Previous Next
Bağla

Ekspert: Elektron sənəd dövriyyəsi inkişaf edir, oflayn xərclər çoxalır

27-08-2019 17:11
Ekspert: Elektron sənəd dövriyyəsi inkişaf edir, oflayn xərclər çoxalır

Xeberler.az bildirir ki, son zamanlar ölkədə elektron hökumət quruculuğuna və bütün sahələrdə rəqəmsallaşmaya üstünlük verilir. Bununla bağlı ötən ilin mart ayında Prezident tərəfindən müvafiq fərman da qəbul edilib. Dövlət sektorunda elektron sənədləşmə, dövlət qurumları arasında elektron sənəd dövriyyəsi də xeyli inkişaf edib. 

Buradan nəticə çıxarmaq olar ki, dövlət sektorunda oflayn işlərə, dəftərxana və mətbəə işlərinə çəkilən xərclər azalmalıdır. Eyni zamanda insanların dövlət qurumlarına birbaşa müraciətləri və gözləmələri də azalmalıdır.

Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:

"Qısa bir araşdırma aparsaq görərik ki, eTender portalında əksinə, oflayn xərclər daha da artmaqdadır. Adicə dəftərxana, mətbəə adı altında büdcədən hər il toplam yüz minlərlə , milyonlarla manat vəsaitlər xərclənir.

Bir yandan rəqəmsallaşma , elektronlaşma üçün xərclər ayrılır və buna paralel də oflayn proseslər üçün xərclər azalmır. Xüsusilə də, səhiyyə, mədəniyyət sektorunda bu daha çox diqqət çəkir.

Yeri gəlmişkən, elektronlaşma həm də, poliklinikalarda, səhiyyə müəssisələrində əhalinin gözləmə məsələsinə də təsir etməliydi. Amma hələlik nəticə yetərli deyil, nə zaman getsən yüzlərlə insanlar hansısa xidmət əldə etmək, qəbula yazılmaq üçün, güzəştli-pulsuz dərman əldə etmək üçün, analiz cavabı almaq üçün gözləyirlər.
Həkim qəbuluna yazılmaq üçün, laborator nəticələr əldə etmək üçün elektron servislər yetərli deyil, bu sahədə mobil tətbiqlər çox zəif inkişaf edib.

Yaxşı olar ki, eGov Mərkəzi bu sahəyə diqqəti artırsın. Kifayət qədər əhəmiyyətli bir resurs olan MyGov Platformasında hələlik fərdi tibbi məlumatlar tapmaq mümkün deyil. myGov-da ümumiyyətlə Səhiyyə Nazirliyi ilə əlaqəli bölmə nəzərdə tutulmayıb. Nazirliyin də güman ki heç bundan xəbəri belə yoxdur. Nazirliyin özündə elektronlaşma, informasiya bazalarının eGov-a inteqrasiyası sahəsində işlər yaxşı deyil.

Səhiyyə Nazirliyinin qeydiyyatında olan, məhdud sayda, pulsuz dərmanla təmin olunan vətəndaşlar var. İndiyədək heç bu insanlar üçün adi bir SMS məlumatlandırma, elektron növbəlilik, dərmanların normal əldə olunması üçün bir sistem formalaşdıra bilməyiblər. Hər dəfə adlar qeyd olunan saralmış jurnallar, regionlardan gələn xəstə insanların uzun-uzadı növbələri , tez-tez dəyişilməsi tələb olunan kağz etibarnamələr və s. Hələlik Nazirlikdə bu xidmətin əldə ounması ilə bağlı situasiya bu formadadır".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Səhiyyə sistemi nə dərəcədə rəqəmsallaşıb ?

09-12-2019

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021

Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

14-01-2020

Avtomobillərin dövlət qeydiyyatına alınması elektronlaşacaqmı ?

19-07-2019

Ən axsaq yerimiz səhiyyə sistemidir

19-12-2020

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri vətəndaş qəbulunu necə həyata keçirməlidir?

08-07-2019

Ekspert açıq məlumat bazasından danışdı

19-06-2019

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018

Ekspert: "Mərkəzi Bankın adi bir rəqəmsal həll üçün milyonlar xərcləməsi yersizdir"

01-03-2021

DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

28-08-2019

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011

Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

09-07-2019

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021

Ekspert: "EHİM-in hazırladığı məlumat eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

11-01-2022

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023

“Həkim axtarışı” - yeni xidmət yaradılır

13-02-2015

Naxçıvanın dövlət qurumları Gov.az domenini niyə tətbiq etmir?

12-09-2019

Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

22-01-2020

Ekspert: Dövlət sektorunda paralelçilik və təkrarçılıq davam edir

26-08-2022

Ekspert Elektron Məhkəmə sistemindən danışdı

01-05-2019

Çökən 10 milyonluq sistemdən nə xəbər var ?

22-02-2020

Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

29-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə