Previous Next
Bağla

Rəqəmsal qloballaşmaya doğru

10-07-2020 10:59
Rəqəmsal qloballaşmaya doğru

Dünya Səhiyyə Təşkilatının 11 mart tarixində koronavirus infeksiyasını pandemiya elan etməsindən və virusla mübarizə üçün dövlətlərin öz sərhədlərini bağlamasından sonra hər birimizi düşündürən suallardan biri bu oldu ki, gələcək necə olacaq? Bizi hansı şərait gözləyir?

Artıq beş aya yaxındır ki, hər birimiz qlobal mediada və sosial şəbəkələrdə müxtəlif müzakirələrin, mübahisələrin şahidi oluruq. Bir çox hallarda ictimai rəyi çaşdıran xəbərlər gündəmə çevrilir, sürətlə yayılan “fake news” (yalan xəbər) həqiqi informasiyanı üstələyir ki, bu da qlobal anlamda çaşqınlıq yaradır.

Lakin sosial izolyasiya şəraitində nə qədər yaşamağımızdan, pandemiya ilə mübarizənin nə qədər davam etməsindən asılı olmayaraq biz bir məsələni dəqiq bilirik ki, artıq rəqəmsal dünyaya qədəm qoymuşuq. Rəqəmsallaşma həyatımızın vacib hissəsinə çevrilib. Biz hazırda bəlkə də 2-3 il sonra çatacağımız rəqəmsal inkişaf səviyyəsinə artıq indi çatmışıq və bu proses daha da dərinləşəcək.

XX əsrin ikinci yarısından dünya yeni mərhələyə - qloballaşmaya qədəm qoydu. 90 -cı illərin əvvəlindən isə bu proses daha da sürətləndi. Dövlətüstü təşkilatların fəaliyyəti daha da genişləndi, transsərhəd ticarət inkişaf etdi, texnoloji inkişaf dövlətləri, cəmiyyətləri və insanları daha yaxın etdi. Qloballaşma dövlətlər və cəmiyyətlər üçün bir çox sahələrdə vahid standarların tətbiqini şərtləndirdi. Hazırda isə bəşəriyyət COVID-19 pandemiyası ilə əlaqədar qloballaşma prosesinin ləngiməsini, dövlətlərin öz sərhədləri daxilində qapanmasını və transsərhəd ticarətin aşağı düşməsini müşahidə edir. “Economic Intelligence Unit” resursu da qeyd edir ki, hazırda pandemiya ilə əlaqədar qlobal deyil, məhz regional təchizat zəncirləri daha da güclənir ki, bu da dünya ticarətini dəyişir.

Biz hazırda qloballaşmanın zəifləməsi ilə yanaşı başqa bir prosesin də şahidi oluruq. Bu isə dövlətlər arasında data tarfikinin, internetə olan tələbatın artması və dünya dövlətlərinin rəqəmsal sahədə sıx əməkdaşlıq etməsidir. Başqa sözlə, hazırda fiziki qloballaşmanın səviyyəsinin aşağı düşməsini, lakin rəqəmsal qloballaşmanın səviyyəsinin artmasını müşahidə edirik. Bəli, artıq hər birimiz günü-gündən dərinləşən rəqəmsal qloballaşma prosesinin iştirakçılarıyıq.

Hazırda dördüncü sənaye inqilabı dövrünə düşən bu pandemiya rəqəmsal texnologiyalara ehtiyacı gücləndirib. Qlobal olaraq internet trafikinin 40% və hətta daha çox artması, informasiya mübadiləsinin daha da sürətlənməsi, biznesin onlayn platformalara keçməsi dünyanın müxtəlif regionlarında insanların rəqəmsal bacarıqlarının artmasına səbəb olub. Təkcə şəhər yeri deyil, artıq kənd yerlərində də sosial izolyasiya şəraitində insanlar intensiv şəkildə rəqəmsal bacarıqlara yiyələnmək üzrədirlər. İnsanların rəqəmsal bacarıqlarının artması isə rəqəmsallaşma prosesini daha da dərinləşdirib, insan həyatını asanlaşdıran innovasiyalara ehtiyacı artırıb.

Şübhəsiz ki, hazırki böhran rəqəmsal bərabərsizliyin səviyyəsinin tez bir zamanda azalmasına, qlobal şəbəkəyə qoşulmuş şəxslərlə qoşulmayanların sayı arasında nisbətin qısa zamanda azalmasına və bir çox regionlarda aradan qalxmasına səbəb olacaq. Həmçinin rəqəmsallaşma bu prosesin əsasında dayanan internet trafikinin artması və qarşıdakı illərdə internetə qoşulacaq əşyaların – cihazların da sayında artımla müşaiyət olunacaq. Bu isə rəqəmsal qloballaşmanı daha da sürətləndirəcək.

CISCO şirkətinin proqnozuna əsasən, 2023-cu ilədək dünyada internetə qoşulu olacaq əşyaların sayı 29.3 milyard təşkil edəcək (və ya dünyada adambaşına təqribən 3.6 cihaz), bu cihazların şəbəkədən istifadənin pik vaxtında qəbul edib və ötürdüyü internet trafikinin ümumi həcmi isə 1.206 terabit/s təşkil edəcək (bu Netflix 4K keyfiyyətində 48 milyon paralel video axınına bərabərdir). Məlumat üçün onu da qeyd edək ki, pandemiya dövründə insanların artıq evdən çalışmaları və internetdən intensiv istifadə təkcə dünyada böyük İnternet Mübadilə Mərkəzlərindən biri olan və Frankfurt şəhərində yerləşən DE-CIX İnternet Mübadilə Mərkəzində data trafikin 10% artaraq pik saatlarda 9.2 terabit/s olmasına gətirib çıxardıb. Pandemiya ilə əlaqəli Zoom, Skype kimi platformalar üçün istifadə olunan internet trafikinin həcmi 100%-ə qədər artıb, onlayn və “bulud” oyunlar (cloud gaming) üçün isə artım 50% olub.

Rəqəmsal qloballaşma artıq dövlətlər və bizneslər (özəl sektor) üçün yeni imkanlar açır. Məhz belə şəraitdə dövlətlər intensiv rəqəmsallaşma prosesində iqtisadiyyatın rəqəmsallaşması, rəqəmsal iqtisadiyyat quruculuğuna istiqamətində yeni strategiya tətbiq edə bilər və ictimai həyatın müxtəlif sahələrində innovasiyaların istifadəsinə yol aça bilərlər.

Şirkətlər isə artıq yeni dövrdə öz imkanlarını və resurslarını yenidən nəzərdən keçirib beynəlxalq rəqəmsal platformalarda öz məsullarını təqdim edə bilərlər. Hazırki yeni dövr şirkətlər üçün öz strukturlarına bir daha baxmağa, biznes əməliyyatlarını optimizasiya etməyə və rəqəmsallaşmanın bütün gücündən istifadə etməklə regional və qlobal bazarlara çıxmağa imkan verir.

Bu gün biz XXI əsrin ikinci onilliyində baş qaldırmış bu pandemiyaya müvəqqəti hal, keçici bir xəstəlik kimi baxırıq, amma bu xəstəlik artıq paradiqmaları dəyişir, insanların, cəmiyyətlərin və dövlətlərin fəaliyyəti üçün yeni yanaşmaların formalaşmasını tələb edir.

Əlimərdan Sultanov

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sənaye 4.0 şəraitində medianın inkişafı və üzləşdiyi çağırışlar

Sənaye 4.0 şəraitində medianın inkişafı və üzləşdiyi çağırışlar

25-07-2019
Qlobal rəqəmsallaşma prosesləri və Azərbaycan üçün açılan imkanlar

Qlobal rəqəmsallaşma prosesləri və Azərbaycan üçün açılan imkanlar

19-04-2019
COVID-19 Koronavirus – Rəqəmsal İqtisadiyyata keçid

COVID-19 Koronavirus – Rəqəmsal İqtisadiyyata keçid

15-04-2020
Əşyaların İnterneti və rəqəmsal dünya

Əşyaların İnterneti və rəqəmsal dünya

10-04-2020
Qlobal İnternet şəbəkəsi: formalaşması, müasir durumu və gələcəyi

Qlobal İnternet şəbəkəsi: formalaşması, müasir durumu və gələcəyi

04-11-2019
Sualtı internet infrastrukturu: Qurulması və əhəmiyyəti

Sualtı internet infrastrukturu: Qurulması və əhəmiyyəti

19-05-2020
Azərbaycan: Enerji və Nəqliyyat Mərkəzindən Rəqəmsal Mərkəzə doğru

Azərbaycan: Enerji və Nəqliyyat Mərkəzindən Rəqəmsal Mərkəzə doğru

02-02-2021
Rəqəmsallaşmaya gedən yol: Azərbaycan üçün yeni perspektivlər

Rəqəmsallaşmaya gedən yol: Azərbaycan üçün yeni perspektivlər

18-08-2020
Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatın rəqəmsal transformasiyasına hazırlaşır”

Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatın rəqəmsal transformasiyasına hazırlaşır”

05-05-2021
Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

03-06-2015
Çində rəqəmsal iqtisadiyyat üzrə konfrans keçirilir

Çində rəqəmsal iqtisadiyyat üzrə konfrans keçirilir

03-07-2025
Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur

Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin icrası üçün tam dəstək tələb olunur

16-11-2024
Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

04-06-2015
İnternetin yeni anatomiyası: Qlobal çağırışlar və yerli provayderlər

İnternetin yeni anatomiyası: Qlobal çağırışlar və yerli provayderlər

24-06-2026
Qlobal internet trafikinin həcmi 1 zettabayta yaxınlaşıb

Qlobal internet trafikinin həcmi 1 zettabayta yaxınlaşıb

12-02-2016
"Rəqəmsal maliyyə xidmətləri təklif edən startapların sayı artıb”

"Rəqəmsal maliyyə xidmətləri təklif edən startapların sayı artıb”

30-05-2023
Nazirlik rəsmisi: "Rəqəmsallaşmada Bakı ilə məhdudlaşmaq yanlış addım olar"

Nazirlik rəsmisi: "Rəqəmsallaşmada Bakı ilə məhdudlaşmaq yanlış addım olar"

01-12-2023
Fatih Özer: "Azərbaycan regionda rəqəmsal transformasiyanın aparıcı gücü kimi seçilir"

Fatih Özer: "Azərbaycan regionda rəqəmsal transformasiyanın aparıcı gücü kimi seçilir"

28-10-2025
e-rezidentlər rəqəmsal imza ilə siyasi petisiya imzalayıb

e-rezidentlər rəqəmsal imza ilə siyasi petisiya imzalayıb

21-10-2020
Fariz Cəfərov: Azərbaycanda artıq bir sıra sahələrdə süni zəka tətbiq olunur

Fariz Cəfərov: Azərbaycanda artıq bir sıra sahələrdə süni zəka tətbiq olunur

15-03-2025
Süni intellektə qoyulan sərmayələr 1,48 trilyon dollara çatacaq

Süni intellektə qoyulan sərmayələr 1,48 trilyon dollara çatacaq

30-10-2025
Qarabağın bərpasında “Rəqəmsal nəslin” rolu

Qarabağın bərpasında “Rəqəmsal nəslin” rolu

23-02-2021
“Yerli şirkətlər qlobal inkişafdan kənarda qalmamalıdır”

“Yerli şirkətlər qlobal inkişafdan kənarda qalmamalıdır”

14-02-2018
17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə