Previous Next
Bağla

İnternet bir gün bütövlükdə çökə bilərmi?

26-03-2015 11:49
İnternet bir gün bütövlükdə çökə bilərmi?

Londonun şərqindəki Doklar bölgəsində ətrafı metal hasarla qorunan , pəncərəsiz dörd divarı təhlükəsizlik kameraları ilə əhatəli beton bina var. Heç bir məlumat lövhəsi binanın üzərində yoxdur. Qarşısından gəlib keçənlər bu binanın nə olduğunu bilmir. Amma "Linx" ya da London Internet Exchange adı verilən bu bina dünyanın ən böyük internet trafik mərkəzlərindən biridir. Buradan hər gün saniyədə iki terabayt (2000 qeqabayt) məlumat bazası köçürülür.

Dünyada fərqli regionlarda əhatə edilmiş 30 belə böyük internet mərkəzləri var və hamısı bir-birinə bağlanmış bir şəbəkə meydana gətirir. Elektrik kəsilməsi ya da zəlzələ kimi səbəblərlə birində meydana gələcək bir ziyan internet trafikini kəsə bilər. Bu kəsintilər əksəriyyətlə regional olaraq hiss edilir.

Lakin belə fəlakət ssenariləri asan bir şəkildə olmaz. Güclü qoruma altındadırlar.

Bəs görəsən, bu stansiyalar arasındakı əlaqəni qoparmaq asandır?

Dünyanın ətrafı minlərlə km kabellə əhatəlidir. Çoxu müdafiəsiz bir halda dənizin dibində yatır. Bəzən zəlzələ ya da gəmilər bu kabelləri qopara bilər. 2008-ci ildə Misir də daxil olmaqla bəzi ölkələrə təsir göstərən  intenet fasiləsi belə bir kabel qopması nəticəsində meydana gəlmişdi.

Ancaq bu əlaqələr bütünlüklə olaraq olduqca dayanıqlıdır. Buna görə qəzalar sistemin çökməsinə səbəb olmur. Yəni aradakı əlaqəyə çox da bağlı qalmadan iki-üç nöqtə arasında əlaqə qurmaq mümkündür. Kabelləri kəsməklə əlaqə şəbəkəsi üzərindəki təsiri məhdud qalır. Məsələn, Suriyada əlaqəyə maneə törətmək üçün bəzi bölgələrin əlaqəsi kəsildiyində Google kimi xarici internet saytlarına giriş mümkün olmasa da daxili şəbəkələr arası əlaqə davam edir.

Lakin internetin trafikinin istiqamətini dəyişdirmə də maneə törədə bilər. DDoS (Disturbed Denial of Service) hücumu bu üsullardan biridir. Qəsdlə olaraq həddindən artıq bir trafik yüklənməsi ola bilər. Gedərək yayılan bu hücumlara qarşı CloudFlare və bənzəri şəbəkələr bu zərərli trafiki dağıtma yolu ilə müştərilərini qorumağı hədəfləyir. Lakin mütəxəssislər bu hücumların çox asanlaşdığını, hətta bəzən rəqib şirkətlərin bir-birinə qarşı bu üsula müraciət etdiyini söyləyir.

Bir digər təhlükə isə BGP (Border Gateway Protocol) olaraq ifadə edilən Sərhəd Keçid Protokolunun ələ keçirilməsidi. Bu milyonlarla mini paket trafikini istiqamətləndirən bir sistemdir. Bunların istiqaməti internet piratları tərəfindən yönləndirilərsə yol fərqli ünvanlara sürüşə bilər, beləcə məsələn kəşfiyyat təşkilatlarından asanlıqla məlumat toplamaq olar. Trafikin internet infrastrukturunun zəif olduğu bölgələrə istiqamətləndirilməsi yoluyla da sistemin çökməsi ifadə edilir. Pakistanda YouTube ilə əlaqədar bənzər bir təcrübə yaşanmışdı.

Bu cür problemlər fasilələrə səbəb olmuşsa da interneti tamamilə çökdürən bir hadisəyə indiyə qədər rast gəlinməyib. Lakin bu belə bir ehtimala qarşı tədbir alınmaması mənasına da gəlmir.

Massachusetts Texnologiya İnstitutundan (MIT) Professor Vincent Chan bütün interneti çökdürmək üçün edilə biləcək böyük bir hücumun mümkün olduğunu deyir. İnternet infrastrukturuna fiziki bir hücumun qalıcı təsiri olmayacağını, 1000 ədəd dövrənin birində baş verəcək bir qəzanın bütün sistemi çökdürməyəcəyini ifadə edən Chan, bu dövrələrin hamısına təsir edəcək bir program yaradılmasına diqqət çəkir. Ayrıca bəzi üsulların sadə şəkildə tapılmayacağını bildirən Chan, təhlükəsizlik tədbirləri çox olmayan bölgələrdəki qovşaq nöqtələrində elektron və fiber optik kabellər arasında qoyulacaq qara qutularla qarşısını almağı ifadə edir.

Hazırda banklar, ticarət, hökumət sistemləri, fərdi ünsiyyət, cihazlar tamamilə internetə bağlı işləyir. İnternet çökdüyündə problem olacağı açıqdır. Lakin bu problemin xüsusiyyətini və ziyanını bilmirik.

Daha əvvəl əhatəli bir çökmə olmadığından bu mövzudakı təhlükə də kifayət qədər diqqət çəkmir. A planı gözəl işlərkən kimsə B planını düşünmək istəmir. İnternetə bağlılığımız günü-gündən artdığı üçün onsuz həyatı kimsə xəyal etmək belə istəmir. Ancaq bu vəziyyət bir gün böyük peşmanlıqlara səbəb ola bilər.

                                                                                      Ağasəf Haqverdiyev

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

KATV1 rekord sayda yüklənmə qeydə alınıb

10-07-2020

Ekspert: Rusiyada internetin bağlanması Azərbaycana da təsir edəcək

13-03-2022

Windows sistemində yeni təhlükəsizlik açığı tapıldı

15-04-2015

VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

28-09-2020

VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

28-09-2020

İnternet 2023-cü ildə çökə bilər

05-05-2015

Nazirlik DDoS hücumlarından müdafiəni gücləndirməyi təklif edir

21-01-2016

Ağıllı telefonlar vasitəsilə hökümətlərin öz vətəndaşlarını total şəkildə izləməsi mümkündürmü?

06-03-2019

İstixana qazları internetin sürətinin azalmasına səbəb olacaq

12-03-2025

İnternetin taleyi necə olacaq?

29-06-2009

Rusiya qlobal internetdən ayrılmaq istəyir

12-04-2019

Samsung-un peyk layihəsi

18-08-2015

Sosial şəbəkələr həmişəlik çökərsə, nə baş verər...

08-07-2019

Youtube-da videolar niyə donur?

18-07-2019

Elm bu hadisəyə qiymət verməkdə acizdir

21-09-2009

Süni intellektə emosional bağlılıq insanlar arasında əlaqəni məhv edir

14-04-2025

Yerli qəzetlər və xəbər portalları niyə haker hücumu qarşısında acizdir?

02-12-2009

2010-cu ildə internetdə yer qalmayacaq

13-12-2008

Kaspersky: İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

30-04-2022

Texnologiyalar qəzaların sayını azaldacaq

20-05-2015

Azərbaycanı internetsiz qoyan Amerika olub ?

30-08-2019

WhatsApp-ın zəng funksiyası qismən bərpa olunub

17-11-2015

"Baktelekom"un elektron ödəniş sistemlərində yaranan problem nədən qaynaqlanır?

08-04-2025

Evdaxili Wi-Fi şəbəkəsini qonşulardan necə qorumalı

28-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə