Virtual məkan genişləndikcə sosial şəbəkələrin də sayı artır. İstənilən şəbəkənin əsas istifadəçisi gənclərdir. “Gənclər Facebook-dan səmərəli yararlana bilirmi” mövzusunu Xeberler.az araşdırıb.
Milli Məclisin deputatı Fazil
Mustafa Xeberler.az-a bildirib ki, Facebook hər kəsin zövqünə, peşəsinə görə müəyyən
olunmuş məkandır, insanlar sosial şəbəkədən öz seçiminə görə istifadə etməlidir:
“Hər kəs informasiyanı özünün əqli mühakiməsinə görə qəbul edir. Gənclərin müəyyən
qismi Facebook-da əyləncə xarakterli paylaşımlar etməyə, vaxt öldürmək üçün məlumat,
şit zarafatlar paylaşmağa üstünlük verir. Facebook maşını idarəetməsinə bənzəyir.
Kimi avtoşluq, kimi özünü göstərmək,
kimi isə bir yerdən başqa yerə getmək üçün istifadə edir. Təqribən eyni yanaşma
burada da var. Yaxşı olar insanlar yeni texnologiyanın imkanlarından bilgi
qazanmaq üçün istifadə etsinlər. Bununla belə, əyləncə üçün istifadə edənlərin
sayı da az deyil”.
Media hüququ üzrə ekspert Ələsgər
Məmmədli Xeberler.az-a gənclərin müəyyən bir qisminin Facebook-u əyləncə və
kommunikasiya vasitəsi kimi istifadə etdiyini bildirib: “Amma sosial şəbəkə təkcə
kommunikasiya vasitəsi deyil, eyni zamanda ifadə azadlığı platformasıdır, burada
onlar başqasına zərər vermədən fikir ifadə edə və bir-biri ilə fikir mübadiləsi
apara bilərlər. İstifadəçi bu platformanı öz səviyyəsinə uyğun istifadə edir.
Əgər onun bilik, intellektual səviyyəsi maksimum dərəcədə deyilsə, şəbəkədən az
faydalanacaq, çat, kommunikasiya vasitəsi kimi istifadə edəcək”.
Ekspert bildirib ki, sosial şəbəkələrdən
daha effektiv istifadə üçün müəyyən təlim, kurslar keçirilsə daha yaxşı olar.
Gənclərin Facebook-dan nə məqsədlə
yaralanmasını aydınlaşdırmaq üçün Xeberler.az tələbələrə müraciət edib.
Bəyaz Məcidova, Azərbaycan Dövlət
İqtisad Universiteti
Sosial şəbəkədən işdən və dərsdən
sonra informasiya almaq üçün 1-2 saatlıq istifadə edirəm.
Faiq Kərimoğlu, Bakı Dövlət Universiteti
Mobildə olduğu üçün Facebook bütün
günü aktiv olur. Saatlarla internetdə oturmuram, günə 1 saat vaxt keçirirəm.
Birinci səbəb insanlarla virtual ünsiyyət qurmaqdırsa, ikincisi insanların
musiqi zövqünü kəşf etməkdir.
Aytəkin Poladova, Bakı Slavyan
Universiteti
Sosial şəbəkələrdən xəbərləri izləmək
və əlaqə saxlamaq üçün istifadə edirəm. Sadəcə lazım olanda daxil oluram,
saatlarla internetdə qalmıram.
Kamil Əmirli, Bakı Dövlət
Universiteti
Facebook-dan işlә bağlı olaraq әn
azı 3-4 saat istifadə edirəm. Bir neçə şirkətlə sosial media sahəsində əməkdaşlıq
etdiyim üçün bu 6-7 saata qədər artır. Işdən kənar isə lazım olan şәxslәrlә
әlaqә saxlamaq, mәlumat әldә etmәk, informasiya vә xәbәrlәri izlәmәk üçün
istifadә edirәm.
Nigar Səmədli, Bakı Dövlət
Universiteti
Sosial şəbəkələrdən daha çox tətil
vaxtı günə 4 saat istifadə edirəm, amma indi dərslərlə əlaqəli olaraq 1-2 saat
oluram. Səbəb isə öz fikirlərimi bölüşmək və işlərimlə əlaqəli paylaşımlar etməkdir.
Elnarə Salmanova, Bakı Dövlət
Universiteti
Sosial şəbəkələrdən yalnız axşam
yeni məlumatlar öyrənmək və qrup uşaqlarının paylaşdığı dərsləri izləmək üçün
istifadə edirəm. Günə toplam 4 saat internetdə oluram və bəzən maraqlı olan məlumatlar
paylaşıram.
Ülkər Eldarqızı, Bakı Slavyan
Universiteti
Gündə 3-4 saat dostlarımla əlaqə
saxlamaq və məni maraqlandıran insanların həyatından, ölkə gündəmindən xəbərdar
olmaq üçün istifadə edirəm.
Xəyalə Bünyətova, Bakı Dövlət
Universiteti
Son zamanlar Facebook sosial şəbəkəsinə
yalnız bildirim gəldikdə baxıram, bir də bəzən diqqətimi çəkən informasiya və
ya şəkil olduqda paylaşım edirəm.
Jalə Şahinqızı
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri