Bu il “Startap Azərbaycan” müsabiqəsində bir sıra yeniliklər olacaq.
Xəbərlər-in məlumatına görə, bu barədə Bakı Dövlət Universitetində Startup Azərbaycan layihəsi çərçivəsində keçirilən toplantıda Startap Azərbaycan müsabiqəsinin təşkilatçıları bildiriblər.
Qeyd olunub ki, bu il müsabiqədə daha çox fəaliyyətdə olan, startap bazarında artıq tanınan layihələrə üstünlük veriləcək. Hələlik ideya formasında olan, yalnız prototipdən ibarət olan layihələrin uğun qazanması çətin olacaq.
Bildirilib ki, layihələrin qiymətləndirilməsində bu qeyd olunan prinsiplər əsas götürüləcək. Qeyd edək ki, startap müsabiqəsində layihələrin qiymətləndirilməsi iki istiqamətdə aparılır. 1-ci mərhələnin yekununda yarımfinalçılar müəyyən olunur.
Bu mərhələdə ekspertlər ümumi dəyərləndirmə əsasında təklif olunan biznesin nə dərəcədə uğurlu olmasını və təklif edən komandanın şanslarının nə qədər real olmasını dəyərləndirirlər.
2-ci mərhələdə yarımfinalçılar öz geniş biznes planlarını təqdim edirlər. Bu mərhələdə yarımfinalçılar ekspertlər qarşısında öz layihələrinin təqdimatlarını həyata keçirirlər.
Ekspertlər Layihələri bu istiqamətlər üzrə qiymətləndirirlər:
• Komanda ( şanslılıq, təcrübə, bacarıqlar və s ), layihənin davamlılığı (konkret plan , rəqabətə davamlılıq, investisiya imkanları, bazarda liderlik və s)
• Layihənin ideyası və cəlbediciliyi ( biznes planın anlaşıqlığı, cəlbedicilik, reallıq, risklər və s )
• Layihənin gəlirliliyi (rentabellik, İnvestisiyanın geri dönüşü müddəti, investment və s. )
• Layihənin əhatə dairəsi( ərazi, insan sayı (user), xitab etdiyi seqment və s. )
Ekspertlər tərəfindən aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq finalçılar müəyyən olunur.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri