Previous Next
Bağla

Ekspert Dövlət Gömrük Komitəsindəki mövcud durumdan danışdı

03-10-2018 18:00
Ekspert Dövlət Gömrük Komitəsindəki mövcud durumdan danışdı

"Dövlət Gömrük Komitəsi bir xeyli jurnalistlərə bir həftə müddətində gömrük sisteminnin modernləşməsi ilə bağlı təlimlər təşkil etdi. Bundan sonra gözləntilər o olmalıydı ki, mediada gömrük sistemində şəffaflıq, problemlər və onların aradan qaldırılması yolları haqqında yazılar çoxalacaq. Hansı ki, Dövlət Gömrük Komitəsi  islahatlar apardığını elan edib və güman ki təlimdəki jurnalistlərə də bu məsələni diqqətdə saxlamağı xahiş edib. Bir - iki gün öncə mən bir gömrük məntəqəsindəki mövcud vəziyyətlə bağlı ictimai əhəmiytət kəsb edəcək məqamları özündə əks etdirən status paylaşdım.  Əslində bir neçə ay öncə də oradan bu formada bir açıqlama yazmışdım. İndiki halda bu məsələni qabartmağımda gözləntim DGK-dan yox, daha çox mediadan idi. Çünki, cəmi bir neçə gün öncə təlimdə xeyli bilgi əldə edən jurnalistlər üçün bunun göydəndüşmə olacağını, faydalı bir mənbə olacağını, geniş açıqlamalar və araşdırmalar olacağını düşünürdüm. Amma , qəribədir ki, xəbər saytlarının böyük əksəriyyəti həmin gömrük məntəqəsindəki vəziyytlə bağlı tutarlı faktlara əsaslanan yazıya diqqət yetirmədi. Əvəzində isə bu statusun sosial mediada paylaşımları oldu."

Bu sozləri  Xeberler.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söyləyib. Xeberler.az ekspertin şəxsi sosial hesabında paylaşdığı həmin statusu təqdim edir: 

 

 

Ekspert eyni zamanda problemin yazılanların aktuallığı və ya ictimai əhəmiyyət kəsb etməməsi ilə bağlı olmadığını vurğulayıb:

"Bəlkə, DGK-nın təliminidə yetərli biliklər əldə edə bilməyiblər ? Yoxsa problem daha dərindirmi ? Bəlkə, ümumiyyətlə KİV siyasətini müəyyən edənlər, Mətbuat Şurası dövlət qurumlarının media ilə bu tip addımlarını məhdudlaşdıran qadağalar müəyyən etməlidirlər. 
Bütün dövlət qurumları o dərəcədə səmimidirmi ki özünün fəaliyyətinə ictimai nəzarəti gerçəkləşdirməli olan jurnalistə zəruri olan bilgilərin hamısını versin ? Bunu müstəqil ekspertlərin, digər ixtisaslamış özəl qurumların etməsi daha faydalı olmazmı ? Mətbuat Şurasının, media qurumlarının özlərinin bu tip təlimlər təşkil etməsi daha doğru olmazdımı ?Digər tərəfdən də, görəsən müstəqil qurumların, vətəndaş cəmiyyətinin indiki anda belə resursları, imkanları varmı ki jurnalsitlərin peşəkarlığının artırılmasına dəstək versin. Görünən odur ki nəhəg resurslara , geniş imkanlara malik olan bəzi dövlət qurumları rəqabət imkanları məhdud olan media və vətəndaş cəmiyyətinə təsir imkanlarını saxlamaqda çox maraqlıdırlar."

Osman Gündüz son olaraq fikirlərini belə yekunlaşdırıb:

"Dövlət qurumlarının və dövlət məmurlarının resursları, yeni bilgilər almaq imkanları, dünyanın istənilən yerində təlimlərdə iştirak imkanları yetərincə güclüdür və güclənməkdə davam edir. Onlar üzərində ictimai nəzarəti gerçəkləşdirməli olan Vətəndaş cəmiyyəti və medianın belə imkanları zəidir. Reallıq budur ki bir tərəfdə zəifləməkdə olan media və vətəndaş cəmiyyəti, digər tərəfdə isə güclənməkdə olan dövlət qurumları. Zəif media və zəif vətəndaş cəmiyyəti isə bütöbvlükdə cəmiyyətin inkişafını əngəlləyən faktorlardır.  Düşünürəm ki, KİV siyasətinə cavabdeh olanlar, vətəndaş cəmiyyətinin və medianın inkişafını dəstəkləyən müvafiq dövlət qurumaları bunun fərqində olmalıdırlar."

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022

Ən axsaq yerimiz səhiyyə sistemidir

19-12-2020

“Yeni Media və yeni çağırışlar” mövzusunda Konfrans keçiriləcək

26-05-2014

Ekspert deputatları, siyasətçiləri, ictimai fəalları - Qınadı

04-04-2019

Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?

03-09-2019

Vətəndaş Cəmiyyəti və İnternet İdarəçiliyi məsələsi müzakirə edilib

09-11-2012

Ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün ciddi islahatlar aparılmalıdır

18-06-2020

Milli informasiya resursları ələ keçirilib

03-03-2023

Ekspert Elektron Məhkəmə sistemindən danışdı

01-05-2019

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019

Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

16-07-2019

Koronavirusun yaratdığı vəziyyətlə bağlı hökumət və vətəndaş münasibətləri yenidən qurulmalıdır

14-03-2020

“Dövlət internet mediaya dəstək verməlidir”

29-12-2014

Osman Gündüz: “Yeni Medianın inkişaf perspektivləri” mövzusunda Konfrans keçiriləcək

01-05-2014

“İnformasiya mühitini formalaşdıran yeni mediadır, dövlət dəstəyi alan qəzetlərdir”

01-10-2016

Ekspert Azərpoçta qarşı ittihamla bağlı açıqlama verdi

28-09-2018

Dövlət hansı saytlara maliyyə ayıracaq?

03-02-2016

Osman Gündüz: "Elektron imza populyarlaşacaqmı?"

02-05-2014

“Elektron hökumət layihəsi uğursuz oldu”

27-02-2013

Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

28-03-2018

Ekspert Prezident yanında İctimai Palatanın yaradılması haqqında danışdı

08-02-2019

Osman Gündüz: Azercell nə üçün gəlirlərini açıqlamadı?

03-03-2020

“İnternet və sosial media da vuruşurdu, sadəcə cəbhələr fərqli idi”

07-04-2016

Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

24-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə