmirəm. Əgər mən bunu özümdə hiss etmirəmsə və mənə müraciət edən insanların arasında belə bir halla rastlaşmadığıma görə konkret fikir deyə bilmərəm. Mənim qənaətim budur ki, fikir ifadəsində klaviaturadan və ya qələmdən istifadə böyük fərq doğurmaz", - deyə bildirib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri