“Kaspersky Lab” yeni bir sahədə - kiber idmanda fəaliyyətə başlayır. Şirkət kiber idman turnirlərinin təşkilatçıları və onlayn oyunların istehsalçıları üçün “Kaspersky Anti-Cheat” həllini təqdim edib.
Bulud texnologiyasına əsaslanan yeni məhsul real vaxt rejimində aldatma və fırıldaqçılığı təyin etməyə, eləcə də turnir hakimlərinə avtomatik hesabatlar göndərməyə imkan verir. Yeni həllin təqdimatı “The StarLadder Berlin Major 2019” kiber idman turniri çərçivəsində baş tutub.
Kiber idmançılar oyun zamanı tez-tez fırıldaqla üzləşir. Məsələn, “Irdeto” şirkətinin araşdırmalarının nəticələrinə görə, oyunçuların yalnız 12%-i oyun zamanı rəqiblərinin haqsız üstünlüyü ilə qarşılaşmayıblar, lakin hər üç oyunçudan biri aldatdığını etiraf edib.
Xeberler.az bildirir ki, qaydaların pozulması və oyunların ədalətsiz aparılması peşəkar oyunçuların turnirlərdə iştirak etməsinə mane olmaqla və yarışların nüfuzuna mənfi təsir göstərməklə yanaşı, həm də iştirakçıların və tərəfdaşların sayının azalmasına da səbəb olur. “Kaspersky Lab”ın yeni həlli bu riskləri minimuma endirir.
“Kaspersky Anti-Cheat” APİ vasitəsilə istənilən kiber idman platformasına inteqrasiya olunur. Turnir başlamazdan əvvəl hər bir oyunçunun kompüterinə həll quraşdırılır. Oyuna start verilən kimi “Kaspersky Anti-Cheat” baş verən bütün hadisələr haqqında məlumatları toplamağa başlayır və şübhəli davranışı təhlil etmək üçün buludlara göndərir. Öz növbəsində, turnir hakimi aşkar edilmiş fırıldaqçılıq barədə məlumatı real vaxt rejimində veb-interfeys vasitəsilə alır.
Beləliklə, “Kaspersky Anti-Cheat” fırıldaqçılığa dair texniki sübutlar təqdim edir, lakin son qərarı hakimin ixtiyarına buraxaraq, oyunçunun hərəkətlərinə təsir göstərmir. Belə ki, “Kaspersky Lab” həlli üçün istifadəçi təcrübəsi mütləq
prioritetdir, buna görə “Kaspersky Anti-Cheat” oyun prosesinə heç bir təsir göstərmir və trafikin yüklənməməsini təmin edir.
Turnirlər zamanı qabiliyyətini və peşəkarlığını göstərmək istəyən oyunçular üçün ədalətli oyun çox vacibdir. “CS:GO”, “PUBG” və ya “DOTA 2” kimi populyar oyunlar fırıldaqçılarla dolu olduqda, vicdanlı oyunçular ya oyunu dayandırır və ya tamamilə tərk edirlər. Beləliklə,
bizim həllimiz turnir təşkilatçılarına oyun cəmiyyətində tarazlığı qorumağa və iştirakçıların
irəliləməsini izləməyə imkan verəcək. Kiber idman sahəsində fırıldaqçılıqla mübarizə
aparmaq qərarını verərək, 20 illik təcrübəmizi və kiber təhdidlərə qarşı mübarizə
sahəsində toplanmış biliklərimizi bizim üçün yeni olan sahəyə gətiririk, - bunu “Kaspersky Anti-Cheat” layihəsinin rəhbəri Anton Selixov bildirib.
“The StarLadder Berlin Major 2019” turniri çərçivəsində “Kaspersky Lab” kiberidman
meydanı olan “StarLadder” ilə ilk ticarət sövdələşməsini elan etdi. Şirkət kiber idman turnirlərinin təşkilatçılarına ədalətli oyunlar keçirməyə, idmançılara və tamaşaçılara isə bütün döyüşlərin qaydalara uyğun aparıldığına güvənverən həllər və servislər təqdim edəcək.
Bəzi oyunçular yarışlarda pul, mükafat qazanmaq və ya turnirlərə vəsiqə əldə etmək üçün fırıldaqçılığa əl atır. Bu artan tendensiya kiber idmana inamı və onlayn oyunların populyarlığını azaldır. “Kaspersky Anti-Cheat” bizə oyun sektorunda “Kaspersky Lab”-ın ən yaxşı təcrübələrindən istifadə etməyə imkan verəcək. Turnirlərimizdə yeni həlli sınaqdan keçirəcəyik və oyunçuların haqsız üsullara nə qədər müraciət etdiklərini yoxlayacağıq. Əminik ki, bu cür qoruma ilə “StarLadder” platforması daha çox oyunçu cəlb edə və bütün oyun ictimaiyyətini sağlamlaşdıra biləcək, - bunu “StarLadder” şirkətinin inkişaf üzrə direktoru Aleksandr Çeqrinets deyib.
“Kaspersky Anti-Cheat” startapı “Kaspersky Lab” şirkətinin investisiya və innovasiya mərkəzinin rezidentidir. Artıq həlli həm oyun istehsalçıları, həm də kiber idman turnirlərinin təşkilatçıları əldə edə bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri