“Lenovo data mərkəzləri üçün təchizatçı kimi etibar qazanmağa çalışır”

24-05-2022 / 23:51

Təşkilatların texnologiya ehtiyaclarının sürətlə dəyişməsi nəzərə alınmaqla Lenovo öz işinə və sifarişçilərin aparıcı problemlərinin həllinə yanaşmanı yenidən müəyyənləşdirir. 3S strategiyasını (Smart IoT, Smart Infrastructure, Smart Solutions) həyata keçirən Lenovo, istehlakçı elektronikasından xidmətlərin əsas gəlir mənbəyinə çevirməyə doğru irəliləyir. “TruScale” brendini infrastruktur xidmətlərinin hüdudlarından kənara çıxaran şirkət, hər hansı bir xidməti vahid müqavilə strukturu vasitəsilə əlçatan edən həqiqətən qlobal həlli təmin etmək üçün təkliflərini bir çətir altında bir xidmət kimi birləşdirir. Sifarişçilər bir həllə, bir satıcıya, bir müqavilə sisteminə və xidmət olan hər şey üçün bir məsuliyyət nöqtəsinə arxalana bilərlər. Yuxarıda qeyd olunan fonda, 2022-ci maliyyə ilinin son rübündə Lenovo qrupu 20 milyard dollarlıq rekord rüblük gəlir əldə etdi və 2014-cü ildə IBM-in x86 server biznesini əldə etdikdən sonra ilk dəfə infrastruktur həlləri qrupunun biznesində rentabelliyə nail oldu.

Xeberler.az bildirir ki, “Lenovo Global Technology Azerbaijan” şirkətinin direktoru, Lenovo-nun MDB ölkələrində infrastruktur həlləri qrupunun rəhbəri Rasim Baxşı Infocity-ə müsahibəsində ilkin biznes modellərinin və xidmətlərin satışına yanaşmanın necə dəyişdiyindən danışır.

“Gartner şirkəti son iki il ərzində “25 Ən Yaxşı Dünya Təchizat Zəncirləri” hesabatlarında Lenovo-nu pandemiya zamanı davamlılıq və dayanıqlıq nümayiş etdirə bilən bir neçə şirkətdən biri kimi qeyd edir. Bu yaxınlarda logistika zəncirlərini pozan çətinliklərin öhdəsindən gəlməyə hansı amillər kömək etdi?

— COVID-19 pandemiyası mövcud proseslərə ciddi dəyişikliklər gətirdi və logistika da istisna olmadı. Biz öz istehsalımızı inkişaf etdirdiyimiz üçün çatdırılmada gecikmələr ilə bağlı bir çox problemləri minimuma endirə bildik. Şirkətin fabrikləri ABŞ, Meksika, Braziliya və Çində fəaliyyət göstərir və indi Macarıstanda daha bir zavod istifadəyə veriləcək, burada Lenovo-nun korporativ səviyyəli məhsulları, o cümlədən x86 serverləri, MSS, şəbəkə cihazları və məlumat mərkəzləri üçün digər məhsullar istehsal olunur. Biz tərəfdaşlarımızı mütləq bu zavodun açılışına dəvət edəcəyik. Beləliklə, öz istehsalı və komponentlərin təchizatçıları ilə optimallaşdırılmış iş sayəsində şirkət logistik problemlərin öhdəsindən inamla gəldi. Biz kompleks istehsalla yeganə məlumatların işlənməsi mərkəzinin təchizatçısıyıq və dünyada heç kimin malik olmadığı səviyyədə təhlükəsizlik və davamlılıq təmin etmək üçün istehsal etdiyimiz hər şey üçün tam bir təchizat zəncirinə sahibik. Həmçinin, həllərimizin kifayət qədər geniş portfeli də konfiqurasiyaları dəyişdirmək və optimallaşdırmaqla sifarişçilərə dərhal yükləyərək göndərmə üçün mövcud avadanlıq təklif etməyə imkan verən vəziyyətin öhdəsindən gəlməyə kömək etdi. Təbii ki, bəzi hallarda müəyyən sifarişlər üzrə prioritet təyin etməklə prosesləri əl ilə idarə etmək lazım gəlirdi. Bütün belə hallar reakizə olunan layihələrin icra müddətinə müsbət təsir göstərmişdi.

— Bu gün regionumuzda şirkətin biznesi necə inkişaf edir?

— Pandemiyanın başlamasına bir neçə ay qalmış, 2019-cu ilin oktyabr ayında “Lenovo Global Technology Azerbaijan” MMC Azərbaycanda dövlət qeydiyyatından keçdi və biz bu şirkətin ştatlı işçisi olduq. Bu addım Lenovo-nun Azərbaycandakı mövqelərini gücləndirməkdə ciddi maraqlı olduğunu bir daha vurğulayır. Bundan əlavə, “Lenovo Global Technology Azerbaijan” şirkətin Şərqi Avropa və Mərkəzi Asiyada həyata keçirdiyi əməli fəaliyyət baxımından bir növ özünəməxsus logistika mərkəzinə çevrildi. Bu gün bir çox xarici şirkətlər bizə baxır, belə dinamik inkişaf edən bazara daxil olmaq üçün bu təcrübədən nümunə götürməyə çalışırlar. Və bu şərtlər altında, şiddətli rəqabət olmadığı təqdirdə şirkətlərin əlavə imkanları yaranır, çünki görürəm ki, son illərdə biz bazar payımızı əhəmiyyətli dərəcədə artırmağa davam etmişik. Əsas problem rəqabət deyil - biz bunun öhdəsindən asanlıqla gələ bilərik, ancaq əsas problem daxili resursların olmamasıdır. Bir tərəfdən, biz şirkətin sərmayə qoyduğu bir bazarıq, digər tərəfdən, bazar artım templəri hətta əməkdaşların işə götürülmə və mütəxəssislərin hazırlanması üzrə imkanlarımızı üstələyir. İndi Azərbaycanda inkişaf edən komandamız var, Qazaxıstan və Özbəkistanda yeni işçiləri işə götürmək planlarımız var, lakin əsas çətinliklər təcrübəli və ixtisaslı mütəxəssislərin axtarışı ilə bağlıdır.

— Bir çox inteqratorlar sifarişçilərin İT komandalarının peşəkarlığının ciddi şəkildə artdığını qeyd edirlər. Bu, bazarın inkişafının əlavə sübutudurmu?

— Əlbəttə, sifarişçilərin tərəfində olan bu proseslər də bizə irəli getməyə kömək edir. Əvvəllər bazarın inkişaf etməməsi səbəbindən şirkətimizin elementar təqdimatına, tətbiqetmə təcrübəsi haqqında hekayələrə və məhsul təqdimatlarına vaxt sərf etməli olurduq. İndi buna ehtiyac yoxdur, çünki sifarişçilərin tərəfində olan mütəxəssislərin müxtəlif forum və sərgilərdə, konfrans və seminarlarda iştirakı sayəsində bilik səviyyəsi xeyli artıb. Lenovo şirkətinin necə olduğunu yaxşı bildikləri üçün artıq bizə xüsusi sorğularla müraciət edirlər . Bu gün qarşımızda başqa bir vəzifə dayanır - servis xidmətlərimizin səviyyəsini, xidmət mərkəzlərinin əhatə dairəsini və satışdan sonrakı xidmətlə bağlı hər şeyi göstərmək. Bir çox sifarişçilər investisiyanın geri qaytarılmasının nə olduğunu yaxşı bilirlər, onlar ənənəvi infrastruktur bazasında xüsusi buludların tətbiqi ilə ictimai və ya hibrid buludların istifadəsi arasındakı fərqi başa düşür, kibertəhlükəsizlik sahəsində mümkün təhlükələri görürlər və s. Təşkilatın İT infrastrukturunun quruluşuna yanaşma dəyişdi və daha da yetkinləşdi. İnsanlar bizə bir sıra reqlament olunan vəzifələri əhatə etməyə imkan verən müəyyən həllərin həyata keçirilməsi üçün sorğularla müraciət edirlər. Layihənin audit və konsaltinq hissəsi əhəmiyyət kəsb etməyə başlayır.

Biz bir çox proqram tərtibatçıları ilə çox sıx əməkdaşlıq edirik. Məsələn, infrastrukturumuzun bazasına əsaslanan həllərdən istifadə edən Avropadakı ən böyük sifarişçimiz olmaqla yanaşı, həm də bir sıra birgə layihələrdə iştirak edən SAP şirkəti ilə. Partnyorlarımızın siyahısına həmçinin avadanlığımızda öz məlumat mərkəzlərini quran və Microsoft Azure bulud xidməti provayderi əsasında regionda ilk həllini həyata keçirdiyimiz Microsoft şitkəti də var. 5 ildən artıqdır ki, Nutanix ilə demək olar ki, eksklüziv əməkdaşlığımız davam edir və bu, uğurla realizə olunmuş onlarla layihələrlə təsdiqlənir. Həmçinin, mən siyahıları çox uzun uzadı davam etdirə biləcəyim VMware, Red Hat, Veeam və başqalarını qeyd etməyə bilmirəm. Belə qarşılıqlı əlaqə bizə onların ekspertiza və səlahiyyətlərindəən istənilən mürəkkəblikdə olan layihələri həyata keçirmək üçün istifadə etməyə imkan verir. Texnologiyamız və təcrübəmiz ağıllı pərakəndə satış, ağıllı istehsal, ağıllı şəhərlər, ağıllı səhiyyə, ağıllı maliyyə və s. üçün məlumat mərkəzlərinin əsasını təşkil edir. Periferiya və bulud hesablamaları, analitika və süni intellekt və bir xidmət kimi infrastruktur hesanına TruScale vasitəsilə biz hamı üçün daha ağıllı texnologiya təqdim edirik.

— Sifarişçiləriniz arasında hiperkonvergentlik və xüsusi bulud mövzularına münasibət dəyişirmi?

- Hiperkonvergensiyaya gəlincə, bu trend sadəcə olaraq buludlarda xidmət göstərmək üçün infrastrukturun qurulmasına çevrilir. Bu sahədə müəyyən dəyişikliklər ciddi şəkildə artan aparat imkanları ilə əlaqələndirilir. Növbəti bir neçə il ərzində həm prosessor nüvələrinin sayı, həm də operativ yaddaşın həcmi, toplayıcıların sayı və tutumu, enerji təchizatının gücü baxımından tipik tapşırıqları yerinə yetirmək üçün serverlərin hesablama imkanlarının dəfələrlə artması proqnozlaşdırılır, PCI – şinlərin genişləndirilməsi imkanları və s. Kiçik şirkətlər üçün belə resurslar artıqlıq təşkil edir və onlar bulud xidmətlərindən istifadə etməyə üstünlük verirlər, böyük şirkətlər isə özəl korporativ buludların qurulmasına keçirlər. Bu, iqtisadi baxımdan sərfəlidir. Qabaqcıl misal kimi MDB-də ən böyük sifarişçimiz olan Azərbaycan Respublikasının Mərkəzi Bankını göstərmək istərdim. Lenovo və Nutanix-in hiperkonverged platformasına əsaslanan ilk həll 2017-ci ildə bulud infrastrukturuna çevrildi və növbəti beş il ərzində böyüdü.

Və bu nümunə bizim son illər ərzində eyni məsələlərin icrasına yanaşmalarını dəfələrlə dəyişən rəqiblərimizdən fərqimizdir. Biz isə təklif olunan həllər portfelini genişləndirdik. Məsələn, o, saxlama bazarında lider olan NetApp ilə OEM - tərəfdaşlığı vasitəsilə genişləndirildi. Biz həmçinin SAP HANA kimi şirkətin həlləri üçün konfiqurasiya edilmiş və sertifikatlaşdırılmış xüsusi serverlər şəklində bazara hazır həllər təqdim edərək, SAP kimi proqram təminatı tərtibatçıları ilə qarşılıqlı əlaqəyə diqqət yetirmişik. Bu günə qədər bütün dünyada Lenovo əsasında 12 mindən çox SAP HANA sistemi təchiz olunub. Bu platformalar SAP tətbiqləri üzrə məhsuldarlıq sahəsində dünya rekordlarına malikdir. Yeri gəlmişkən, biz bu yaxınlarda Azərbaycanda yerləşən və dünyanın ən məşhur tütün brendlərinin aparıcı istehsalçısı olan Tabaterra şirkətində oxşar həll tətbiq etdik. 1600-dən çox işçisi olan Tabaterra üçün layihə mövcud ERP həllini Lenovo ThinkSystem SR590, SR630 və SR650 serverlərində ikinci nəsil Intel Xeon Scalable prosessorları və ThinkSystem DE4000H hibrid kütləvi məlumat saxlama ilə yerləşdirilmiş SAP HANA-ya köçürülməsi həyata keçirilib. Nutanix üçün biz son illərdə Azərbaycan, Özbəkistan, Qazaxıstan və Gürcüstanda bir sıra uğurlu layihələrlə bu gün regionda ən böyük OEM tərəfdaşı olaraq qalırıq. Məsələn, Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün Banklararası Kart Mərkəzində daha bir layihə həyata keçirildi ki, bu da onların Lenovo və Nutanix məhsulları əsasında xüsusi bulud həllinin inkişafına çevrildi. Nutanix ilə biz Qərbi Qazaxıstan vilayətinin Səhiyyə Departamentində, Özbəkistanda Hamkorbankda və regiondakı bir sıra digər təşkilatlarda eyni dərəcədə uğurlu layihələri tamamladıq.

— Lenovo inkişafa və innovasiyaya sərmayəni 2021-ci ildəki ilkin 4,35 milyard dollardan 2024-cü ilə qədər 8,7 milyard dollara çatdırmağı planlaşdırır. Şirkət bu gün bu istiqamətdə sifarişçilərə nə təklif etməyə hazırdır?

— Biz süni intellekt texnologiyalarına çox diqqət yetiririk. İndi şirkətdə Süni İntellekt və Yüksək Performanslı Hesablamalar üçün dörd İnnovasiya Mərkəzi var. Bundan əlavə, biz Top500 Superkompüterlər siyahısında birinci yeri tutaraq, dünyanın ən sürətli superkompüterlərinin qlobal siyahısında geniş fərqlə üstünlük təşkil etməyə davam edirik. Bu siyahıdakı Lenovo sistemləri dünyanın 17 ölkəsindədir və hər üçüncü superkompüter Lenovo tərəfindən istehsal olunur. ITIC-in “ITIC 2021 Qlobal Server Etibarlılığı Hesabatı”na əsasən, Lenovo ThinkSystem serverləri yeddi il ərzində etibarlılığa görə 1-ci yerdədir. Biz həm də bu serverlər üçün maye soyutma üzrə liderik. 2021-ci ilin sonunda Lenovo, NVIDIA qeafik prosessorlarıəsasında hesablama məsələlərini həll edən “HPC/AI hesablama” məhsullarının yüksək məhsuldarlığa malik yenilənmiş xəttini elan etdi. Yeri gəlmişkən, Azərbaycanda artıq bu cür həllərlə maraqlanan sifarişçilər peyda olur və onlar bunu Big Data analitikası və süni intellektlə bağlı məsələlərdə tətbiq etməyə hazırdırlar. Keyfiyyətli artım üçün biz eyni vaxtda bir neçə həll yolu inkişaf etdiririk, o cümlədən hipermiqyaslı hesablama ( hər 10 sifarışçidən 6-sı bu Lenovo həllərini seçir - red. ) və proqram təminatı ilə müəyyən edilmiş infrastruktur və 2017-ci ildə təqdim edilən hiperkonverged infrastruktur üçün “ThinkAgile” sistemlərinin satışı sistemli olaraq artmaqda davam edir. .

“Edge Computing” sinfinə aid olan yeni innovativ məhsullarımız da var ( edge computing - red. ). “Edge” infrastrukturu korporativ şəbəkənin kənarında hesablamaları əhatə edir - məhz orada ən çox əməliyyatlar həyata keçirilir və Edge Computing-də süni intellektin olması hesablama çəbəkələrinin düzgün yerə doğru köçürülməsini təmin edir. Bunun sayəsində real vaxt rejimində hərəkətləri avtomatlaşdırmaq mümkün oldu ki, bu da avtomatlaşdırmanın tətbiq edildiyi bütün prosesləri əhəmiyyətli dərəcədə sürətləndirir və məhsuldarlığı artırır. Bu proseslərdə insanın iştirakı minimaldır və əksər hallarda bu, heç də məcburi deyil. Bütün bunlar biznesin genişlənməsi üçün ideal şərait yaradır. Əsas işi süni intellekt görür və prosesin iştirakçıları yalnız onun hərəkətlərinə nəzarət edir və lazım gəldikdə düzəldirlər. “Edge Computing” işinin gözəl nümunəsi Barselonadır, burada bu yanaşma Ağıllı Şəhər konsepsiyasının hazırlanmasında istifadə olunur. Bu, işğaldan azad edilmiş Qarabağda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqinə başlanılan vaxtda Azərbaycanda da aktual olacaq. Lenovo-nun fəaliyyətinin bütün sahələri məlumat mərkəzləri üçün infrastruktur həlləri təminatçısı kimi şirkətin müstəsna etimadı qazanmaq istəyindən danışır. Məqsədimiz infrastruktur həlləri, hesablama və xidmətlərlə bağlı hər şeydə №1 tərəfdaş olmaqdır!

— Şirkətdə distribyutorlar, tərəfdaşlar və sifarişçilər üçün hansı dəstək proqramları fəaliyyət göstərir?

— Lenovo bu yaxınlarda Lenovo 360 adlı yeni qlobal satış tərəfdaşı proqramını işə saldı. Şirkətin tərəfdaşları ilə birgə işlənib hazırlanaraq, insanlar, proqram təminatı və alətlər kimi əsas elementləri özündə birləşdirir. Konsepsiya qlobal satış və paylama komandalarının formalaşdırılmasına standartlaşdırılmış yanaşmanı, biznes proseslərinin səmərəliliyini, işçilərin məhsuldarlığını, infrastrukturun çevikliyini və biznesin davamlılığını artırmaq üçün alətlərdən istifadəni; eləcə də fərdiləşdirilmiş sənaye həlləri nəzərdə tutur. Lenovo bu il aprelin 1-dən etibarən vahid platforma bazasında, partnyorlara geniş məhsul portfelinə, infrastruktur həllərinə və xidmətlərə çıxış təmin etməyə başlayıb ki, bu da biznes tərəfdaşlarının və son sifarişçilərin tələbatlarının emalına və ödənilməsinə kompleks yanaşmaya imkan verir. Bu proqram çərçivəsində biz həmçinin texniki dəstək mühəndislərinin heyətini əhəmiyyətli dərəcədə artırmağı və bütün məhsul xətlərini birgə tanıtmaq üçün tərəfdaşlar üçün yeni həvəsləndirici proqramlar işə salmağı planlaşdırırıq. Sadə dillə desək, Lenovo 360 o deməkdir ki, bizim bir ofisimiz, bir böyük ailəmiz və bütün tərəfdaşların və sifarişçilərin istifadə edə biləcəyi böyük bir komandamız var.

Pandemiya zamanı yaranmış vəziyyətlə əlaqədar olaraq, mümkün qədər tərəfdaşları dəstəkləməyə çalışdıq, ona görə də lazım gəldikcə, tərəfdaş proqramlarının şərtlərini dərhal dəyişdirdik. Bu, karantin məhdudiyyətləri və müvafiq olaraq, nəticədə biznes problemləri ilə əlaqəli olan böhran zamanı büdcələrinə qənaət etməyə çalışan sifarişçilərə də şamil edildi. Bu, əsasən, planlaşdırıldığı kimi həyata keçirilməli olan texniki təminat məsələlərində öz əksini tapıb. Biz sifarişçilərimizi tərk etmədik və çevik olmağa çalışdıq, çünki avadanlıqlara vaxtında texniki qulluq informasiya təhlükəsizliyi ilə bağlı təhdidlərin əksəriyyətinin qarşısını almağa kömək edir.

Tərəfdaşlarımıza gəldikdə isə, böyük məmnuniyyətlə qeyd edəcəm ki, onların əksəriyyəti “Lenovo Platinum Partner” statusunu təsdiqləyib və ya alıb. Onların arasında Bestcomp Group, Delta Telecom, DiVi Corporation, Fominov Consulting, GT Solutions və SINAM kimi şirkətlər var. Hal hazırda Lenovo-nun Azərbaycanda dörd xidmət mərkəzi var. Eyni zamanda, biz birbaşa tərəfdaşlar tərəfindən təklif olunan peşəkar xidmətlər portfelini genişləndirməkdə maraqlıyıq. Kifayət qədər yaxşı səriştələrə malik olan və birbaşa sifarişçilərlə işləyəcək tərəfdaşlarımızın təcrübələrini inkişaf etdirməklə biz öz imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirəcəyik.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə