Previous Next
Bağla

Ekspert: Düşünürəm ki, İT şirkətlərimiz WITSA-ya müraciət etməlidir

20-08-2019 16:51
Ekspert: Düşünürəm ki, İT şirkətlərimiz WITSA-ya müraciət etməlidir

Xeberler.az bildirir ki, bu il, 6 - 9 oktyabr tarixdə Yerevanda Ümumdünya İnformasiya Texnologiyaları Konqresi (WICT 2019) təşkil olunacaq. Dünya mediası və erməni saytları bu tədbirə xüsusi diqqət yetirirlər. Təşkilatçılar hər gün açıqlamalar verir. Konqresdə Barak Obamanın, Mark Zukenberqin , Bill Geytsin, Aleksis Ohanyanın (Reddit) və s. digər tanınmışların, ümumiyyətlə 70 ölkədən 2500 nümayəndənin iştirak edəcəyini bildirilir. Tədbir İT Assosiasiyaların Beynəlxalq Alyansı (WITSA - World Information Technology & Services Alliance ) tərəfindən təşkil olunur. Ermənistanın İT Assosiasiyası (UATE –Union of Advanced Technology Enterprises ) və digər bir qurumu da bu Alyansın üzvüdür. Dünya üzrə İT məhsulların 90%-nə sahib olan 80 İT Assosiasiya bu qurumun üzvüdür. Konqres 1978-ci ildən keçirilir. Əvvəllər 2 ildən bir keçirilirdisə , son illərdə tədbir hər il keçirilir. Gələn il isə Konqres Malayziyada təşkil olunacaq.

Azərbaycan isə indiyədək bu qurumun - WITSA -nın üzvü deyil. Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib:

"Ölkəmizdə, baxmayaraq ki, oturuşmuş İT şirkətlərimiz var, İT kommersiya sektorunda ictimai institutlaşma yetərli inkişaf etməyib. Xatırlayıram ki, 5- 6 il öncə bizim kommersiya İT qurumlarımız yığışaraq İT Assosiasiyası yaratmışdılar. Hətta Asossasiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdi. Sonradan isə görünür ki, bunu inkişaf etdirən olmayıb . Belə görürəm ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən də bir təşəbbüs olmayacaq. Yaxşı olardı ki, ölkənin İT sektorunda çalışan şirkətlər yığışıb bir ictimai qurum formalaşdırıb WITSA -ya müraciət etsinlər. Eyni zamanda 2 il öncə ASAN-nın təşəbbüsü ilə “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi də (AZINNEX) təsis olunmuşdu.
Düşünürəm ki, bu qurum da üzvülklə bağlı WITSA -ya müraciət edə bilərdi və çox faydalı olardı".

Son olaraq ekspert qeyd edib ki, 2012-də Azərbaycanda hökumətin dəstəyi ilə yüksək səviyyədə İnternetin idarəedilməsi üzrə Global Forum təşkil olunmuşdu. 100 ölkədən 1500 nümayəndə iştirak etmişdi. O zaman xarici qonaqlar Azərbaycanın İKT sahəsində regional mərkəzə çevrilə biləcəyini vurğulayırdılar. Belə görünür ki, Ermənisatn bu sahədə təşəbbüsü ələ almağa çalışır. Onlar bu cür genişmasştablı tədbirdən yetrincə bəhrələnməyə, İT şirkətləri isə yeni imkanlar, yeni maliyyə mənbələri və resurslar əldə etməyə çalışacaqlar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Silicon Valley-də Azərbaycana aid İnnovasiya Evinin yaradılması vacibdir

23-08-2019

Azərbaycan İnnovasiyalar Evi niyə İT şirkətlərinin deyil, SOCAR-ın dəstəyi ilə yaradılıb?

21-02-2020

Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

22-05-2020

AZINNEX: "İT məhsulları 30-dan çox ölkəyə ixrac edilir"

25-01-2024

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022

Ekspert açıq məlumat bazasından danışdı

19-06-2019

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi sosial mediada trend olub

03-10-2023

Ekspert: 70 nəfərlik tədbir üçün 70 min nəfərlik stadiona nə ehtiyac var?

02-09-2019

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019

Ekspert : "Rabitə tarixində bu qədər vəsait xərclənməyib"

12-11-2018

Ekspert: Oliqarxlar 15 il ərzində Rəqabət Məcəlləsinin qəbulunu necə əngəlləyə bilib ?

06-09-2019

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019

Azərbaycan peyklərinin istehsalı ilə bağlı İsrailə xarici təsirlər varmı?

29-04-2025

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021

Ekspert Prezident yanında İctimai Palatanın yaradılması haqqında danışdı

08-02-2019

Yeni yaradılan "Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi" özünü doğruldacaqmı?-ŞƏRH

03-02-2023

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018

Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

16-06-2022

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

09-04-2019

Ekspert: Beynəlxalq platformalarla kimlər “vuruşmalıdır”?

25-07-2020

Səlahiyyətli qurumlarımız dünya xəritə servisləri ilə işləyə bilmir- ekspert

11-06-2018

Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

16-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə